Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 28-07-2025, 21:46
Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK, Azərbaycan evində - FOTO


Azərbaycanlı qazi jurnalistlər AA, CNN TÜRK, Azərbaycan evində - FOTO

Vətən müharibəsində iştirak etmiş azərbaycanlı jurnalistlərin Türkiyəyə səfəri davam edir.
Səfər çərçivəsində qazi jurnalistlər bu gün qardaş ölkədə bir neçə görüş keçiriblər.
Jurnalistlər əvvəlcə İstanbul şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evinin (AME) qonağı olublar. Görüşdən məmnunluğunu ifadə edən AME-nin rəhbəri Hikmət Elp ziyarətin əhəmiyyətini vurğulayıb, azərbaycanlı jurnalistlərin səfərinin iki ölkə arasındakı qardaş münasibətlərinə növbəti töhfə olduğunu bildirib.
Söhbət zamanı Qarabağ müharibəsindən, türk dünyasının birliyindən də geniş söhbət açılıb.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri, kitablar təqdim olunub.
Qazi jurnalistlərin növbəti dayanacağı Türkiyənin nüfuzlu media qurumlarından biri - Anadolu Agentliyi olub. Qazilərimizi xoş sözlərlə qarşılayan agentliyin Strateji kommunikasiyalar və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Eren Erciyas qonaqlara media qurumunun tarixi, bu günkü fəaliyyəti, gələcək prioritetləri haqda geniş məlumat verib. Onun səsləndirdiyi rəqəmlər, o cümlədən müasir texnologiyalardan istifadə imkanları barədə dedikləri iştirakçıların böyük marağına səbəb olub.
Azərbaycan media orqanları ilə yeni istiqamətlərdə əməkdaşlıq imkanlarının da müzakirə olunduğu görüşdə qazi jurnalistləri maraqlandıran suallar cavablandırıb.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib, xatirə fotosu çəkdirilib.
Günün son görüşü isə tanınmış teleşirkətlərdən biri olan "CNN Türk"də baş tutub.
Qonaqları qurumun Xəbərlər departamentinin müdiri İdris Arıkan və Vətən müharibəsi dövründə hadisələrin mərkəzindən hazırladığı reportajlarla Azərbaycanda böyük populyarlıq qazanan, xalqımızın sevimlisinə çevrilən telejurnalist Fulya Öztürk qarşılayıb. Azərbaycanlı həmkarlarını öz iş yerində görməkdən məmnunluğunu bildirən F.Öztürk bu yaxınlarda növbəti dəfə Azərbaycanda olduğunu söyləyib, ölkəmizi öz vətəni kimi sevdiyini bir daha dilə gətirib. İ.Arıkan da öz növbəsində iki olkə media orqanlarının əməkdaşlığı, Türkiyə-Azərbaycan qardaşlığı fonunda media nümayəndələrinin üzərinə düşən vəzifələrdən danışıb.
Çay süfrəsi arxasında keçirilən səmimi görüşün sonunda Azərbaycan nümayəndə heyəti xatirə hədiyyələri təqdim edib.
Xatırladaq ki, bir qrup qazi jurnalistin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.
Jurnalistlərimizin görüşləri növbəti günlərdə də davam edəcək.








Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!