Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
13-06-2023, 21:12
ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım edəcək


ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım edəcək

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni silah və hərbi texnikalar verəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Söhbət “kritik” hava hücumundan müdafiə sistemlərindən, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlardan, artilleriya mərmilərindən, tank əleyhinə sistemlərdən və zirehli texnikadan getdiyi aydınlaşır. Bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb. Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini bildirib.
13-06-2023, 20:09
Putin Rusiyanın “Taxıl sazişi”ndən çıxacağını vurğuladı


Putin Rusiyanın “Taxıl sazişi”ndən çıxacağını vurğuladı

Rusiya “Taxıl sazişi”ndən çıxmağı düşünür. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Bizi növbəti dəfə aldatdılar, taxılımızın tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülməyib”, - deyə Rusiya lideri bildirib. Putin vurğulayıb ki, Rusiya “Taxıl sazişi”ndən çıxacağı təqdirdə ən kasıb ölkələrə Ukraynadan gələn taxılın həcmini pulsuz verməyə hazır olacaq. O, həmçinin bildirib ki, Ukrayna “Taxıl sazişi”nin dəhlizlərindən PUA-larını işə salmaq üçün istifadə edir. "Ötən gün Rusiya gəmisinə edilən hücumda dörd dəniz PUA-sıı iştirak edib, onlar məhv edilib", - deyə Putin qeyd edib. Rusiya prezidenti əlavə edib ki, Amerika PUA-sı Ukrayna PUA-larının Rusiya gəmisinə hücumunu korrektə edib.
13-06-2023, 19:10
Orduda çox şey çatışmır - Putin


Orduda çox şey çatışmır - Putin

Rusiyada hələ də PUA-ların sayı kifayət etmir.
Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib. "Orduda çox şey çatışmır, yüksək dəqiqlikli silahlar, rabitə vasitələri, PUA-lar. Amma kəmiyyət baxımından çatışmır", deyə Putin vurğulayıb. Onun sözlərinə görə, PUA-ların sayı kifayət etməsə də, Rusiya ordusu onlardan Ukrayna Silahlı Qüvvələrindən daha səmərəli istifadə edir. Putin bildirib ki, Rusiyada silahların xüsusiyyətləri və uçuş məsafəsi yaxşılaşır. "Əgər xüsusi hərbi əməliyyat olmasaydı, ordumuzu necə kökləyəcəyimizi başa düşməzdik. İl ərzində əsas silah növlərinin istehsalı 2,7 dəfə, ən tələb olunan sahələrdə isə 10 dəfə artıb".
13-06-2023, 16:50
Tramp 22 ilədək həbs cəzasına məhkum oluna bilər


Tramp 22 ilədək həbs cəzasına məhkum oluna bilər

Məxfi sənədlərin qanunsuz saxlanılması ilə bağlı iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 22 ilədək həbs cəzasına məhkum oluna bilər. Bu barədə “Vice News” nəşri məlumat yayıb. Sabiq prokuror Devid Aaronun fikrincə, Trampı məxfi materiallarla bağlı iş üzrə 17,5 ildən 22 ilədək, ədalətin bərqərar olmasına mane törətdiyinə görə isə 7 ildən 9 ilədək həbs cəzası gözləyir. Keçmiş prezidentin özü o vaxt dövlət başçısı kimi sərəncamındakı sənədləri məxfilikdən çıxarmaq səlahiyyətinə malik olduğu üçün heç bir qanun pozuntusuna yol vermədiyini deyir. Lakin ittiham aktına əsasən, dövlət başçısının səlahiyyətləri onun Palm-Biç şəhərindəki iqamətgahında aşkarlanan nüvə sahəsinə aid materiallara şamil edilmir.
Qeyd edək ki, Donald Tramp həbs olunacaq ilk ABŞ prezidenti kimi tarixə düşə bilər.
13-06-2023, 11:30
Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü tarixini açıqlamaq istəmədi


Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü tarixini açıqlamaq istəmədi

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya daxil olma vaxtını açıqlamaqdan imtina edib. Bu barədə ona PBS telekanalına müsahibəsində sual ünvanlanıb. "Mən başa düşürəm ki, Zelenski NATO-ya daxil olmaq üçün dəqiq vaxt cədvəlində israr edir. Eyni zamanda, hesab edirəm ki, müharibənin ortasında olduğumuz zaman dəqiq tarixlər söyləmək mümkün deyil. Və hesab edirəm ki, bütün müttəfiqlər də bunda çox maraqlı olacaqlar. Aydındır ki, indi ən aktual vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Suveren, müstəqil, demokratik Ukrayna NATO-ya üzv ola bilər”, - alyansın baş katibi bildirib. Qeyd edək ki, Ukrayna lideri “The Wall Street Journal”a müsahibəsində belə bir sual verib: “Ukraynalıların həyatı nə qədərdir ki, müharibədən sonra, təhlükəsiz olduqdan sonra NATO-da olacaq?”.
13-06-2023, 11:03
İran Rusiyaya dron istehsalını artırıb


İran Rusiyaya dron istehsalını artırıb

İran Rusiya Federasiyasına kamikadze dronlarının ixracını artırıb. Bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında deyilir. Məlumata görə, Rusiya İran PUA-larını hava yolu ilə qəbul etməklə yanaşı, Xəzər dənizi vasitəsilə İrandan gəmi ilə daha böyük yüklərin qəbulunu həyata keçirir. "Beynəlxalq Şimal-Cənub Tranzit Dəhlizi" işğaldan sonra daha çox əhəmiyyət kəsb edib. Bu, Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaqla Asiya bazarlarına, o cümlədən silah transferini həyata keçirmək üçün çıxış imkanı verir",- hesabatda qeyd edilib. Britaniya kəşfiyyatının hesabatına əsasən, Rusiya həm də İran PUA-larının istehsalına başlamağa hazırlaşır.
12-06-2023, 20:15
İtaliyada milli matəm elan ediləcək


İtaliyada milli matəm elan ediləcək

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin vəfatı ilə əlaqədar ölkədə milli matəm elan ediləcək. Bu barədə İtaliya hakimiyyəti qərar qəbul edib. Bildirilir ki, dəfn mərasimi günü milli matəm olacaq.
Qeyd edək ki, Berluskoni bu gün 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib.
12-06-2023, 16:25
Ərdoğan Şimali Kiprin Prezidenti ilə görüşdü


Ərdoğan Şimali Kiprin Prezidenti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında görüş olub. Bu barədə Türkiyə dövlət başçısının mətbuat xidmətindən bildirilib. Onların hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb. Qeyd edək ki, Ərdoğan Şimali Kiprdə səfərdədir.
12-06-2023, 15:44
Ermənistan Hindistanla anlaşma memorandumu imzaladı


Ermənistan Hindistanla anlaşma memorandumu imzaladı

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Bu, Qlobal Rəqəmsal İctimai İnfrastruktur Sammiti çərçivəsində baş tutub. "İmzalanmış sənədlə tərəflər iki ölkə arasında institusional əməkdaşlığın stimullaşdırılması, texniki-iqtisadi əsaslandırma, modernləşdirmənin qiymətləndirilməsi və rəqəmsal transformasiya həllərinin tətbiqi sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirirlər", - deyə məlumatda qeyd olunub.


12-06-2023, 15:15
İrəvan-Batumi qatarı reyslərə başlayır


İrəvan-Batumi qatarı reyslərə başlayır

İyunun 14-dən İrəvan-Batumi-İrəvan qatarı reyslərə başlayır. Qatar qrafik üzrə 2 gündə bir reys olmaqla, hərəkət edəcək. "Biletləri artıq həm onlayn, həm də Ermənistan və Gürcüstanın əsas stansiyalarının kassalarından əldə etmək olar", - deyə məlumatda qeyd olunub. Eyni zamanda, İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə qatarların hərəkəti yay mövsümü üçün ləğv ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!