Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
6-07-2023, 17:52
Ərdoğan və Zelenskinin görüşəcəyi məkan bəlli oldu


Ərdoğan və Zelenskinin görüşəcəyi məkan bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında danışıqların keçiriləcəyi məkan məlum olub. Bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə məlumat verib. Belə ki, liderlərin görüşü İstanbulun Üsküdar rayonunda yerləşən Vahdettin malikanəsində keçiriləcək.
Qeyd edək ki, görüş 7 iyulda baş tutacaq.
6-07-2023, 17:25
Britaniya İrana yeni sanksiyalar tətbiq etdi


Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İrana qarşı yeni sanksiyalar tətbiq edib. Budəfəki sanksiya siyahısında 13 ad var. Siyahıda həm fiziki, həm də hüquqi şəxslər yer alıb.
Qeyd edək ki, Britaniya bundan əvvəl də İrana qarşı sanksiyalar paketləri elan edib.
6-07-2023, 16:54
Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum oldu


Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum olub. «Strana» nəşri Prezident Ofisindəki mənbələrinə istinadən bu səbəbləri açıqlayıb. Bildirilib ki, əsas məsələ hərbi müdafiə sahəsində dəstəkdir. Bolqarıstanda sovet mərmiləri və silahları var, bunların arasında həqiqətən Ukraynanın ehtiyacı olan şeylər də mövcuddur. Bundan başqa, Zelenskinin Bolqarıstanda Ukraynanın Avroatlantik inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı danışıqlar aparması məlumdur.
Qeyd edək ki, o, artıq Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşüb və təhlükəsizlik məsələləri, dəstək və əməkdaşlıq, eləcə də enerji məsələlərini müzakirə edib.
6-07-2023, 15:48
Gürcü səfir Ukraynanı tərk etdi


Gürcü səfir Ukraynanı tərk etdi

Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili Kiyevi tərk edib. O, ölkəsinə qayıdıb.
Qeyd edək ki, eks-prezident Mixail Saakaşvili ilə bağlı Ukrayna və Gürcüstan arasında diplomatik qalmaqal yaşandıqdan sonra dövlət başçısı Volodimir Zelenski səfirə 48 saat ərzində ölkəni tərk etməyi tövsiyə etmişdi.
6-07-2023, 15:25
Priqojinin evində və şəxsi ofisində axtarış aparıldı


Priqojinin evində və şəxsi ofisində axtarış aparıldı

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin evində və şəxsi ofisində axtarış aparılıb. Axtarış zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılıb. Rəsmi açıqlama verilməsə də, onun evində silah, pul bağlamaları və digər vasitələr axşar olunaraq götürülüb.

6-07-2023, 14:23
Fransa Qarabağın nizamlanmasına müsbət töhfə verə bilməz - Zaxarova


Fransa Qarabağın nizamlanmasına müsbət töhfə verə bilməz - Zaxarova

Paris Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Moskvada uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur. "Ermənistana şübhəli avropalı müşahidəçilər missiyasının göndərilməsi ilə ATƏT-in Minsk Qrupunun dağılmasında Parisin də rolu olub. Bu nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır", - XİN rəsmisi bildirib. O, Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlamalarını “pafos” adlandırıb və qeyd edib ki, Parisdə konkret nəticə yoxdur.
6-07-2023, 14:00
Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək - Baş nazir


Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək - Baş nazir

"Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək və müdafiənin əsasını peşəkar ordu təşkil edəcək". Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. Baş nazir vurğulayıb ki, ordu məsələsində əsas prioritet Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün aspektlər üzrə NATO standartlarına keçidini başa çatdırmaqdır: "Texnika və silahlardan tutmuş planlaşdırma və təhlilə qədər". Onun sözlərinə görə, peşəkar ordu Ukraynanın müdafiəsinin əsasına çevriləcək və ehtiyatın iki komponenti yaradılacaq. "Lakin hərbi xidmətə cəlb olunanların hamısı, çağırış olmamasına baxmayaraq, müəyyən edilmiş hərbi ixtisaslar üzrə daim icbari təlim keçəcəklər".
6-07-2023, 13:13
Zelenski Bolqarıstanda olduğunu bildirdi


Zelenski Bolqarıstanda olduğunu bildirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstana səfər edib. Bu barədə o, "Twitter" hesabında bildirib. “Sofiyadayam. Bolqarıstan Baş nazir Nikolay Denkovla əsaslı danışıqlar aparacağam, Prezident Rumen Radev, hökumət rəsmiləri, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcəyəm. Müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası, NATO Sammiti, təhlükəsizlik zəmanətləri və Sülh Formulasının həyata keçirilməsini müzakirə edəcəyəm", - Zelenski vurğulayıb.
6-07-2023, 11:59
Priqojin Belarus ərazisində yoxdur - Lukaşenko


Priqojin Belarus ərazisində yoxdur - Lukaşenko

"Yevgeni Priqojin Belarus ərazisində yoxdur". Bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. "Priqojin hazırda Sankt-Peterburqdadır. Ola bilsin ki, bu səhər Moskvaya gedib. O ki qaldı "Vaqner"çilərə, məndə olan məlumata görə, onlar öz düşərgələrindədir. Həmin düşərgələr ki onlar cəbhədən qayıdanda orada dincəlirdilər", - prezident deyib. Lukaşenkonun sözlərinə görə, "Vaqner" qruplaşmasının Belarus ərazisinə köçürüləcəyi təqdirdə ölkə üçün heç bir risk yaranmaz.
6-07-2023, 11:37
İrəvan nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır - Paşinyan


İrəvan nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır - Paşinyan

"İrəvan çoxdan bərabərlik və suverenlik prinsipləri əsasında nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Biz bununla bağlı müvafiq sənədi dövriyyəyə buraxmışıq. O sənəd xüsusilə Ermənistan tərəfdən 3 keçid məntəqəsinin açılmasını nəzərdə tutur", - Paşinyan söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!