Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir .....                        Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb .....                        Ərdoğan Tokayevlə görüşdü .....                        Həbsdə olan baş redaktorun cəzası azaldıldı .....                        Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub .....                        "Az səhv edib qələbə qazanmaq istəyirik" .....                        Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü .....                        Mərkəzi Nəbatat Bağında istənilən növ canlılar ola bilər - RƏSMİ .....                        Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ .....                       
1-07-2023, 11:09
ABŞ və Ukraynadan əks-hücumla bağlı etiraf


ABŞ və Ukraynadan əks-hücumla bağlı etiraf

Ukrayna ordusunun iyun ayında başlayan əks-hücum əməliyyatı müxtəlif cəbhələrdə davam edir. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli bildirib ki, Ukraynanın əks-hücumları çoxlarının gözlədiyindən daha yavaş gedir, lakin irəliləyiş durmadan artır: "Hücum proqnozlaşdırılandan daha yavaşdır və bu məni təəccübləndirmir". Milli hərbçilərin minalanmış sahələrdən keçdiyini, "gündə 500 metr, 1000 metr, bəzən 2000 metr" irəli getdiyini bildirib. "Kağız üzərində olan müharibə ilə real müharibə fərqlidir. Əsl müharibədə real insanlar ölür... Mən demişdim ki, bu, altı, səkkiz, 10 həftə çəkəcək, çox çətin olacaq. Bu, çox uzun olacaq və çox, çox qanlı olacaq. Və heç kim hər hansı bir illüziyaya qapılmamalıdır". Milli bu həftə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə telefonla danışıb və o, generala Ukrayna qüvvələrinin cəbhədə strateji təşəbbüsü ələ keçirə bildiyini bildirib. Əks-hücumun yavaş templə getdiyini ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski də etiraf edib. Dünən Zelenski Ukrayna qüvvələrinin bütün istiqamətləri üzrə irəlilədiyini, müdafiə nazirinin müavini Anna Malyar isə ordunun irəliləyişinin "plan üzrə getdiyini" qeyd edib. Zelenski İspaniya mətbuatına müsahibəsində bildirib ki, Ukrayna iyulun 11-də Litvada keçiriləcək NATO toplantısından əvvəl nəticələri göstərmək istəyir. "Sammitdən əvvəl biz nəticə göstərməliyik. Ancaq hər kilometr həyat bahasına başa gəlir", - o deyib. ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi isə vurğulayıb ki, Rusiya mövqelərinə hücumun sürəti və istiqamətləri ilə bağlı qərar verən tərəf Ukraynadır;
“Biz ukraynalı həmkarlarımızla daim əlaqə saxlayırıq. Onlar bizi xəbərdar edir və biz onlara əks-hücumda kömək etmək üçün əlimizdən gələni etməyə davam edirik... Lakin hara və nə qədər sürətlə getmələri onların öz işidir”.
CNN telekanalı Qərb rəsmilərinə istinadən yazıb ki, Ukraynanın əks-hücum əməliyyatı “heç bir cəbhədə gözləntiləri doğrultmur” və Rusiyanın müdafiə xətləri yaxşı möhkəmləndirilib. Qeyd olunur ki, Rusiya qoşunları Ukraynanın zirehli texnikasını raket zərbələri və minalarla bloklayır, həmçinin təyyarələrdən səmərəli istifadə edir.
1-07-2023, 10:33
DİN-nin struktur qurumlarına aid 4 yeni inzibati bina istifadəyə verildi


DİN-nin struktur qurumlarına aid 4 yeni inzibati bina istifadəyə verildi

2 iyul “Polis Günü” ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif struktur qurumlarına aid 4 yeni inzibati bina istifadəyə verilib. Bu barədə nazirliyin Mətbuat xidmətindən bildirilib. Həmin binalardan biri nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, DİN-in şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilib. Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avandanlıqlarla təchiz edilib. Polisin xalqa xidmət funksiyalarının icrasını daha səmərəli həyata keçirməsi üçün şəxsi heyətinin professional səviyyəsini yüksəltmək, hər bir əməkdaşa peşə keyfiyyətləri, ekstremal şəraitdə düzgün qərar qəbul etmək bacarığı aşılamaq, gənc əməkdaşların və mütəxəssislərin daxili işlər orqanlarında xidmətə adaptasiyasını təmin etmək daim diqqətdə olan məsələlərdəndir. Nazirliyin yeni inşa edilmiş Təlim-Tədris Mərkəzində məhz qeyd edilən istiqamətlər üzrə ixtisasartırma kursları təşkil ediləcəkdir. Burada, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi, insan haqlarının müdafiəsi sahəsində qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələr, ən başlıcası fəaliyyətin, vətəndaş-polis münasibətlərinin inkişafı və bu əsasda məmnunluğun təmin edilməsi kimi mühüm məqsədlər üzərində qurulmasının yolları, forma və metodları tədris olunacaqdır. Müasir dövrün təhdid və çağırışlarının, həmçinin innovasiyaların inkişafının və tətbiqinin sürətlə genişlənməsinə paralel olaraq internet şəbəkələrdən və informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin dinamikasında da artım müşahidə olunur. Mövcud vəziyyətdə hər bir şəxsin qanuni mənafeyinin, əmlakının, mülkiyyətinin etibarlı qorunması, kiberməkanda törədilən cinayətlərin, xüsusən narkotiklərin onlayn dövriyyəsinin, dələduzluqların, bank kartlarından pul vəsaitlərini talamaların qarşısının alınması və açılması, həmin əməllərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası polisin başlıca vəzifələri olaraq yerinə yetirilir. Bu növ cinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.
Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən inzibati binalardan biri də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsidir.
Müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.
30-06-2023, 22:13
Lahıc qəsəbəsinin İsmayıllı ilə əlaqəsi kəsildi


Lahıc qəsəbəsinin İsmayıllı ilə əlaqəsi kəsildi

İsmayıllıya yağan leysan xarakterli yağışdan sonra dağlardan gələn sel suları, lil qatı, qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb. Bu səbəbdən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla da Lahıc qəsəbəsi də daxil olmaqla, bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilir. Yolların açılması üçün əraziyə canlı qüvvə və texnika cəlb olunub. Hazırda İsmayıllıdan keçən çaylarda gursululuq müşahidə olunur. Sel səbəbindən Lahıc qəsəbəsinə dəymiş zərər araşdırılır.
30-06-2023, 21:39
Priqojinin media şəbəkəsi ləğv edildi


Priqojinin media şəbəkəsi ləğv edildi

“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin media şəbəkəsi ləğv edilib. Bu barədə “İzvestiya” qəzeti yazıb. Bildirilir ki, onun nəzarətində olan “Patriot” media qrupu bağlanıb. Holdinqin bütün əməkdaşları işdən çıxarılma mərhələsindədirlər və müvafiq bildirişlər alıblar. “Patriot” media qrupuna daxil olan “RİA FAN”, “Nevskiye Novosti” və “Ekonomika seqodnya” nəşrləri rəsmi olaraq bağlandıqlarını elan ediblər.
30-06-2023, 21:12
Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olundu


Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nazim Mahmudov Xidmətin rəisi təyin edilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib. Bundan öncə Nazim Mahmudov Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsində çalışıb.
30-06-2023, 19:19
“Neftçi” Xorvatiya əsilli yarımmüdafiəçi ilə müqavilə imzalandı


“Neftçi” Xorvatiya əsilli yarımmüdafiəçi ilə müqavilə imzalandı

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü transfer edib. Xorvatiya əsilli Filip Ozobiçlə ikiillik müqavilə bağlanıb. Otuz iki yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019-cu, 2020-ci, 2022-ci, 2023-cü) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.
30-06-2023, 18:22
ABŞ yenidən UNESCO-ya qatılır


ABŞ yenidən UNESCO-ya qatılır

UNESCO Baş Konfransının növbədənkənar sessiyasında Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-nin təşkilata qayıtması barədə qətnamə qəbul edilib. Ümumilikdə 132 ölkə qətnamənin lehinə səs verib. 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb. Qətnamənin qəbulu üçün 95 səs çoxluğu tələb olunurdu, ona görə də qətnamə layihəsi təsdiq edilmiş sayılır. ABŞ son beş ildə ödənilməyən üzvlük haqqı kimi toplanmış 600 milyon dollar köçürməyi planlaşdırır.
Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Tramp administrasiyası zamanında təşkilatın İsrailə münasibəti ilə bağlı UNESCO-dan çıxması barədə elan vermişdi.
30-06-2023, 17:25
Makron vətəndaşlara müraciət etdi


Makron vətəndaşlara müraciət etdi

Fransa Prezidenti Emmanuel Makron vətəndaşlara müraciət edib. P, valideynləri övladlarını küçələrə buraxmamağa çağırıb.
Qeyd edək ki, 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
30-06-2023, 17:14
Rus ordusu Zaporojyeyə artilleriya zərbələri endirdi


Rus ordusu Zaporojyeyə artilleriya zərbələri endirdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinə artilleriya zərbələri endirib. Hadisə nəticəsində 3 nəfər həlak olub.
Qeyd edək ki, mülki obyektlərə də zərər dəyib.
30-06-2023, 16:20
Fransada iğtişaşlar zamanı 3800-dən çox yanğın baş verib


Fransada iğtişaşlar zamanı 3800-dən çox yanğın baş verib

Ötən gecə Fransada iğtişaşlar zamanı 3800-dən çox yanğın baş verib. Törədilən yağınlarda bütövlükdə 1919 avtomobilə və 492 binaya ziyan dəyib.
Qeyd edək ki, 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!