Metroda iş saatı uzadılacaq .....                        Deputatlar gələn ilin büdcəsinə "HƏ" dedilər .....                        "Politico"nun növbəti saxta məlumatı .....                        Türkiyə Azərbaycanın yanında olacaq .....                        Qazilərimizə bu nə müavinətdir verilir? - Deputat .....                        “Həzi Aslanov” metrostansiyası təmirə görə bağlanır .....                        BƏƏ Azərbaycanda minatəmizləməyə dəstək verəcək .....                        Hasilatçı şirkət Gədəbəydə filiz emalını tam bərpa edib .....                        Narkotikin təsiri altında qəza törədən sürücü həbs olundu .....                       
Tarix : 15-07-2023, 12:58
İsrailli ekspert İranda həbs olunmuş azərbaycanlılarla bağlı çağırış etdi


İsrailli ekspert İranda həbs olunmuş azərbaycanlılarla bağlı çağırış etdi

“Beynəlxalq ictimaiyyətin İranda həbsdə olan azərbaycanlılara və başqalarına kömək etmək üçün səylərini əsirgəməməsi zəruridir, çünki bu insanların səhhəti və təhlükəsizliyi İslam Respublikasının nəzarətində olduqları hər an risk altındadır”.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru və şərqşünaslıq elmləri üzrə professoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi doktor Mordexay Kedar populyar “Israel National News” qəzetində dərc olunmuş məqaləsində yazıb.
“İranda qadın və kişilərin əsassız həbsi” sərlövhəli məqalədə qeyd olunub ki, İran mediasının bu günlərdə yaydığı xəbərə görə, son 6 aydır İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova işgəncələrə və digər qəddar və ləyaqəti alçaldan rəftara məruz qaldıqdan sonra psixiatriya xəstəxanasına köçürülüb. Bildirilib ki, Yusifova Türkiyədən İrana getdikdən sonra həbs edilib. Əvvəlcə o, qanunsuz səyahət sənədlərinə sahib olmaqda, sonradan narkotik maddələr saxlamaq və casusluqda ittiham edilib. Məqalədə Azərbaycan vətəndaşının uzun müddət İranın bədnam “Evin” həbsxanasının 209-cu bölməsində vəhşi və qəddar davranışların tətbiq olunduğu xüsusi təkadamlıq kamerada saxlanıldığı, bu müddət ərzində onun zəruri qanuni təmsilçilikdən və ailəsi ilə görüşməkdən məhrum edildiyi diqqətə çatdırılıb. Müəllif azərbaycanlı qadını xilas etmək üçün beynəlxalq ictimaiyyətin müdaxiləsinin mütləq şərt olduğunu vurğulayıb.
Təəssüflə vurğulanıb ki, Yusifova İranda həbsdə olan yeganə Azərbaycan vətəndaşı deyil. Azərbaycanlı tələbə Fərid Səfərli cari ilin mart ayında iranlı rəfiqəsi ilə görüşmək üçün İslam Respublikasına səfər etdikdən sonra itkin düşüb. İndi o, casusluqda ittiham olunur. Ümumiyyətlə, molla rejiminin onun ölkəsinə səfər edən əcnəbi vətəndaşlara qarşı pis rəftarının uzun tarixçəsi var. İnsanların aclıq, təcrid və işgəncə şəraitində həbsdə saxlanması İran rejiminin adi bir təcrübəsidir. Bu təcrübə məhbusların ruhunu sındırmaq, onların ailələrini susdurmaq, molla rejiminin istibdadı altında yaşayan etnik azlıqları qorxutmaq və xarici hökumətləri müdaxilə etməkdən çəkindirmək məqsədi daşıyır. Müəəlifin qənaətincə, dünya bu qeyri-insani təcrübəyə son qoymaq, İran rejimi ilə bütün danışıqları dayandırmaq və ona qarşı sərt sanksiyalar tətbiq etmək üçün bir araya gəlməlidir ki, atılacaq birgə addımlarla ayətulllah qaragüruhunu qadınlara və haqsız yerə həbs edilən digər insanlara qarşı qeyri-humanist rəftardan çəkindirsin.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!