Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 28-07-2025, 17:45
Deputatlar Gürcüstan parlamentinin üzvləri ilə görüşüblər


Deputatlar Gürcüstan parlamentinin üzvləri ilə görüşüblər

İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüş keçiriblər.
Görüşdə iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafı, eləcə də gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Komitə sədri Şahin İsmayılov çıxışında Azərbaycan və Gürcüstan arasında formalaşan möhkəm əlaqələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, dövlət və parlament rəhbərləri səviyyəsindəki sıx münasibətlər, gənclərlə iş sahəsində də yeni təşəbbüslərin reallaşmasına zəmin yaradır.
Tədbirdə çıxış edən komitə üzvləri, o cümlədən Mahir Süleymanlı parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsindən məmnunluq ifadə edib, Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib.
Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Azərbaycanda uğurla keçirilmiş Gənclər Forumunu nümunəvi təşəbbüs kimi dəyərləndirib. O, analoji forumun gələn ay Gürcüstanda da təşkil olunacağını elan edib


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!