Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
19-06-2023, 13:22
İrəvanda Hindistan vətəndaşları öldürüldü


İrəvanda Hindistan vətəndaşları öldürüldü

Hindistan vətəndaşı İrəvanda həmyerliləri ilə dava zamanı öldürülüb. Ölən şəxs 24 yaşlı A.Suradidir. Digər Hindistan vətəndaşı, 31 yaşlı M.Lindon da döş qəfəsindən bıçaq yarası və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Daha bir neçə hindistanlı hadisə yerinə gələn polis tərəfindən zərərsiz hala gətirilib və cinayət işi başlanıb.
19-06-2023, 12:49
Ermənistan Rusiyanın Qafanda konsulluq açmasını dəstəkləyir


Ermənistan Rusiyanın Qafanda konsulluq açmasını dəstəkləyir

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Rusiya Federasiyasının Qafanda baş konsulluğunun açılmasını dəstəkləyib. Xarici işlər nazirinin müavini bu barədə parlamentdə jurnalistlərə müsahibəsində danışıb. "Bu, yerlərdə vəziyyətlə daha yaxından tanış olmağa kömək edəcək. İrəvan beynəlxalq tərəfdaşlarımızın Sünik bölgəsində (Zəngəzur - red.) diplomatik nümayəndəlik açmaq marağını və istəyini alqışlayır", - XİN başçısının müavini qeyd edib.
19-06-2023, 12:01
Ermənistan Gürcüstanla bağladığı sazişi təsdiqlədi


Ermənistan Gürcüstanla bağladığı sazişi təsdiqlədi

Ermənistan parlamentinin müvafiq komissiyası sərhədlərin qarşılıqlı keçidi haqqında saziş layihəsini təsdiqləyib. Söhbət sərhədin şəxsiyyət vəsiqəsi ilə keçilməsini nəzərdə tutan sazişdən gedir. Hakim partiyadan olan deputat Qurgen Arsenyan bildirib ki, Ermənistan qonşuları ilə effektiv dinc yanaşı yaşama sxemi qura bilər və qurmalıdır. "Bu nöqteyi-nəzərdən Gürcüstanla münasibətlər ən yaxşı “pilot layihə”yə çevrilə bilər və biz digər qonşularla belə bir rejimə can atmalıyıq", - deyə o vurğulayıb. Gürcüstan parlamenti artıq müqavilə layihəsini qəbul edib. Saziş ölkə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
18-06-2023, 17:12
Reznikov israilli həmkarıyla ilk dəfə danışacaq


Reznikov israilli həmkarıyla ilk dəfə danışacaq

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov gələn həftə israilli həmkarı Yoav Qalantla danışacaq. Söhbətin təşəbbüskarı ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostindir. Adı açıqlanmayan İsrail rəsmiləri bildiriblər ki, Ukraynaya ölümcül olmayan yardım söhbət mövzusu ola bilər. Müdafiə idarələrinin rəhbərləri arasında söhbət ilk dəfə olacaq.
18-06-2023, 16:35
Özbəkistan və İran prezidentlərinin görüşü keçirildi


Özbəkistan və İran prezidentlərinin görüşü keçirildi

Özbəkistan və İran Prezidentlərinin görüşü baş tutub. Bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bilidirilib ki, Özbəkistan Prezidentinin Tehranın Sədabad sarayında rəsmi qarşılanma mərasimi olub. İran Prezidenti İbrahim Rəisi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. Qeyd edək ki, qarşılanma mərasimindən sonra iki ölkə liderlərinin təkbətək görüşü baş tutub.
18-06-2023, 16:02
Serbiya Kosova ilə danışıq şərtini açıqladı


Serbiya Kosova ilə danışıq şərtini açıqladı

Serbiyanın Kosova ilə danışıqlara getmə şərti açıqlanıb. Bu barədə Serbiya lideri Aleksandr Vuçiç bildirib. O, saxlanılan serblər azad edilməyənə qədər Kosova ilə danışıqların olmayacağını deyib: “Kosova ilə danışıqlara getməyin şərtləri var. İlk olaraq, saxlanılan serblər azad edilməyənə qədər Priştina ilə danışıqlar aparmayacağam”.
18-06-2023, 13:40
Vardanyan Ukrayna tərəfindən axtarışdadır


Vardanyan Ukrayna tərəfindən axtarışdadır

Rusiyanın sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçıların “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.
18-06-2023, 11:20
Hindistanda kəskin isti 100-ə yaxın insanın ölümünə səbəb oldu


Hindistanda kəskin isti 100-ə yaxın insanın ölümünə səbəb oldu

Hindistanın Uttar-Pradeş və Bihar ştatlarında son günlərdəki kəskin istilər nəticəsində 98 nəfər ölüb. Bu barədə “India Today” telekanalı xəbər verir. Bildirilib ki, Uttar-Pradeş ştatının Balliya rayonunda iyunun 15-17-də 400 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 54-ü ölüb. Ştatın səhiyyə müdiri Jayant Kumar ölənlərin əksəriyyətinin yaşının 60-dan yuxarı olduğunu deyib: “Hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, kəskin istilər onların vəziyyətini ağırlaşdırıb”. Qeyd edək ki, oxşar vəziyyət ötən gün qonşu Bihar ştatında da müşahidə olunub. Nəticədə 44 nəfər ölüb. Ştatda istilər səbəbindən məktəblər iyunun 24-dək bağlanıb.
18-06-2023, 10:49
Səudiyyə Ərəbistanı İranda səfirliyini açır


Səudiyyə Ərəbistanı İranda səfirliyini açır

Səudiyyə Ərəbistanının İrandakı diplomatik təmsilçiliklərinin açılacağı tarix məlum olub. Bu barədə xarici mətbuat məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu Qurban bayramından sonra açılacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl İbin Fərhan Əl Səud Tehranda səfərdədir. O, iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.
18-06-2023, 10:15
120 sərnişini olan bərə yandı


120 sərnişini olan bərə yandı

Filippində göyərtəsində 120 sərnişini olan bərə dənizdə yanıb. Bu barədə ölkənin Sahil Mühafizəsi məlumat yayıb. Bilidirilib ki, “Esperanza Star” bərəsi səhər saatlarında Filippinin Siqihor əyalətindən Bohol əyalətinə gedərkən anidən alovlanıb. Qeyd edək ki, neçə nəfərin xilas edildiyi və ölənlərin olub-olmaması barədə məlumat verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!