Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ .....                        Sürücülər imtahan verdilər - 313 nəfəri kəsildi .....                        İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi .....                        Baş Prokurorluqdan vətəndaşın iddialarına cavab .....                        Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi .....                        Ərdoğan Körfəz ölkələrinə üç günlük səfərə çıxıb .....                        Gürcüstanla Ermənistanın müdafiə nazirləri görüşdü .....                        Bu ölkədə fövqəladə vəziyyət uzadıldı .....                        Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq .....                       
Tarix : 30-08-2017, 12:57
Təhsil Nazirliyinə məktub yazılıb:"İranda 40 milyon türk var..."


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Meşginşəhr Azad Universitetinin keçmiş rəisi doktor Bəhram Abbaszadə İranın Təhsil Nazirliyinə məktubla müraciət edib.

Məktubda Təhsil Nazirliyinin farscada qəliz ləhcəsi olanların məktəblərdə müəllim işləyə bilməyəcəkləri barədə yeni irqçi qanunları kəskin tənqid edilərək İranda 40 milyon türkün olduğu xatırladılıb.

“Ləhcə nizamlaması, utancverici nizamlamadır. Bu, Təhsil Nazirliyinin fəaliyyət tarixində ən qeyri-peşəkar nizamlamaları sırasındadır.

İranın 70 milyon əhalisindən 40 milyonu türkdür, qalanı isə kürd, bəluç, ərəb və s. Sizin sayınız isə 200 mindən çox deyil.

Kaş ki,ləhcə nizamlaması əvəzinə Təhsil Nazirliyini siyasətdən uzaqlaşdırardınız. Uzaq kəndlər, şagirdlərin yoxsulluğu və onların çadırda qaldıqlarını öyrənərdiniz.

Kaş ki, şagirdlər arasında olan təbəqələşmə, ağır təhsil xərcləri, istedadlı insanların yoxsulluq ucbatından yardım etmək məqsədi ilə min dəfə məktəbə çağırılması, müəllimlərin maaşı və həyat səviyyəsi, həmçinin yoxsulluqdan övladlarının universitet pulunu ödəyə bilməyən müəllimlərdən xəbər tutardınız.

Cənab nazir, uzun illərdir sizin nazirliyiniz siyasət meydanına və deputatların arxa həyətinə çevrilib, ora siyasilərin kin və nifrət məkanını xatırladır. Hətta bu barədə hörmətli imam cümələr də dəfələrlə xəbərdarlıq ediblər, lakin deyilənlər eşidilməyib.

Cənab nazir, sizin təlim və təhsilinizin nəticəsi özəl dərs kursları, tərbiyənizin nəticəsi yeniyetmələrin bu qədər ictimai problemləri, insana hörmət qazandırmağınızın nəticəsi isə müəllimlərin pulsuzluğu və şagirdlərin gələcəyə inamsızlığıdır. Sizin isə hazırda tək bir probleminiz var: Ləhcə!”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, Avqustun 23-də İranın Təhsil Nazirliyi müəyyən xəstəliklər və farscada qəliz ləhcələri olanları ibtidai məktəb müəllimi peşəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!