Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
26-05-2024, 22:15
"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu


"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu

Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu olub.
Son turda "Ankaragücü"nü 6:0 hesabı ilə məğlub edən "Fənərbağça" isə 99 xalla mövsümü ikinci pillədə bitirib.
26-05-2024, 22:10
Türkiyədən acı xəbər - 10 ölü, 30 yaralı


Türkiyədən acı xəbər - 10 ölü, 30 yaralı

Türkiyənin Mersin vilayətində zəncirvari yol qəzası baş verib. İlkin məlumata görə, hadisə nəticəsində on nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Bu barədə Mersin valisi Ali Hamza Pehlivan açıqlamasında bildirib.
O qeyd edib ki, hadisə Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralında meydana gəlib. Qəzaya qarışan nəqliyyat vasitələri arasında şəhərlərarası sərnişin avtobusları, yük və minik avtomobilləri var.
Qəza bölgəsinə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
26-05-2024, 21:46
Zelenski amerikalı və çinli həmkarlarına çağırış etdi


Zelenski amerikalı və çinli həmkarlarına çağırış etdi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Bayden və Çin lider Si Cinpini 15-16 iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə çağırıb.
Bu barədə Zelenski teleqram kanalında yerləşdirdiyi videoda bildirib.
Zelenskinin sözlərinə görə, dəvət olunmuş 160 dövlətdən 80-dən çoxu artıq iştirakını təsdiqləyib.
“Mən indiyə qədər sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərin kənarında olan dünya liderlərinə müraciət edirəm: Prezident Bayden, ABŞ lideri, Prezident Si, Çin lideri. Zərbələr arasında fasilə deyil, sülhün olması üçün liderliyinizi göstərin”, - deyə Zelenski qeyd edib.
"Bloomberg" nəşri yazıb ki, Co Bayden İsveçrədəki konfransda iştirak etməyə bilər. O, seçki kampaniyasına vəsait toplamaq üçün həmin vaxt Kaliforniyaya gedəcək.
Çin sammitdə iştirakını təsdiqləməyib.
26-05-2024, 21:27
Ankarada Müstəqillik Günü qeyd olundu - FOTO


Ankarada Müstəqillik Günü qeyd olundu - FOTO

Ankarada 28 may - Müstəqillik Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib.
Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından açılış çıxışları edilib.
Səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan Respublikasının dövlət və ordu quruculuğunda əldə etdiyi uğurlardan danışıb və bütün həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir Azərbaycan - Türkiyə münasibətlərinin dövlətüstü xarakterindən danışaraq iki ölkənin dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayıb.
Dövlət qonağı qismində tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıb və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanı alqışlayıb.
Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.
Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının xalq artisti tarzan Sahib Paşazadənin və Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub, milli musiqimizin nümunələri və sevilən Azərbaycan rəqsləri sərgilənib.
Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş bayram tədbirində Türkiyənin Respublikasının yüksək vəzifəli şəxsləri və digər dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.






26-05-2024, 20:24
Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib


Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib

İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Vardanyan olub.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-İran əlaqələrinin möhkəmlənməsi” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, çirkli pulların yuyulması ilə də məşğul olan Vardanyan mütəşəkkil cinayətkar təşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusiyanın vətəndaşlığından imtina edib. Bununla da mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Rusiyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simalarından olub. Müəllif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırda Azərbaycanda həbsdə saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərəfindən sanksiyaya məruz qalması faktına da diqqət çəkib.
Həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzəçilərin iştirakı ilə müxtəlif ölkələrdə tədbirlər təşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistan münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib. Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayan Vardanyan bəyan edib ki, İran ermənilərin Qarabağ uğrunda mübarizəsində erməni xalqının naminə deyil, öz maraqları naminə iştirak etməlidir. Müsahibədə İrəvandakı Azərbaycan tarixi-mədəni irsinin abidəsi Göy məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb.
Sonda müəllif Vardanyanın ədalətli şəkildə mühakimə olunaraq qanuni cəzasını alacağına ümidini ifadə edib.
26-05-2024, 20:12
Növbəti qurban Ermənistan olacaq : ABŞ və Aİ-dən böyük oyun


Növbəti qurban Ermənistan olacaq: ABŞ və Aİ-dən böyük oyun

ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də imzalanmış müqavilə Cənubi Qafqazda yeni gərginliyə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Bunun əsas səbəbi İrəvanla Qərb arasında əlaqələrin inkişafıdır. ABŞ və Aİ-yə bu qədər yaxınlaşmaq Ermənistan daxilində ciddi problemlər yarada bilər.
Vaşinqton və Brüssel Moskvanı daha çox küncə sıxışdırmaq siyasətini tutublar.
Sözügedən üçtərəfli müqavilə Ermənistanı bir növ arxayınlaşdırdı.
Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək. Çünki İrəvan Moskvanı qəzəbləndirməyə davam edir.

Xəlilov Anar
Azərbaycan Universiteti
26-05-2024, 20:05
Gürcüstan Qərbdən aslılığın nələrə səbəb ola biləcəyini anladı


Gürcüstan Qərbdən asılılığın nələrə səbəb ola biləcəyini anladı

Bu gün Gürcüstanda baş verənlər bir neçə günün və yaxud da bir neçə ayın məsələsi deyil. Bu, illərlə yığılmış problemin bir partlayışı kimi də dəyərləndirilə bilər. Çünkü uzun illər, artıq 20 ildən çox vaxtdır ki, Qərb bu və ya digər formada Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsini həyata keçirir. Belə QHT-lərin sayı 25 minə qədərdir.
Tarixi təcrübə göstərir ki, Qərb Gürcüstanın arxasında və ya Gürcüstanda hakimiyyətə gətirdiyi şəxslərin arxasında dayanmayıb. Ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin aqibəti çoxlarına bəllidir. Çünkü Saakaşvili hakimiyyətə gətirən qərb sonuna qədər onun arxasında dayanmadı.
Bundan başqa, Qərb 2008-ci ildə Gürcüstanı faktiki olaraq Rusiyanın əlinə verdi.
Qərb, həqiqətən də, bu ölkənin daha da inkişaf etməsini istəyirsə, oraya böyük miqdarda iqtisadi yatırımlar etməliydi. Amma əksinə etdi. ABŞ və müttəfiqləri Gürcüstan Cəmiyyətinin Agentura Şəbəkəsini formalaşdırdı. QHT-lər vasitəsi ilə insanları ələ aldılar və verilən böyük miqdarda maliyyə yardımları cəmiyyətin yönləndirilməsində istifadə edildi. Nəticə o yerə gəldi çıxdı ki, bugün Gürcüstanda 700 mindən də çox insan Amerika və Avropaya köçüb gedib. Bunun adını liberallaşma, inteqrasiya qoyurlar. Amma o deyil. Görünən odur ki, Gürcüstan cəmiyyəti bu 20 il ərzində bir çox şeyləri itirdi. İndi isə artıq etirazçılar başa düşürlər ki, hökumətin qəbul etdiyi qanun onların bir növ çörəyini kəsir. Amma hökumət də anlayır ki, bunun qarşısını almasa Gürcüstanı qarşıda daha ağır vəziyyətlər, daha ağır siyasi prosesslər gözləyir. Mən düşünürəm ki, əgər həqiqətən də, Qərb, istər ABŞ, istər Aİ olsun, Gürcüstana, həqiqətən, dəstək vermək, onu inkişaf etdirmək istəyirsə, onun iqtisadiyyatına yardım etməli idi və investisiya qoymalı idi. QHT-lərə verilən pullar özünü doğrultmadı.
Buna görə də Gürcüstan cəmiyyətində artıq ciddi problemlər ortaya çıxır. Düzdür, yavaş-yavaş insanlar anlayırlar ki, Qərbin onları çətin vəziyyətə qoyması gün üzünə çıxır. Amma davam edən aksiyalar Gürcüstan hökumətini ciddi sarsıtdı. Yəqin, bu cəmiyyət anlayacaq ki, Qərbə inteqrasiya heç də hər şeyin yaxşı olacağı anlamına gəlmir. Burada yaxşı tərəflər də ola bilərdi, amma hələ ki, bu yaxşılığın arxasında bir də özlərinin maraqlarını güdən bir siyasət durur. Bu baxımdan düşünürəm ki, Gürcüstan bundan sonra nə qədər də Qərbə inteqrasiya prosesinə girişsə də mövcud vəziyyət Gürcüstan hökuməti qarşısında ABŞ və Aİ-dən asılılığın nələrə səbəb ola biləcəyinə dair nümunə olacaq.

Muxtarov Məcid
Azərbaycan Universiteti
26-05-2024, 19:53
Putin Özbəkistanda rəsmi səfərdədir


Putin Özbəkistanda rəsmi səfərdədir

Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfər edib.
Onu hava limanınds Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Putini qarşılayıb.
İki günlük səfərin əsas proqramı sabah üçün nəzərdə tutulub.
Dövlət başçıları Rusiya və Özbəkistan Regionları Şurasının ilk iclasında iştirak edəcəklər.
26-05-2024, 18:57
Koreya və Çin əməkdaşlığı gücləndirir


Koreya və Çin əməkdaşlığı gücləndirir

Koreya Respublikası və Çin əməkdaşlıq və mübadilələri gücləndirməyə və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqları davam etdirməyə davam edəcəklər.
Bunu Koreya Respublikasının Prezidenti Yun Sok-yol Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Syan ilə görüşündə deyib.
O qeyd edib ki, son vaxtlar ölkələr nazirlər səviyyəsində müxtəlif sahələrdə dialoqu bərpa edib, regional iqtidar orqanları arasında mübadilələr intensivləşib:
“Ümid edirəm ki, Koreya Respublikası və Çin gələcəkdə əməkdaşlığı gücləndirməkdə və mübadilələri inkişaf etdirməkdə davam edəcək və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqlar üçün səy göstərəcəklər”.
Qeyd edək ki, mayın 26-da Li Syan Seula səfərə gəlib, ertəsi gün Yun Sok-yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Bu, 2019-cu ilin dekabrından bəri bu formatda ilk üçtərəfli görüş olacaq. Prezident Yun Sok-yolun bazar günü Yaponiyanın Baş naziri ilə görüşü planlaşdırılır.
26-05-2024, 18:46
Hindistanda əyləncə parkında yanğın - 28 nəfər öldü


Hindistanda əyləncə parkında yanğın - 28 nəfər öldü

Hindistanın Qucart ştatının Rackot şəhərində əyləncə parkının oyun zalında yanğın olub.
Yanğın nəticəsində əksəriyyəti uşaq olmaqla, 28 nəfər ölüb.
Hadisə zamanı parkda 300-ə qədər insan olub.
İlkin ehtimala görə, yanğının səbəbi elektrik xəttində qısaqapanmadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!