Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 19-12-2022, 16:51
Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdi


Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdi

Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış edib. Şənbə günü Xankəndidə izdihamlı mitinq çağıran, lakin buna nail ola bilməyən R.Vardanyan əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində təxribat məqsədli görüşlər keçirib. Ermənistan KİV-lərinin məlumatına görə, Ruben Vardanyanı bu görüşlərdə separatçı rejimin “deputatları” müşayiət ediblər. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb. Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib. Qarabağdakı mülki ermənilərlə görüşdə R.Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib: “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir...”. Ruben Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir: “Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”. Sosial şəbəkələrin erməni seqmentindəki xəbərlərdən belə məlum olur ki, Ruben Vardanyanın revanşist çağırışlarına birmənalı reaksiya yoxdur.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!