Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : 26-05-2024, 20:24
Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib


Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib

İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Vardanyan olub.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-İran əlaqələrinin möhkəmlənməsi” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, çirkli pulların yuyulması ilə də məşğul olan Vardanyan mütəşəkkil cinayətkar təşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusiyanın vətəndaşlığından imtina edib. Bununla da mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Rusiyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simalarından olub. Müəllif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırda Azərbaycanda həbsdə saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərəfindən sanksiyaya məruz qalması faktına da diqqət çəkib.
Həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzəçilərin iştirakı ilə müxtəlif ölkələrdə tədbirlər təşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistan münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib. Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayan Vardanyan bəyan edib ki, İran ermənilərin Qarabağ uğrunda mübarizəsində erməni xalqının naminə deyil, öz maraqları naminə iştirak etməlidir. Müsahibədə İrəvandakı Azərbaycan tarixi-mədəni irsinin abidəsi Göy məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb.
Sonda müəllif Vardanyanın ədalətli şəkildə mühakimə olunaraq qanuni cəzasını alacağına ümidini ifadə edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!