Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                        Polis çimərliklərdə tədbirləri davam etdirir - VİDEO .....                        Arif Babayevin vəziyyəti ağır olaraq qalır .....                        Yunanıstanda meşə yanğınları davam edir .....                        Rusiyada “görünməz” dron .....                        Tayland-Kamboca sərhədində gərginlik - Qarşılıqlı hücumlar .....                       
14-06-2023, 14:14
Zəngəzur dəhlizi İranla bağlı problemdir - Ərdoğan


Zəngəzur dəhlizi İranla bağlı problemdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra mətbuat konfransı keçirib. O, Şimali Kipr və Azərbaycana səfərləri, eləcə də gündəmin digər mövzuları barədə sualları cavablandırıb. Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı problem deyil, İranla bağlı problemdir: "Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Arzu edirəm ki, qısa zamanda problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar". Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verəcək. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib. “Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.
14-06-2023, 14:01
Milli Məclisdən Prezident və xanımına təbrik məktubu


Milli Məclisdən Prezident və xanımına təbrik məktubu

Milli Məclis 15 iyun Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. Spiker Sahibə Qafarova Milli Məclisin Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında bununla bağlı təkliflə çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
14-06-2023, 13:26
Kəlbəcər və Laçında bu radiolara tezliklər ayrıldı


Kəlbəcər və Laçında bu radiolara tezliklər ayrıldı

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. Şuradan verilən məlumata görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib. Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb. Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.
14-06-2023, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
14-06-2023, 12:27
Azərbaycana yeni Rusiya səfiri təyin olundu


Azərbaycana yeni Rusiya səfiri təyin olundu

Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Putinin digər qərarı ilə səfir Mixail Boçarnikov vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni təyinatdan öncə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində Mixail Boçarnikov çalışıb. Onun diplomatik fəaliyyət müddəti başa çatıb.

14-06-2023, 12:00
Türkiyə-Suriya normallaşması ilə bağlı yol xəritəsi yekunlaşdı


Türkiyə-Suriya normallaşması ilə bağlı yol xəritəsi yekunlaşdı

Rusiyanın Türkiyə və Suriya arasında normallaşma prosesi ilə bağlı vasitəçiliyində yenilik var. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfinin Türkiyə-Suriya normallaşması ilə bağlı hazırladığı yol xəritəsi layihəsi artıq tam yekunlaşıb. Layihənin detalları barədə məlumat verilməyib.
14-06-2023, 11:24
Erməni silahlı qüvvələri Naxçıvanı intensiv atəşə tutdular


Erməni silahlı qüvvələri Naxçıvanı intensiv atəşə tutdular

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
14-06-2023, 10:39
Güclü yağışlar Göygöl və Gəncədə fəsadlara səbəb oldu


Güclü yağışlar Göygöl və Gəncədə fəsadlara səbəb oldu

Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub və güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə intensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranması barədə məlumatlar daxil olub. Bununla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.

13-06-2023, 22:14
Rusiya iki ildən sonra Şimali Koreyaya neft tədarükünü bərpa etdi


Rusiya Şimali Koreyaya neft tədarükünü bərpa etdi

2022-ci ilin dekabrında Rusiya iki ildən sonra Şimali Koreyaya neft tədarükünü bərpa edib. Bu barədə BMT-nin hesabatında bildirilib. Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya KXDR-ə təxminən 67 min barel neft tədarük edib. Rusiya 2020-ci ilin oktyabrında KXDR-ə neft tədarükünü dayandırıb. Bir neçə il əvvəl Rusiya Federasiyası və Şimali Koreya dəmir yolu xətti ilə ticarəti bərpa ediblər.
13-06-2023, 21:12
ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım edəcək


ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım edəcək

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni silah və hərbi texnikalar verəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Söhbət “kritik” hava hücumundan müdafiə sistemlərindən, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlardan, artilleriya mərmilərindən, tank əleyhinə sistemlərdən və zirehli texnikadan getdiyi aydınlaşır. Bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb. Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!