"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-08-2021, 15:05
Azadə Novruzova yazır:  "Bu qərib misraya, kəpənək qonub…"


Aysellə ilk ünsiyyətimiz “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin birində olmuşdu. Təsadüfdən ya zərurətdən idimi, yan-yana əyləşmişdik. Böyük zal ağzına kimi dolu idi. Dünyanın dördbir tərəfindən söz adamları, şairlər, yazıçılar cahana sığmayan, sirr dolu Nəsimi sözünün cəzbində bir araya toplaşmışdılar. Gün ərzində birlikdə olduq. Anar müəllimin, Elçin müəllimin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Oljas Süleymanovun, Konstantin Kedrovun, Fernando Rendonun və s. ünlü şair və yazıçıların çıxışlarını, şeirlərini dinlədik. Az söhbət etsəkdə gözlərimiz ürəyimizdən keçənləri oxumuşdu. Günün sonunda yaxın günlərdə görüşüb doyunca söhbət edəcəyimiz vədi ilə ayrıldıq. Ədəbi, nəzakəti, yüksək mədəniyyəti, gənclik zövqlü geyimi ilə Aysel ürəyimə çox yatmışdı. Çox qarışıq zəmanəmizdə onun simasında belə istedadlı, ədəbli, böyük-kiçik yeri bilən gənclərin olması mənə gələcəyə ötürülən bu günümüzün layiqli davamçılarının olması sevincini yaşatdı. Covid-19 pandemiyası planlaşdırdığımız görüşün uzanma səbəbi oldu. Və nəhayət ki, Ayselin yeni çapdan çıxan “Kəpənəyin göz yaşı” adlı kitabı ürəkdolusu söhbətləşdiyimiz görüşümüzə vəsilə oldu. Bir sərin yaz günü Xəzərin sahilində dənizin mehi, yarpaqların nəğməsi, Günəşin alabəzək şüaları musiqinin, sözün sehri ilə çulğaşmışdı...
Bu qərib misraya kəpənək qonub,
Deyir ki, üç günə sığdır ömrünü.
[/b]

Ayselin gözlərinin dərinliklərindəki kədəri hələ ilk ünsiyyətimizdə sezmişdim. Səbəbini bu gün bildim. Həyat onu çox düşündürür... O ətrafında baş verən hadisələrə çox həssaslıqla yanaşır. Kədəri olanın kədərini bölüşməyə, sevinənin sevincinə sevinməyə can atandır bu kəpənək kimi zərif xanım.
[b]Suriyalı uşaq
Sən açılan atəşləri,
Şimşək çaxmasımı zənn etdin, yavrum?
Yağan qurşunları dolu,
Uçqun uçurumu oyuncaq,
Qaçıb gizlənəni gizlənqaçmı bildin?
Səni necə aldatdı atanla anan?
Ağlama yavrum...
“Bu da böyük insanların oyunudur”-
Dedikləri üçünmü susdun?
Sən heç silahla qazanılan,
Ölümlə itirilən oyun görmüsdünmü?
Nə idi günahın yavrum?
Həyata məsumca baxmağınmı?
Ana südünün qoxusunu unudub,
Hiylə qoxusunu dadmağınmı?
Dərd çəkdirənin cəzasız qaldığı dünyanın adı batsın.
Torpağın altında torpağın üstü üçün darıxdınmı heç?
Gəl günahkar dünyanın günahından keç.
Tanrıya şikayət edə bildinmi?
Ona danışdınmı canına necə qıydıqlarından?
Uşaqlar öləndə o biri dünyada mələk olarmış,
Yalana bax, yalana. Başımızı qata-qata,
Təskinliklə ömrü sata-sata,
Belə yaşamağın adı batsın.
Kaşki, böyüyəydiniz,
O dünyanın cəhənnəmində yerinizə şeytan belə olardım.
Belə mələk olmaqdansa...
Böyüyəndə nə olmaq istədiyini bilmədim,
Fəqət şərəfsiz terrorist olmaq istəmədiyini gözlərindən oxumuşdum.

Aysel Kərim 1993-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. 2013-2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Eyni zamanda həmin illərdə AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər Məktəbi” nin də məzunu olub. Məqalələri 2008-ci ildən dövrü mətbuatda dərc edilir. İlk şeir kitabı 2011-ci ildə “Bir ovuc yağış” adı ilə çap olunub. 2014-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən fəal gənci” seçilərək, “Gənclər mükafatı”na layiq görülüb. Şeirləri bir çox toplu və antologiyalarda dərc edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün nəzərdə tutulmuş təqaüdünə layiq görülüb. 2019-cu ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasının məzunu olub. 2013-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, 2019-cu ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Aysel Kərimin musiqi yaradıcılığında öz şeirləri ilə yanaşı Leyla Əliyevanın, Qənirə Paşayevanın, Rəşad Məcidin sözlərinə bəstələdiyi mahnılar da yer alır. O, Azərbaycanın xalq və əməkdar artistləri ilə çalışır. Onun bəstələrini Alim Qasımov, Fərqanə Qasımova, Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, Fidan Hacıyeva, Brilliant Dadaşova kimi sənətkarlar ifa edir. Əməkdar artistlər Lalə Məmmədovanın, Fərid Əliyevin ifasında onun şeirlərinə bəstələnmiş mahnılar da tamaşaçılar tərəfindən zövqlə dinlənilir. Eyni zamanda musiqi yaradıcılığından onun romansları, prelüdiyaları və fortepiano pyesləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, uşaq mahnıları “Qış nağılı”, “Balaca sərçə”, “Mən arıyam” və s. Rəşid Behbudov adına mahnı teatrında və tv proqramlarında daim səsləndirilir. “ Dünya uşaq himni”, “Bayram yallısı”, “ Qardaşlıq himni”, “Yaradan” və digər əsərləri bəstəkar kimi Aysel Kərimin böyük imkanlarının nümunəsidir.
Ayselin öz ifasında səsləndirdiyi “Gecə-gündüz”, “Bulud”, “Dünyaya ana lazım” və. s. şeirləri həssaslığının, gözəl şair duyumunun seçilən nümunələrindəndir.

Bir Allah eşqidir sonsuz kainat,
Bir ucsuz-bucaqsız səhralardayıq.
O bizə gizləyib özünü deyən,
Görəsən özümüz haralardayıq?


Şeirlərinin təravəti, bəstələrinin ahəngi könüllərin məlhəmidir, QARAGÖZ QIZ. İstedadın, ədəbin, təmkinin səni yaradıcılığının ən uca zirvəsinə qədər ucaldacaq. Tanrı yolunu daim nurlandırsın, əziz Ayselim. Səni yeni kitabının çap olunması, oxuculara təqdim olunması münasibətilə ürəkdən təbrik edir, nailiyyət, səadət dolu ömür arzulayıram. Uğurlar!
Dünya can alveri- bir ət, bir sümük...

Azadə Novruzova,
Şairə-publisist,Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!