Maşını əzib sürücünü döyənlər həbs olundu .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Türk dünyasının yeni bayrağı qaldırıldı .....                        Bayramov iranlı həmkarı ilə danışdı .....                        Heç birimiz ruslara güvənmirik - Zelenski .....                        İlham Əliyev Baş katibi qəbul edib .....                        Ərdoğandan DEM partiyaya mesaj: “...istəsələr, razılıq verərəm” .....                        Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi .....                       
13-10-2022, 17:20
Ərdoğan və Putin bu məsələlərdən danışdılar


Ərdoğan və Putin bu məsələlərdən danışdılar

Rusiya prezidenti Vladimir Putin Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk axını” boru kəmərini partlatmağa cəhd edilməsindən danışıb. Butov.az xəbər verir ki, Putin bu cəhdlərin uğursuz olduğunu vurğulayıb. "Şükür Allaha, bu baş vermədi, “Türk axını” uğurla işləyir”, - Putin bildirib. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında yüksək səviyyəli ünsiyyət yaxşı nəticələr verir. Putin xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustda Soçiyə səfəri zamanı əldə olunan bütün razılaşmalar həyata keçirilir. "Sanitar və siyasi məhdudiyyətlərlə bağlı bütün çətinliklərə baxmayaraq, biz müntəzəm olaraq görüşmək və ünsiyyət qurmaq üçün imkanlar tapırıq. Bu, yaxşı nəticələr verir, qeyd etməliyəm ki, bu ilin avqustunda Soçiyə səfəriniz zamanı əldə edilmiş bütün razılaşmalarımız, yerinə yetirildi”, - Putin bildirib. Ərdoğan isə deyib ki, Türkiyə və Rusiya Federasiyası Rusiyanın kənd təsərrüfatı məhsullarına ehtiyacı olan ölkələri dəqiqləşdirmək üçün birgə işləyə bilər. "Rusiya məhsullarına ehtiyacı olan ölkələri müəyyən etmək üçün birlikdə işləyə bilərik. Məhsulların dəqiq ehtiyacı olan ölkələrə çatdırılması bizim üçün vacibdir. Türkiyə və Rusiya Federasiyasının bu birgə addımları bəzi tanınmış dairələri narahat etsə belə, bu, bizim üçün vacibdir. Bu addım ehtiyacı olan ölkələri sevindirəcək, bizim qətiyyətimiz, həmkarlarımızın bununla bağlı danışıqları çox önəmlidir, əlaqələrimizi gücləndirəcək”, - Türkiyə lideri bildirib.
13-10-2022, 17:16
Ukraynanın 2 təyyarəsi qəzaya uğradı


Ukraynanın 2 təyyarəsi qəzaya uğradı

Poltava vilayətində Ukraynanın iki təyyarəsi qəzaya uğrayıb. Bu barədə vilayət administrasiyasının rəhbəri Dmitri Lunin bildirib. Onun sözlərinə görə, təyyarələr 11 və 12 oktyabr tarixlərində qəzaya düşüblər. "Təəssüf ki, çərşənbə axşamı və çərşənbə günü təyyarə qəzaları olub. Bu, məhz Şişatsk icmasında baş verib. Müdafiə Nazirliyindən məlumat gözləyirik, məlumat alanda nə olduğunu başa düşəcəyik", - o bildirib. Lunin həlak olan hərbçilər haqqında məlumat verməsə də, hadisədə mülki vətəndaşlardan ölən və xəsarət alanın olmadığını qeyd edib.
13-10-2022, 17:14
Müharibə bu halda bitə bilər - Zelenski şərt irəli sürdü


Müharibə bu halda bitə bilər - Zelenski şərt irəli sürdü

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin başa çatmasının şərtini açıqlayıb. Zelenski bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında onlayn çıxışı zamanı fikir bildirib. Zelenski Ukrayna səmasının Rusiyanın raket terrorundən qorunmasının müharibənin yaxın gələcəkdə bitməsi üçün fundamental addım olacağını vurğulayaraq, kömək istəyib. Ukrayna lideri əlavə edib ki, hazırda dünyada hava hücumundan müdafiə sistemlərinin güclü istehsalçısı olan cəmi beş ölkə var. Qeyd edək ki, NATO müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin daha çox çatdırılması barədə razılıq əldə olunub.
13-10-2022, 17:12
AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıdı


AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıdı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Butov.az xəbər verir ki, AŞPA-nın bu gün keçirilən iclasında bununla bağlı qətnamə qəbul edilib. Qətnamənin lehinə 99 nümayəndə səs verib. Sənədə əsasən, Rusiya terrorçu dövlət kimi tanınıb. Qətnamədə AŞPA tarixində ilk dəfə olaraq mülki əhalinin təhlükəsizliyini qorumaq üçün silaha və hava hücumundan müdafiə sisteminə ehtiyac olduğu qeyd edilib. Sənəddə, həmçinin vurğulanıb ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında iştirakı legitim deyil.
13-10-2022, 17:08
Əsir düşmüş 20 hərbçi Rusiyaya qaytarılıb


Əsir düşmüş 20 hərbçi Rusiyaya qaytarılıb

Ukrayna əsirliyində olan Rusiya Silahlı Qüvvələrinin 20 hərbçisi azad edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, geri qaytarılan hərbçilər müalicə və reabilitasiya olunmaq üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində yerləşdiriləcəklər.
13-10-2022, 16:47
İlham Əliyev Astanada Tokayevlə görüşüb


İlham Əliyev Astanada Tokayevlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytında məlumat yer alıb. Görüş Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində baş tutub.
13-10-2022, 15:13
Beynəlxalq Valyuta Fondu Ukraynanın köməyinə çatdı


Beynəlxalq Valyuta Fondu Ukraynanın köməyinə çatdı

Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,3 milyard dollar həcmində təcili maliyyə vəsaiti alıb. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. "Ayrılan vəsait təcili ehtiyacların maliyyələşdirilməsinə yönəldiləcək. Bura müdafiə qabiliyyətinin gücləndirilməsi, pensiyaların ödənilməsi, sosial proqramlar və iqtisadiyyatın dəstəklənməsi daxildir", - deyə Baş nazir vurğulayıb. Onun sözlərinə görə, ümumilikdə BVF müharibə başlayandan bəri Ukraynaya 2,7 milyard dollar yardım edib: “Həmçinin yaxın gələcəkdə biz Fondla gələn ildən işə düşəcək yeni xüsusi proqramın hazırlanmasına başlayacağıq”.
13-10-2022, 15:11
Ərdoğan və Lukaşenko müzakirə apardı


Ərdoğan və Lukaşenko müzakirə apardı

Qazaxıstanın paytaxtı Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olub. Bu barədə Türkyə Prezidentinin Mətbuat xidməti məlumat yayıb. "Liderlər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsində bir araya gəliblər. Ərdoğan və A.Lukaşenko regional məsələləri və ikitərəfli əlaqələri müzakirə ediblər", - məlumatda bildirilib.
13-10-2022, 14:31
Ermənistan müqaviləli hərbçilərin maaşını artırır


Ermənistan müqaviləli hərbçilərin maaşını artırır

Ermənistanda döyüş tapşırıqlarını yerinə yetirən müqaviləli əsgərlərin maaşı artırılacaq. Butov.az xəbər verir ki, Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi haqqında layihə təsdiqlənib. Müdafiə naziri Suren Papikyan qanun layihəsini təqdim edərkən bildirib ki, döyüş tapşırıqlarının planlaşdırılması, monitorinqi və yerinə yetirilməsində bilavasitə iştirak edəcək hərbi qulluqçular əlavə ödənişlər alacaqlar. Əlavə ödənişi almaq üçün isə onlar üç ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər. Əlavə ödənişin həcmi hökumətin qərarı ilə müəyyən ediləcək, söhbət ikiqat, bəzən isə daha çox artımdan gedir. Baş nazir Nikol Paşinyan deyib ki, bu, peşəkar orduya keçidin mərhələlərindən biridir.“Biz hərbçilərə bilik və bacarıq baxımından tələblər qoyuruq. Öz növbəmizdə hərbi qulluqçulara bütün sosial təminatları verməliyik. Bu o deməkdir ki, xidmətə hazır olan hərbçilərin mənzilləri, yüksək maaşları olmalı, ailələri tibbi xidmətlərdən yararlanmalı, uşaqları isə təhsil almaq imkanı qazanmalıdır”, - Paşinyan bildirib. Öz növbəsində müdafiə naziri əlavə edib ki, azı 6 ay xidmət etmiş çağırışçılara attestasiyadan keçmək imkanı yaradılacaq və müvafiq maaşlar təklif olunacaq. Müdafiə naziri Suren Papikyan deyib ki, məqsəd müqaviləli hərbi xidmətin cəlbediciliyini və marağını artırmaqdır, bunun üçün onlar müqavilə əsasında hərbi xidmətdə olan zabitlər, kiçik rütbəli zabitlər və sıravi hərbi qulluqçular üçün mükafat təyin etməyi planlaşdırırlar.
13-10-2022, 14:26
NATO Ukraynaya dəstəyi artırır


NATO Ukraynaya dəstəyi artırır

"Biz dəstəyimizi artıracağıq, xüsusən də Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi təqdim edəcəyik". Bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə birgə brifinqdə deyib."Mən ABŞ-ın Ukraynaya göstərdiyi misli görünməmiş dəstəyi, eləcə də avropalı müttəfiqlər, Kanada və tərəfdaşlarının Ukraynaya göstərdiyi misilsiz dəstəyi alqışlayıram. Həm də inanıram ki, bu, NATO müttəfiqləri və tərəfdaşlarının verdiyi çox mühüm mesajdır. Biz Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunda lazım olduğu qədər Ukraynanın tərəfində olacağıq”, - Stoltenberq bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!