Mingəçevirdə 90 yaşlı qadının meyiti tapıldı .....                        Deputatlar Gürcüstan parlamentinin üzvləri ilə görüşüblər .....                        Deputatlar Gürcüstan parlamentinin üzvləri ilə görüşüblər .....                        DYP motosiklet, velosiped və skuter sürücülərinə müraciət etdi .....                        Onlar da xüsusi dövlət rabitəsi ilə təmin ediləcək .....                        DSX zabiti onu döyən idmançılarla barışdı .....                        Sabit tariflərlə bağlı qanun qüvvəyə mindi - Prezident TƏSDİQLƏDİ .....                        Amin Musayev ermənilərin məhkəməsində ifadə verdi: - "Hər gün işgəncə verirdilər" .....                        Lökbatanda yanğın törədən şəxs saxlanıldı .....                       
23-06-2023, 11:52
Bu sürücüləri 150 manatlıq cərimə gözləyir


Bu sürücüləri 150 manatlıq cərimə gözləyir

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə qəbul edilib. Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir. Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
23-06-2023, 11:40
Ukraynaya silahları İrana görə vermirik - İsrail


Ukraynaya silahları İrana görə vermirik - İsrail

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Ukraynaya silahların İranın əlinə keçə biləcəyi ehtimalına görə təhvil vermir. Bu barədə Baş nazir “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib. "Ukraynadakı faciəyə, dəhşətli insan itkisinə görə kədərlənirik. Biz bunun bitməsini istəyirik. Düşünürəm ki, gələcəkdə biz buna son qoymağa kömək edə bilərik. Ancaq bunun baş verəcəyinə əmin deyiləm", - deyə Netanyahu qeyd edib.
22-06-2023, 22:30
DİN Başçısı ilə türkiyəli həmkarı arasında telefon danışığı oldu


DİN Başçısı ilə türkiyəli həmkarı arasında telefon danışığı oldu

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb. "Jandarm Qüvvələri Komandanı ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq. Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.
22-06-2023, 22:20
Azərbaycan və İngiltərənin XİN Başçıları görüşdü


Azərbaycan və İngiltərənin XİN Başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter hesabında məlumat paylaşılıb. Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.
22-06-2023, 19:03
Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdi


Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdi

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. Sonra bir qrup hərbiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.
22-06-2023, 17:58
Goranboyda sel suları fəsadlara səbəb oldu


Goranboyda sel suları fəsadlara səbəb oldu

Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub. Goranboy rayon İcra Hakimiyyətindən bildirilib ki, 22.06.2023-cü il tarixdə, saat 15:00-15:30 radələrində baş verən leysan yağışları nəticəsində Kürəkçay çayında suyun səviyyəsi artmış, yaranan sel suları Goranboy rayonun Nizami, Dəyirmanlar, Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə və Todan kəndində 1 fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurmuş, Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlandı. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.




22-06-2023, 17:41
Azərbaycan erməni əsilli sakinlərin hüquq və azadlıqlarını təmin edir - XİN


Azərbaycan erməni əsilli sakinlərin hüquq və azadlıqlarını təmin edir - XİN

"Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.
22-06-2023, 17:22
Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdi


Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar: "Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir. Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozmuşdur. Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm".
22-06-2023, 17:05
Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzaladı


Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Türkiyənin rəsmi qəzetində məlumat yayılıb. Prezidentin sərəncamına əsasən, hər bir nazirin 4 müavini olacaq. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun dövründə nazir müavinləri vəzifəsində çalışmış Yasin Ekrem Sərim, Burak Akçapar və Mehmet Kamal Bozay vəzifələrində qalıblar. XİN başçısının dördüncü müavini Ahmet Yıldız olub. Ahmet Yıldız 2016-2018-ci illərdə nazir müavini vəzifəsində çalışıb, daha sonra istefa verərək deputat seçilib. Bundan əvvəl isə Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq, İraq, kəşfiyyat, konsulluq məsələləri və protokol xidməti üzrə məsul departamentlərində çalışıb. Müxtəlif ölkələrdə baş konsul, müşavir və səfir kimi fəaliyyət göstərib.
22-06-2023, 16:39
Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq - Nazir


Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq - Nazir

Vətəndaşların göllə bağlı narahatlığı çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar təhlillər aparacaqlar. Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Dövlət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib. Nazir bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi araşdırılacaq: "Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur". Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!