Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 22-06-2023, 17:22
Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdi


Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar: "Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir. Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozmuşdur. Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!