13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                        Hikmət Hacıyev Böyük Britaniyanın ticarət elçisi ilə görüşdü .....                        İmişlidə yanğın - 2 nəfər zəhərləndi .....                        Əməkdar artist vəfat etdi - FOTO .....                        Saakaşviliyə yeni cinayət işi açıldı .....                       
3-03-2023, 21:55
Özbəkistan prezidenti qazaxıstanlı həmkarı danışıqlar aparıb


Özbəkistan prezidenti qazaxıstanlı həmkarı danışıqlar aparıb

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev görüşüblər. Görüş Mirziyoyevin Qazaxıstana səfəri çərçivəsində Şımkənd şəhərində keçirilib. Tərəflər Kasım-Jomart Tokayevin 2022-ci ilin dekabrında Daşkəndə dövlət səfəri nəticəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Prezidentlər ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Həmçinin qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi, sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika sektorlarında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

3-03-2023, 21:52
Paşinyan və xanımı Almaniya prezidentinin iqamətgahına gedib


Paşinyan və xanımı Almaniya prezidentinin iqamətgahına gedib

Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Almaniya prezidentinin iqamətgahında olublar. Prezident Frank-Valter Ştaynmayer Ermənistan baş nazirini qəbul edib. Bildirilib ki, Ştaynmayer Paşinyanla, həyat yoldaşı Elke Byudenbender isə Anna Akopyanla ayrı-ayrılıqda görüşlər keçirib.


3-03-2023, 21:50
Akşenerin partiyası Kılıçdaroğlunun namizədliyini qəbul etməyib


Akşenerin partiyası Kılıçdaroğlunun namizədliyini qəbul etməyib

Türkiyədə müxalif İYİ Partiyanın idarə heyəti daxil olduqları "Altılı Masa" və "Millət İttifaqı" siyasi blokunun vahid namizədi kimi CHP sədri Kamal Kılıçdaroğlunun irəli sürülməsini qəbul etməmək barədə qərar verib. Türkiyəli jurnalist İsmail Saymaz twitter səhifəsində İYİ Partiyanın sədri Meral Akşenerin yaxın saatlarda bu barədə ictimaiyyətə açıqlama ilə çıxış edəcəyini yazıb. Qeyd edək ki, dünən "Altılı Masa"nın toplantısında vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verilib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
3-03-2023, 21:44
Təhlükəsizlik bizim prioritetimiz olacaq - Ərdoğan


Təhlükəsizlik bizim prioritetimiz olacaq - Ərdoğan

"Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikiləcək yeni evlərin və kənd evlərinin sayı bəlli olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hələlik 214 dağıdılmış və ağır zədələnmiş bina müəyyən etmişik. Təhlükəsizlik bizim prioritetimiz olacaq. Binalar 4 mərtəbədən artıq olmayacaq. Tarixi və mədəni sərvətlərimizi yaşadacaq, eyni zamanda fəlakətlərə qarşı gücləndirəcəyik", - Ərdoğan söyləyib. "Qədim şəhərlərimizi dirçəltməyi hədəfləyirik", - deyə o əlavə edib.
3-03-2023, 21:37
Almaniyadan Rusiyaya mal satışı 60% azalıb


Almaniyadan Rusiyaya mal satışı 60% azalıb

Bu ilin yanvar ayında Almaniya Rusiyaya 1 milyard avroluq məhsul ixrac edib. Bu haqda məlumatı Rusiyanın Federal Statistika İdarəsi yayıb. Məlumata görə, Almaniyadan Rusiyaya mal və xidmətlərin satışının həcmi 2023-cü ilin yanvarında 2022-ci ilin eyni ayı ilə müqayisədə 60% azalıb.
3-03-2023, 21:34
İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirdi


İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirdi

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirib. Halk TV-də İsmayıl Küçükkayanın proqramına qatılan İmamoğlu CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxanlara İstanbulda keçirilən yerli seçkiləri xatırladıb. O deyib: "İstanbul seçkilərini asanlıqla qazandıqmı? "Biz 15 faiz qabaqladıq, amma sorğularda 14-15 faiz geridə idik. Hər CHP üzvü kimi mənim də namizədim Kılıçdaroğludur". "Altılı masanın qərarı əhəmiyyətlidir. Bu masanın qərar verərkən narahatlıqları aradan qaldırması vacibdir. Əgər kimsə narahatdırsa, o narahatlığı da həll edəcəyik", - deyə İmamoğlu əlavə edib. Qeyd edək ki, Altılı Masanın dünən keçirilən toplantısında vahid namizəd təyin olunsa da, hələlik ictimaiyyətə açıqlanmayıb. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
3-03-2023, 15:56
Azərbaycanla sülhün imzalanmasına qərarlıyıq - Paşinyan


Azərbaycanla sülhün imzalanmasına qərarlıyıq - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlı olduğunu bildirib. Bu barədə o, Berlindəki çıxışı zamanı danışıb. Paşinyan qeyd edib ki, sülh müqaviləsi Ermənistan üçün kapitulyasiyaya bənzər sənəd olmamalıdır: "Sülh müqaviləsi regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.
3-03-2023, 15:53
Azərbaycanla danışıqlar üç əsas istiqamətdə gedir - Paşinyan


Azərbaycanla danışıqlar üç əsas istiqamətdə gedir - Paşinyan

Ermənistanla Azərbaycan arasında danışıqlar üç əsas istiqamətdə gedir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Berlindəki çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə, qeyd olunan istiqamətlər münasibətlərin normallaşmasına dair razılaşma, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlikdir. O əlavə edib ki, Ermənistan Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razılaşıb. Paşinyan vurğulayıb ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.
3-03-2023, 15:38
Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilir


Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilir

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifəsindən azad edilməsi məsələsi həll olunub, hazırda qərarın icrası müzakirə edilir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin mənbələri bildirir ki, baş nazir Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı müdafiə naziri vəzifəsinə təyin etmək istəyir. Hazırda bununla bağlı danışıqlar gedir. Yaxın günlərdə yeni qərarların verilməsi istisna edilmir. Qeyd edək ki, S.Papikyan 15 noyabr 2021-ci ildən müdafiə naziri vəzifəsində çalışır. O, Arşak Karapetyanı əvəzləyib. Bundan əvvəl Papikyan baş nazirin müavini, ərazi idarəetmə və infrastruktur naziri kimi vəzifələrdə təmsil olunub.
3-03-2023, 15:36
Lavrov erməni həmkarı ilə görüşüb


Lavrov erməni həmkarı ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqram kanalında məlumat yayıb. Görüş Hindistanın paytaxtı Yeni Dehlidə baş tutub. “Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə görüşüb və danışıqların istiqamətini müəyyən edib”, - Zaxarova bildirib. Xatırladaq ki, Mirzoyan Hindistanda keçirilən “Risin dialoqu” konfransında iştirak edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!