Mən olmasaydım, dünyada altı böyük müharibə gedirdi - Tramp .....                        Ərdoğan Tokayevi hava limanında qarşıladı .....                        Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK, Azərbaycan evində - FOTO .....                        Dənizdə meyit tapıldı .....                        Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edib .....                        Sahibə Qafarova Baş katiblə görüşdü .....                        Putin Netanyahu ilə danışıqlar apardı .....                        Şəkidə ağır qəza - Ölən var .....                        Şəkidə ağır qəza - Ölən var .....                       
27-06-2023, 18:44
Ukraynada karantin rejimi ləğv edilir


Ukraynada karantin rejimi ləğv edilir

İyulun 1-də Ukraynada COVID-19 pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejimi ləğv ediləcək. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. "İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejiminə son veririk, - o deyib. Baş nazir bildirib ki, COVID-19 ukraynalılar üçün çətin sınaq olub: Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib", - Şmıqal qeyd edib.
27-06-2023, 18:26
Bakıda ağaclıq sahədə yanğın baş verib


Bakıda ağaclıq sahədə yanğın baş verib

Bakıda ağaclıq sahə yanır. Bu barədə FHN-dən bildirilib. Belə ki, “112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 308 saylı orta məktəbin ərazisində ağaclıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinın müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
27-06-2023, 18:15
Lukaşenko Priqojinin Belarusda olduğunu təsdiq etdi


Lukaşenko Priqojinin Belarusda olduğunu təsdiq etdi

Aleksandr Lukaşenko “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiq edib. Bu barədə o, mətbuat konfransı zamanı məlumat verib. O, Priqojinin dəqiq yerini açıqlamayıb, amma Belarusda olduğunu bildirib. Qeyd edək ki, dünən Priqojin Minskdə yerləşən hotellərdən birində görünüb.
27-06-2023, 18:03
XİN Başçısı Blinkenlə görüşdü


XİN Başçısı Blinkenlə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter”də məlumat yayıb.
27-06-2023, 17:52
Vətən müharibəsi iştirakçısı vəfat etdi


Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Fərid Ağamalıyev vəfat edib. Siyəzən rayonundan olan F.Ağamaliyev xəstəliyi səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Fərid və qardaşı müharibə başlayan gündən sona qədər ön xətdə xidmət ediblər. Fərid döyüş zamanı yaralanmışdı. Onların atası Mayis Ağamalıyev müharibə gedişində vəfat edib. Döyüşdə “suriyalı” ləqəbi ilə tanınan qazimiz göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə medalı ilə təltif edilib. Fərid ailəli olub, onun 1 azyaşlı övladı var.
27-06-2023, 17:20
"Vaqner"in təchizatı dövlət tərəfindən təmin edilib - Putin


"Vaqner"in təchizatı dövlət tərəfindən təmin edilib - Putin

"Vaqner" qrupunun təchizatı dövlət tərəfindən təmin edilib. Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbçilərlə görüşündə bildirib. Onun sözlərinə görə, 2022-ci ilin mayından 2023-cü ilədək "Vaqner"in saxlanmasına 86 milyard rubl xərclənib. “Biz "Vaqner" qrupunun döyüşçülərinə həmişə hörmətlə yanaşmışıq”, - deyə Putin vurğulayıb.
27-06-2023, 16:29
Stoltenberqin səlahiyyət müddəti daha 1 il uzadılacaq


Stoltenberqin səlahiyyət müddəti daha 1 il uzadılacaq

NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti tezliklə daha 1 il uzadılacaq. Bu barədə "Euractiv" diplomatik mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, Stoltenberqin özü daha əvvəl demişdi ki, o, sentyabrda müddəti başa çatdırmağı planlaşdırır və səlahiyyət vaxtının uzadılmasına cəhd etmir. Məsələ ilə bağlı hələlik heç bir rəsmi reaksiya yoxdur.
27-06-2023, 15:21
Lukaşenko: “Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik”


Lukaşenko: “Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik”

"Rusiyada xaos olsaydı, Qərb bundan istifadə edəcəkdi. Fikrimcə, Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik". Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Rusiyada "Vaqner"in qiyama qalxmasından sonra Belarus ordusunun döyüşə hazır vəziyyətə gətirildiyini söyləyib. “Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”, - Prezident vurğulayıb.
27-06-2023, 14:43
Qobustan milli tarixi-bədii qoruğun”da çürümüş insan meyiti aşkarlandı


Qobustan milli tarixi-bədii qoruğun”da çürümüş insan meyiti aşkarlandı

İyunun 26-da Qaradağ rayonu ərazisində yerləşən “Qobustan milli tarixi-bədii qoruğun” ərazisində çürümüş insan meyiti aşkar olunub. Bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fakt üzrə Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
27-06-2023, 14:20
Təhlükəsizlik qüvvələrinin çevikliyi itkilərin qarşısını aldı - Putin


Təhlükəsizlik qüvvələrinin çevikliyi itkilərin qarşısını aldı - Putin

"Ölkə üçün çətin bir vaxtda Rusiya Federasiyasının hərbçiləri iğtişaşların qarşısını alıblar, bunun nəticəsi xaos ola bilərdi". Bunu Rusiya prezidenti Vladimir Putin hərbçilər qarşısında çıxışı zamanı deyib. "Rusiya Federasiyasının hərbçiləri və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. Üsyan zamanı güc strukturları mühüm obyektlərin təhlükəsizliyini, hərbçilərin arxa hissəsinin gücünü təmin edib. Həlak olan pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər. Təhlükəsizlik qüvvələrinin çevik və dəqiq işi mülki insanlar arasında itkilərin qarşısını almağa imkan verib", - deyə Putin bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!