Prokuror hakim sevgilisini güllələdi .....                        Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldıldı .....                        Sabiq Prezidenti üçün edam cəzası tələb olunur .....                        Dövlət xidmətinə rəis müavini təyin edildi .....                        Qusarda məktəbli qızları maşın vurdu .....                        Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb .....                        Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı .....                        Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO .....                        Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb .....                       
28-04-2023, 16:30
Özbəkistanda referendum keçiriləcək

Özbəkistanda referendum keçiriləcək

İki gündən sonra, aprel ayının 30-da Özbəkistanda referendum keçiriləcək. Referendumda konstitusiyaya dəyişikliklər səsverməyə çıxarılacaq. Ölkə parlamenti dəyişikliklərlə bağlı qanun layihəsini mart ayının 15-də təsdiq edib. Özbəkistan Konstitusiyasının yenilənməsi zərurəti 2021-ci il oktyabrın 6-da ikinci müddətə seçilən prezident Şavkat Mirziyoyev tərəfindən bəyan edilib. O qeyd edib ki, konstitusiya dövrün tələblərinə uyğun təkmilləşdirilməlidir. Konstitusiyaya dəyişikliklərin önəmli hissəsi insanların hüquq və azadlıqları ilə bağlıdır. Dəyişiklik təklifində Özbəkistanın suveren, demokratik, hüquqi, sosial və dünyəvi dövlət olduğu bildirilir. Ölkə tarixində ilk dəfə olaraq konstitusiya əsas qanunun ölkənin ən yüksək hüquqi qüvvəsinə malik olduğunu və bütün ölkə ərazisində vahid hüquqi məkan yaratdığını təsbit edəcək. Dəyişikliyə əsasən, Özbəkistanda Prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır. Həmçinin, prezidentin iki dəfədən artıq seçilə bilməməsi maddəsi ləğv edilir. Dəyişikliklərdə, həmçinin Qaraqalpaqıstan Respublikasının "suveren" statusundan imtina edilir.
28-04-2023, 15:00
Fransa Ermənistana hərbi dəstəyini gücləndirir

Fransa Ermənistana hərbi dəstəyini gücləndirir

Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb. Bu barədə Fransanın nüfuzlu "Intelligence online" portalı məlumat yayıb. Bildirilib ki, rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağa hazırlaşır. Belə ki, Fransa tezliklə İrəvana daimi hərbi attaşe təyin edəcək. Hazırda bu funksiyanı Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir. Bununla yanaşı, aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun (Direction générale de l'armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Eyni zamanda Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa edir. Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Nəşr 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistan prezidenti postunu tərk etməsindən təəssüfləndiyini bildirir. Çünki o, Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Sarkisyan "Thales", "Areva", "Alstom" kimi hərbi şirkətlərin maraqlarını təmsil edirdi.
28-04-2023, 14:00
Çavuşoğlu taxil sazişindən danışdı

Çavuşoğlu taxil sazişindən danışdı

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu taxıl sazişi barədə danışıb. O, ölkəsinin Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı iddialarını əsassız hesab etmədiyini bildirib. O əlavə edib ki, taxıl müqaviləsi çərçivəsində Rusiya Federasiyasından taxıla görə ödənişlərdə Türkiyə banklarının vasitəçiliyi məsələsi müzakirə olunur. Qeyd edək ki, rəsmi Moskvanın taxıl sazişi ilə bağlı müəyyən iradları var.
28-04-2023, 12:30
NATO-nun bütün döyüş potensialı Rusiyaya qarşı istifadə edilib - Şoyqu

NATO-nun bütün döyüş potensialı Rusiyaya qarşı istifadə edilib - Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan həmkarlarını bu il Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə növbəti konfransda iştirak etməyə dəvət edib. Bu barədə TASS məlumat yayıb. "ABŞ və müttəfiqlərinin qlobal hökmranlığı saxlamaq səyləri qlobal təhlükəsizlik arxitekturasını aşındırıb. Ukraynadakı münaqişə Vaşinqtonun və onun müttəfiqlərinin digər ölkələri Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik etməyə yönəldiyini təsdiqləyir", - nazir bildirib. "Ukraynada xüsusi hərbi əməliyyatın başlanması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi. Pentaqonun Ukraynada həyata keçirdiyi hərbi-bioloji proqramlar bioloji silahların komponentlərinin hazırlanmasına yönəlib", - deyə Şoyqu iddia edib.
28-04-2023, 12:00
Fransa XİN rəhbəri Göyçəyə baş çəkib

Fransa XİN rəhbəri Göyçəyə baş çəkib

Fransanın Ermənistanda səfərdə olan xarici işlər naziri Ketrin Kolonna Cermuka baş çəkib. Onu Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müşayiət edib. Nazir Avropa İttifaqının Monitorinq Missiyasının fəaliyyətini yüksək qiymətləndirib. "Bu missiya gərginliyi azaltmağa və sərhəddəki vəziyyət haqqında məlumat almağa imkan verir", - deyə o qeyd edib. Xatırladaq ki, Kolonna bundan əvvəl Azərbaycanda səfərdə idi.
28-04-2023, 10:30
Türkiyədə keçiriləcək seçkilərin püşkatma mərasimi keçirilib

Türkiyədə keçiriləcək seçkilərin püşkatma mərasimi keçirilib

Türkiyədə seçkilərdə iştirak edəcək prezidentliyə namizədlərin TRT telekanalında təbliğat-təşviqat üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtında növbəliliyi təmin etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatma Ali Seçki Komissiyası tərəfindən təşkil olunub. Nəticələrə əsasən, namizədlərin hansı sıra ilə çıxış edəcəyi müəyyən edilib. Belə ki, ilk çıxışı müxalifətin "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, ikinci ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İtttifaqı"nın namizədi Sinan Oğan, üçüncü Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce, dördüncü çıxışı isə hazırkı prezident, hakim "Cümhur İttifaqı"nın vahid namizədi, AKP sədri Rəcəb Tayyib Ərdoğan edəcək. Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda baş tutacaq.
27-04-2023, 22:00
Baydenin unutqanlığı kameraların gözündən qaçmayıb

Baydenin unutqanlığı kameraların gözündən qaçmayıb

ABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreyalı həmkarı Yun Suk Yeulla görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında diqqətçəkən detal ortaya çıxıb. Belə ki, mətbuat nümayəndələrinin sualları cavablandırılarkən Co Baydenin əlindəki kağızlar kameralara tuş gəlib. 80 yaşlı liderin əlindəki kağızlarda mətbuat konfransında sual verəcək jurnalistlərin adlarının, işlədiyi media orqanının adı və fotoşəkillərinin olduğu görünüb. Bəzi müşahidəçilər bunu Baydenin unutqanlığı ilə izah edib. Baydenin səhhəti bir çox amerikalı tərəfindən sosial mediada yenidən müzakirə mövzusu olub.

27-04-2023, 20:30
Fransa XİN başçısı Paşinyanla görüşdü

Fransa XİN başçısı Paşinyanla görüşdü

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüş zamanı Laçın yolunda və Qarabağdakı vəziyyət müzakirə edilib. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının fəaliyyətinə toxunulub. Qeyd edək ki, Kolonna bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!