“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 28-11-2019, 11:58
Rusiya XİN azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib.
Butov.az-ın APA-ya istinadən xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu ilin aprel ayında Rusiya XİN başçısı Sergey Lavrovun təşəbbüsü ilə baş tutmuş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bir sıra humanitar tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.
“Bunların arasında kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərləri də vardı. Bu səfər 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisinin birbaşa koordinasiyası ilə baş tutdu. Səfərdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdan olan jurnalistlər iştirak etdilər. Biz bu birgə tədbirə tərəflərin ermənilərlə azərbaycanlılar arasında təmasın qurulmasına yardımçı olmaq niyyətində olmaları kimi baxırıq. Hesab edirik ki, əhalini sülhə hazırlamağa istiqamətlənən bu cür humanitar aksiyaları davam etdirmək lazımdır. Sözsüz ki, biz bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən bir daha qeyd etmək istəyirəm ki, biz tərəflərə lazımi vasitəçilik yardımımızı davam etdirəcəyik", - deyə Rusiya XİN nümayəndəsi qeyd edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!