Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
9-04-2018, 19:44
Bütün qəhrəmanlar və əhvalat uydurmadır və reallıqla hər hansı bir əlaqəsi yoxdur.
Başlanğıc I hissə - HEKAYƏ
17-03-2018, 07:08
Saz-söz məclislərinin bəzəyi aşıq Əkbər Cəfərov

Saz-söz məclislərinin bəzəyi aşıq Əkbər Cəfərov

2-03-2018, 11:14
XOCALI DƏRDİ


1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ləyaqətsiz faşist Ermənistan silahlı birləşmələri və Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayı Azərbaycanın qədim şəhəri olan Xocalı şəhərinə hücum etdilər. Həmin gecə Xocalı şəhəri işğal olundu. Azərbaycanlılara qarşı etnik soyqırım törədildi. Bu soyqırım mütəşəkkil formada həyata keçirildi. Həmin gecə Xocalıda tarixdə görünməmiş soyqırımda 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər Xocalı sakini vəhşicəsinə qətlə yetirildi. Bu soyqırımda ən dəhşətlisi isə 8 ailə tamamilə məhv edilmiş, 25 uşağın hər iki valideyni, 130 uşağın isə ya atası, ya da anası öldürülmüşdür. 487 nəfər güllə yarası almışdı ki, bunun da 76 nəfəri kiçik yaşlı uşaqlardı. Biz orta məktəbdə tarixdən oxumuşduq ki, 1941-1945-ci il Böyük Vətən müharibəsində faşist Almaniyası işğal etdiyi məkanlarda uşağa, qadına, qocaya toxunmayıb. Ancaq yaramaz erməni daşnakları nə uşağa, nə qadına, nə də ki, qocaya rəhm etmədi.

1300 nəfərdən çox Xocalı sakini erməni daşnaklar tərəfindən əsir götürülmüşdür. Əsir götürülən girovlardan 160 nəfərdən çoxunun bu günə kimi taleyi barədə heç bir məlumat yoxdu. Həmin 160 nəfərlik girovdan 70 nəfərdən çoxu qadın, 30 nəfərə qədəri kiçik yaşlı uşaqlar olmaqla bu girovların taleyi haqqında heç bir məlumat verilməyib.
Azərbaycanda Xocalı soyqırımını ilk dəfə yaddaşa köçürən, o dəhşətli gecənin ağrı-acısını yaşayan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur. Xocalının müdafiəsi zamanı Azərbaycanın könüllülərdən ibarət olan ordusu son nəfəslərinədək döyüşmüşdü. Onlardan 7 nəfəri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Onlar Əsgər Novruzov, Əlif Hacıyev, Allahverdi Bağırov, Tofiq Hüseynov, Adil Quliyev, İnqilab İsmayılov və Füzuli Rüstəmovdur.
Xocalının müdafiəsi zamanı döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. Amma heç bir döyüşçü bu döyüşdə geri çəkilməmişdi, axıra qədər qəhrəmancasına döyüşmüşdü. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsi idi. Bu faciəni hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları başda olmaqla bütün dövlət nümayəndələri tərəfindən yüksək səviyyədə qeyd olunur. Xocalı soyqırımı abidəsi önündə onların əziz xatirəsi yad edilir.
Xocalı soyqırımı haqqında şair və yazıçılarımız olduqca dəyərli şeir və nəsr əsərləri yazıb və yazırlar. Onların əsərlərini oxuyanda elə bilirsən ki, həmin gecəni onlar özləri yaşayıb. Sərdar Zeynalın “Xocalı”, İlhamə Namazovanın “Xocalı, ay Xocalı!”, Daşqın Gülməmmədovun “Xocalı ağrısı”, İlahə Əliyevanın “Xocalı yası” və Rahilə Qaralovanın Xocalı haqqında, Şəhidlər haqqında yazdığı şeirlər bu qəbildəndir.
Rahilə Qaralovanın “Xocalı”, “Şəhid anası”, “Ağlama anam”, “Xocalını unutmayaq” və s. şeirlərini Xocalı soyqırımının ildönümü münasibəti ilə oxuculara çatdırmağı özümə borc bildim.
Xocalı

O gecə ağlayan kaman dinlədim,
Göylərə yalvaran aman dinlədim,
O orda, mən burda yanıb inlədim,
Ruhum dolandığı candı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Səsləndi aramsız topların səsi,
Allaha çatmadı insan naləsi,
Öldü qocaları, yandı körpəsi,
Torpağın suvaran qandı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Güllələr göylərdə alov saçırdı,
Ölümə durmadan yollar açırdı,
Kimi yıxılırdı, kimi qaçırdı,
İlk dəfə ölümü andı Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Çoxun şaxta vurdu, yollarda dondu,
Qırılan bir deyil, beş deyil, ondu,
Sanki qiyamətdi, elə bil sondu,
Özünü tək, yalqız sandı Xocalı,
O gecə alışdı, yandı Xocalı.

Haraydan çoxunun səsi də batdı,
Eşidən kim oldu, kim haya çatdı?
Gəlinlər özünü qayadan atdı,
Bunu nicad yolu sandı, Xocalı,
O gecə alışdı, yandı Xocalı.
ŞƏhid anası

Vətənin dar günü önə atılan,
İntiqam hissilə oda qatılan,
Qan töküb, can verib, yanıb çatılan
Ölümün üzünə gülən, anası!
Məğrur ol, ağlama Şəhid anası!

Sən Təbriz, Mübariz anasısan bil,
Dözümlə Vətənə yanasısan bil,
Dərdini, düşməndən danasısan bil,
Qüruru göylərə dəyən, anası!
Məğrur ol, ağlama Şəhid anası!

Bu döyüş yoludu, yanıb, vay demə!
Oğluna, qızına qayıt hay demə!
Nə üçün gedirsən balam, tay demə?!
Bayraqdan libası geyən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Qaralmış göylərdən bulud çəkilir,
Torpağa şəhidin qanı tökülür,
Minlərlə düşmənin beli bükülür,
Ey Vətən torpağın sevən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Hər evin başına bayraq taxılmaz,
Hər ada şəhidlik adı asılmaz,
Hər kəsə bu qədər uca baxılmaz,
Sən düşmən qəddini əyən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Tezliklə şad xəbər gələr, bilərsən,
Qələbə sevinci alıb, gülərsən,
Gözündən qurumaz yaşı silərsən,
Nisgili qəlbindən silən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Rahilə, Vətəndən bil ki, pay olmaz,
İgid anasının gözləri dolmaz,
Nahaq qan heç zaman o yerdə qalmaz,
Sən torpaq qədrini bilən anası!
Məğrur ol, ağlama Şəhid anası!

Ağlama anam

Düşmənə biz gəldik hədə,
Çaldıq bir ilkin qələbə,
Oğlun geri gəlməsə də,
Ağlama, anam, ağlama!

Qarabağın bağrı qara,
Çarpaz yanan qəlbi yara,
Oğullardı ona çara,
Ağlama, anam, ağlama!

Gözlərinə çöküb duman,
Düşmənlərə vermə aman,
Son ümidə çoxdu güman,
Ağlama, anam, ağlama!

Gəl bürünmə qara dona,
Son qoyacaq bu hicrana,
Qovuşacaq oğul, ana,
Ağlama, anam, ağlama!

Payız keçib qış gələcək,
Qələbəmiz tuş gələcək,
Ağ göyərçin quş gələcək,
Ağlama, anam, ağlama!

Xocalını unutmayaq

Od qalandı, oda düşdü,
Yaddan çıxdı, yada düşdü,
Taleyinə qada düşdü,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Bir tarixdir qədim şəhər,
Olmuşdu o nurlu səhər,
Dərdə düşdü, boğdu qəhər,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Unutmayaq o yerləri,
Nər biləkli igidləri,
Nakam ölən şəhidləri,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Dağ üstünə gəldi dağı,
Rəhm etmədi azğın yağı,
Güllələdi hər uşağı,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

Zülm elədi azğın düşmən,
O dəhşəti görən gündən
Rahiləyəm, dözmürəm mən,
Allah, buna nə ad qoyaq?
Xocalını unutmayaq.

GedƏk Qarabağa

Gül-çiçəkdən çələng hörək,
Yollara xalı sərək,
Bağçalardan barı dərək,
O zirvəsi qarlı dağa,
Durun gedək Qarabağa.

Xarıbülbül pişvazına,
Bülbüllərin avazına,
Aşıqların tar-sazına,
Boylanmayaq sola, sağa,
Durun gedək Qarabağa.

Həyacandan üzülək biz,
Cıdır düzə düzülək biz,
Bulaqlardan süzülək biz,
Dolanaq o bağça, bağa,
Durun gedək Qarabağa.

Gecikdik biz, keçir zaman,
Səbirsizəm inan yaman,
Düşmənə verməyək aman,
Göydən üstə güllə yağa,
Durun gedək Qarabağa.

Rahilə, at qəm daşını,
Qurut gözünün yaşını,
Qaldırıb dik tut başını,
Qayıdaq biz o xoş çağa,
Durun gedək Qarabağa.


Hüseyn Məmmədov,
"Bütöv Azərbaycan" qəzeti
24-02-2018, 22:44
Qələm loğman əlində
Min bir dərdə dəvadır.
Kor hökmdar əlində
Başlar kəsən bəladır.
Qələm hakim əlində, zindan adlı cəzadır
15-02-2018, 08:40
Ömrünün çiçəklənən vaxtı


Azərbaycan aşıq sənətində ağır itki oldu. Azə[center][/center]rbaycan Aşıqlar Birliyinin üzvü, Şirvan aşıq məktəbinin layiqli davamçısı olan Aşıq Vüqar Mahmud oğlu Niftəliyev 10 yanvar 2018-ci ildə infarkt keçirərək gözlərini əbədi yumdu, haqq dünyasına qovuşdu.

Aşıq Vüqar Mahmud oğlu Niftəliyev 3 noyabr 1970-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində sazlı-sözlü Aşıq Mahmud Ələsgər oğlunun ocağında dünyaya göz açmışdı. Aşıq Vüqarın atası Şirvan aşıq məktəbinin ustadı, sayılıb-seçilən aşıqlarından olmuşdur. Elə Aşıq Vüqarın ilk ustadı da aşıq Mahmud olmuşdur.
Aşıq Mahmud aşıqlığın bütün incəliklərini, səhnə mədəniyyətini, dastançılığı öyrətmişdir. Aşıq Mahmud gənc Vüqarı özü ilə el şənliklərinə, dövlət tədbirlərinə aparar, çiyin-çiyinə çalıb oxuyardılar.
Amansız ölüm aşıq Mahmudu 2 iyun 2002-ci ildə ömrünün çiçəklənən vaxtı Vüqardan ayırıb haqq dünyasına qovuşdurdu. Hamı düşünürdü ki, aşıq Mahmudun sazı bir daha dillənməyəcək. Ancaq gənc Vüqar ustadların təkidi, xeyir-duası ilə aşıqlığa başlayır. Az bir müddətdə elin hörmətini qazanır. Aşıq Vüqar Şirvan aşıq məktəbinin ən ləyaqətli davamçılarından biri idi. Aşıq Vüqar ömrünün çiçəklənən vaxtı amansız ölümün, əcəlin əlindən qurtara bilmədi.
Hər kəsin bir ömrü var, necə ki, payız yarpağının ömrü kimi. Aşıq Vüqarın ürəyində çox arzuları vardı, ancaq ömrü vəfa etmədi.
10 yanvar 2018-ci ildə haqq dünyasına qovuşdu. Aşıq Vüqar tanıyanların qəlbində əbədi yaşayacaq.
Aşıq Vüqarın ölüm xəbərindən sonra ona həsr olunan şeirləri oxuculara çatdırmağı mən də özümə borc bildim.


Apardın

Zalım əcəl, nəydi qəsdin-qərəzin,
Necə qıydın şirin cana, apardın!
Arzuları çiçək açan aşiqi,
Nə tez çəkdin imtahana? Apardın!

Ürəyində getdi neçə arzular,
Bu acı xəbəri duyan qan ağlar.
Yas tutub Vüqara qocaman dağlar,
Bürüdün ağ kəfən-dona, apardın.

Görən geri dönəcəkmi bu bahar,
O dəyərli insan, gözəl sənətkar.
Xamisin qəlbinə dolub qəm-qubar,
Əzrail, vermədin aman, apardın!

Aşıq Xamis Xanışoğlu
11.01.2018

Yalvarım

Sən sazsız-söhbətsiz durmazdın bir an,
Bəs niyə gəncliyin tez oldu viran.
Əlacın duyanı yaradan quran,
De, hansı əldəsə ələ yalvarım.

Ömür gülşəninə nə tez yağdı qar,
Həkimlər dərdinə qaldılar naçar.
Qardaş, bu dərmanın harda, kimdə var,
Gəzim dağı-daşı, elə yalvarım.

Həyat aşıq üçün yaranıb cəfa,
Ölümə dərman yox, ömürə vəfa.
Sənə həkimlərdən olmadı şəfa,
Qoy ana torpağa belə yalvarım.

Aşıq Rza
11.01.2018


Apardı

Nə yaşa baxmadı, nə insanlığa,
Nə rəhmi gəlmədi bu cavanlığa.
Vaxtsız gələn əcəl bircə anlığa,
Aman da vermədi, aldı apardı...
"Ölüm Peşrosu"nu çaldı, apardı...

Yeri məclislərdə yuxarı başda,
Xətrini istərdi dost da, yoldaş da.
Nə deyim fələyə, bu cavan yaşda,
Könlümüzü dərdə saldı, apardı,
"Ölüm Peşrosu"nu çaldı, apardı...

Adı yaraşırdı şəxsiyyətinə,
Həmişə sadiqdi saf niyyətinə.
Ata sənətinə, öz sənətinə,
Arzuları yarım qaldı, apardı,
"Ölüm Peşrosu"nu çaldı, apardı...

Xəyyam Məmmədov



Nə tez oldu bu səfər
(Aşıq Vüqar Mahmudoğlunun
əziz xatirəsinə)

Nəvən hələ sənə saz gətirməmiş,
Yaşın üstə bir yaş yaz gətirməmiş.
Mahmudun yarası köz gətirməmiş,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Bir sədəfli saz da aslı qaldı,
Neçə bəy gəlinin vüsalı qaldı.
Təqvimdə neçə toy yazılıqaldı,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Nə tez söndü axı eşqin həvəsin?
Ədəbdə, ərkanda olmaz əvəzin.
Saraylarda qaldı nəfəsin,səsin,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Şirvan üstə idi hər şövqün, şəstin,
Kərəmi, Şikəstə içrə bitmişdin.
İslamla görüşmü təyin etmişdin,
Aşıq Vüqar nə tez oldu bu səfər?

Dedilər köçmüsən sənət yoldaşım,
Eşitcək sinəmə əyildi başım.
Əmi kimi kimdən soruşsun Haşım?
Aşıq Vüqar nə tez oldu bu səfər?

Aşıq Haşım Qubalı
11 yanvar 2018

Allah Aşıq Vüqara rəhmət etsin.

Hüseyn Məmmədov,
"Bütöv Azərbaycan" qəzeti
5-02-2018, 10:55
Ana laylası


Hüseyn MƏmmƏdov,
“Bütöv Azərbaycan" qəzeti





Ana laylası

Azərbaycan ədəbiyyatında gənc şair və yazıçılar daim dövlətimizin diqqətində olub. Onların yazdıqları əsərlər dövri mətbuat vasitəsi ilə öz oxucularına çatdırılıb. Bu gündə bu ənənə öz axarı ilə davam edir. Vaxt aşırı gənc şairlərin şeirləri, hekayələri qəzetmiz vasitəsi ilə oxucu kütləsinə çatdırılır. Belə gənc şairlərdən biri də dağlar qoynunda yazıb, yaradan Rəman Məmmədovdur.

Rəman Ramiz oğlu Məmmədov 28 yanvar 1999-cu ildə sazlı, sözlü hüsnikar gözəlliyi ilə seçilən, axarlı-baxarlı Gədəbəy rayonunun İnəkboğan kəndində dünyaya göz açıb. 2005-ci ildə Niyazi İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbinə daxil olub. Hələ məktəbdə oxuduğu illərdə Ədəbiyyata, şeirə böyük maraq göstərən Rəman 7-ci sinifdə oxuyanda ilk şeirini yazmağa başlayır. Rəmanın ilk şeiri "Ana laylası" adlanır. Şeiri öz anasına həsr edib. Balaca Rəmanın bu şeiri ədəbiyyat müəllimi tərəfindən bəyənilir və yüksək səviyyədə qiymətləndirilir. Müəllimi tərəfindən deyilən bu gözəl sözlərdən sonra Rəman daha da həvəslənir.
Gənc məktəbli Rəman "Ana laylası" şeirini olduqca gözəl yazıb. Ananın balası üçün çəkdiyi əzab-əziyyəti, yuxusuz qaldığı gecələri olduqca gözəl təsvir edib.

Odur həyatın baharı, yazı
O olub dilimin söhbəti, sözü.
Ana qədər söylə kim çəkib nazı,
Dərdimin dərmanı Ana laylası.

Bəli, Rəman çox düz qeyd edib hər bir kəsin "Dərdimin dərmanı Ana laylası".
Və yaxud "Söyləmə" qoşmasında da insanları yaxşılığa çağırır, yalana pisliyə nifrət edir.

Nə qədər ömrün var yaxşılıq eylə,
Heç kimə dünyada yalan söyləmə.

Rəman Məmmədov deyir ki, əsasən bəhrələndiyim şairlər elimizin gözəl şairi İlyas Tapdıq, Dəmir Gədəbəyli, Poladoğlu, Aşıq İsfəndiyar Rüstəmov, Aşıq Alqayıt Göyçəli,gənc şairə Çiçək Həsənova və başqalarından bəhrələnirəm. Onları mən özümə ustad bilirəm. Həmişə onların yaradıcılığı ilə maraqlanır və bu günün özündə də onlardan bəhrələnirəm.
Rəman 2016-cı ildə Niyazi İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbini bitirib, 200-ə qədər şeiri var. Dövri mətbuatda birinci dəfədir ki şeirləri dərc olunur.

Ana laylası

Həsrətdən gecelər yata bilmirəm,
Dərdimin dərmanı ana laylası.
Əlimi uzadıb çata bilmirəm,
Dərdimin dərmanı ana laylası.

Odur həyatın baharı, yazı
O olub dilimin söhbəti, sözü.
Ana qədər söylə kim çəkib nazı,
Dərdimin dərmanı Ana laylası.

Bu uzun yollardan yaman yoruldum,
Bulandım sellər tək bir an duruldum.
O həzin səsinə yaman vuruldum,
Dərdimin dərmanı Ana laylası.

Saçlarım ağardı, belim büküldü,
Çiynimə dünyanın yükü töküldü.
Rəmanam, başımdan alov töküldü
Dərdimin dərmanı Ana laylası.

Öldürəcəkdi

Məndən ayrılmısan xoşbəxt olasan,
Mənim talehimə xətt çəkən fələk.
Sənin talehinə xətt çəkəcəkdir,
Sənidə mənimlə öldürəcəkdir.

Qaçmaq olmur əzrayıldan heç yana
Həyat budur çatmısansa son ana
Son anda bəxdimiz bir güləcəkdir,
Sənidə mənimlə öldürəcəkdir.

Mən yardan yaralı, sən var-dövlətdən,
Qara yazıb bəxtimiz əzəldən.
İkimizə əzrayil bir gələcəkdir.
Sənidə mənimlə öldürəcəkdir.

Rəmanam qorxu yox gəlib gedərsən,
Bir gün yaranmısan, bir gün ölərsən.
Yaradan sənidə mənə verəcəkdir,
Sənidə mənimlə öldürəcəkdir.

Azalıb

Qabaqlar məhəbbət sevgi çox idi,
Hər kəs bir-birinə hörmət edirdi.
O günlər o illər tezcədə keçdi,
Hər kəsə etibar artıq azalıb.

Hər kəs bir-birinə quyular qazır,
Yaxşılığı qoyub pisliyi sevir.
Başına götürüb bəla dünyanı,
Pislər ayaq alıb yaxşı azalıb.

Qabaqlar var idi böyüyə hörmət,
İndi hörmət edir yüzdə bir insan.
Qalmayıb etibar artıq heç kəsə,
Etibarlı insan artıq azalıb.

Rəmanam dəyişib dünya nədənsə,
Ana istəməyir öz balasını.
Hərəyə bir cürə xəstəlik keçib,
Oğula etibar artıq azalıb.

Söyləmə

Yaxşı əməlinlə çalış ad qazan,
Böyük səhv eyləyir yolundan azan.
Nə qədər ömrün var yaxşılıq eylə,
Heç kimə dünyada yalan söyləmə.

Bu dünya bəzəkdir, naxışı hanı?
Ala gözlər süzür baxışı hanı?
Dağ üstə göndərdi çəni, dumanı,
Dağlarda dumanı yaman söyləmə,

Şairəm ağlaram ürəyimdə mən,
Yaxşını saxlaram ürəyimdə mən.
Dünya tez aparır yaxşını nədən?
Gəl bu dünyaya sən doğru söyləmə.

Yalandı deyiblər bu dünya yalan,
Hər kimə nə versə alandı-alan.
Rəmanında halı olar pərişan,
Gəl şair Rəmana yalan söyləmə.

Ölürəm

A dostlar yığılın gəlin yanıma,
Fələk mənə zülüm verir, ölürəm,
Tapılmır dərdimə heç yerdə çarə,
Həyat məni dara salıb, ölürəm.

Anam gözü yaşlı, atam fikirli,
Bacım ölməmişdən dil deyir mənə,
Qardaş dözəmmirəm, döz deyir mənə,
Fələk nələr etdi indi ölürəm.

Qılıncını mənə çaldı yaradan,
Belimi qırıb gözümü tökdü o andan,
Çəkdiyim əziyyət puç oldu artıq,
Həyata əlvida deyib ölürəm.

Rəmanam ömrümün sonu çatladı
Qismətim beləymiş nə etmək olar.
Bircə şeyə dözəmmirəm deyirəm,
Anam gözü yaşlı qalıb ölürəm.

Gədəbəylidi

Mən bu gözəl eldə dünyaya gəldim,
Həyatın qədrini bu eldə bildim.
Bir qıza vuruldum, birini sevdim,
Məni dərdə salan Gədəbəylidi.

Naz ilə gedərək canımı aldı,
Sevən ürəyimi odlara saldı.
Həmişəlik mənim qəlbimdə qaldı,
Ömrümün bəzəyi Gədəbəylidi.

Qara gözlərinə baxdı gözlərim,
Bir anlıq yadımdan çıxdı sözlərim.
Ordaca tutuldu mənim dizlərim,
Bu canımı alan Gədəbəylidi.

Rəmanam sevirəm, sevəcəm onu,
Bilirəm ölümdür həyatın sonu.
Deyirəm sevgilim qoy bilsin bunu,
Bu qəlbimdə qalan Gədəbəylidi.

Bu günlərdə Rəmanın doğum günü oldu. Rəmanı doğum günü münasibəti ilə təbrik edirəm! Rəmana Allahdan uzun ömür can sağlığı arzulayıram
.


2-02-2018, 09:26
1-02-2018, 18:49
Necə də çoxdan mən Romada olmamışdım. Əzəmət və sadəlik şəhəri,
mənim şəhərim. Qürbətdə olarkən eşitdiklərimə inana bilmədim ki, Sulla
hakimiyyətdən uzaqlaşmış və qaçmışdır, onun tərəfindən qanunsuz elan olunmuş
hər bir kəs isə geri qayıda bilərdi.
Qadeslə söhbət - 1
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!