Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                        Türkiyədə silah zavodu yanır .....                       
Tarix : 2-09-2014, 17:20

Newtimes.az analitik-informasiya portalından Azərbaycan mətbuatına müraciət 

Son dövrlərdə dünya və ölkə mətbuatının ən aktual mövzularından biri də özünü ''İraq və Şam İslam Dövləti'' (İŞİD) adlandıran terrorçu qruplaşmanın fəaliyyəti ilə bağlıdır. İlk növbədə bu terror təşkilatının vəhşilikləri, insanlığa sığmayan hərəkətləri mətbuatda geniş işıqlandırılır. Bütün dünya liderləri bu terrorçular haqqında münasibət bildirirlər.Azərbaycan mətbuatı da qlobal informasiya məkanının tərkib hissəsi olaraq bu mövzu ətrafında müxtəlif tipli video-süjet, analitik məqalə və ya xəbər verir. Lakin bu materialları verərkən bilərəkdən və ya bilməyərək müxtəlif xəbər saytları, qəzetlər və ya ayrı-ayrı jurnalist həmkarlarımız bəzən bu terror qruplaşmasının adını ''İslam dövləti'' kimi çəkirlər. Bu isə daha çox dünyada, xüsusilə də Qərbdə İslamı bir qorxu mənbəyi, terror dini kimi təqdim etməyə çalışanların dəyirmanına su tökmək deməkdir. Aydındır ki, terrorçuların nə dini, nə də milləti olmur. Bu mənada terror qruplaşması olan İŞİD-i ''İslam dövləti'' adlandırmaq ən azı İslam dininə qarşı hörmətsizlikdir. Məsələnin bu tərəfi ilə bağlı bizim mətbuatda müəyyən materiallar, ictimai-siyasi xadimlərin müsahibələri getmişdir. Lakin görünən budur ki, hələ də vəziyyət qənaətbəxş deyil. Müşahidə və təhlillər göstərir ki, Azərbaycandilli mətbuatda İŞİD-i ''İslam dövləti'' kimi tanıtmağa çalışanlar sırasında "BBC”-nin Azərbaycan bölməsi, ''Amerikanın səsi'', ''Azadlıq radiosu'' liderlik edir. Bu isə terror qruplaşmasına ''İslam dövləti'' adı vermək istəyənlərin əsl niyyətlərini göstərir.Azərbaycan informasiya məkanında 2 ildən çoxdur ki fəaliyyət göstərən, daha çox beynəlxalq əhəmiyyətli mövzuların təhlili istiqamətində ixtisaslaşmış Newtimes.az analitik-informasiya portalı Azərbaycan mətbuatına və jurnalistlərə səslənir. Gəlin hər şeyi öz adı ilə adlandıraq. İŞİD haqqında məlumat verərkən ''İslam dövləti'' deyil, özünü ''İraq və Şam İslam Dövləti'' (İŞİD) adlandıran terrorçu qruplaşma ifadəsindən istifadə edək. Newtimes.az bu təşəbbüsün bütün həmkarlarımızdan dəstək görəcəyinə əmindir. Bir çox mətbuat orqanları ''İslam dövləti'' deyərkən məsələnin siyasi tərəfinə həqiqətən fikir vermirlər. Ona görə də jurnalist həmkarlarımızı bu təşəbbüsü dəstəkləməyə çağırırıq.



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!