27-05-2023, 18:03
Təkrar qabiliyyət imtahanın keçirilməsiylə bağlı müraciətlərə baxılmayacaqAbituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Apellyasiya komissiyalarına qabiliyyət imtahanlarının nəticələri elan olunduğu gün ərizə ilə müraciət edə bilərlər. Abituriyent Apellyasiya komissiyasına (şəxsiyyətini təsdiq edən sənədlə) şəxsən müraciət etməlidir. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, təsviri sənət istiqamətinin dekorativ sənət və dizayn komissiyaları üzrə rəsm fənninin imtahan nəticələrindən, həmçinin musiqi sənəti istiqamətinin bütün komissiyaları üzrə nəzəriyyə fənlərinin imtahan nəticələrindən apellyasiya müraciətlərinə onlayn qaydada baxılır. Qeyd olunan komissiyalar üzrə apellyasiya müraciəti etmək istəyən abituriyentlər nəticələr bəlli olduqdan sonra elan olunacaq tarixlərdə DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçməlidirlər. Apellyasiya günləri müəyyənləşdirildikdən sonra bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək. Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.
27-05-2023, 17:13
Tərtərdə sursat partladı - Xəsarət alan varTərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
27-05-2023, 15:01
İlham Əliyev Kəlbəcərə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.
Dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib. Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.
27-05-2023, 13:03
Azərbaycanla ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artıb - Hindistan prezidenti"Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur". Bu fikirlər Hindistan Respublikasının Prezidenti Draupadi Murmunun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb. "Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir", - məktubda qeyd edilib.
27-05-2023, 12:19
Sabahın hava proqnozuMayın 28-də (Müstəqillik Günü - red.) Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
27-05-2023, 10:20
Ukrayna Berlindən “Taurus” raketləri istəyirUkrayna rəsmi olaraq Berlindən uzaqmənzilli "Taurus" raketləri istəyib. Bu barədə Almaniyanın "Spiegel" qəzeti yazır. Nəşr yazır ki, raketlər 500 km-dən çox uçmağa qadirdir, yəni onlar “Moskvaya çata” bilirlər. Ukrayna prezidenti Volodimir Zelenski mayın əvvəlində Berlinə səfəri zamanı Almaniyadan bu raketləri ötürməsini istəyib. Kanslerin nümayəndəsi məlumatı şərh etməyib, lakin Müdafiə Nazirliyi sorğunun alındığını təsdiqləyib.
27-05-2023, 09:44
Tovuzda mina partlayışı - Xəsarət alan varBu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partalıyışı baş verib. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
27-05-2023, 09:17
Bayden Belarusa nüvə silahlarının yerləşdirilməsinə münasibət bildirdiABŞ prezidenti Co Bayden Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə münasibət bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırıb. Bayden Rusiyanın bu qərarına mənfi yanaşdığını deyib. Belarusla bağlı suala Baydenin cavabı belə olub: "Çox mənfi".
26-05-2023, 20:40
Dneprə raket hücumu - 31 nəfər yaralandıMayın 26-da Rusiyanın Dneprə endirdiyi raket hücumu nəticəsində yaralananların sayı 31 nəfərə çatıb. Bu barədə Dnepropetrovsk Vilayət Prokurorluğu məlumat yayıb. "İki nəfər ölüb, daha 31 nəfər yaralanıb, onlardan ikisi uşaqdır, 3 və 6 yaşları var", - məlumatda deyilir. Həmçinin qeyd edilir ki, tibb müəssisəsi və baytarlıq poliklinikasına, doqquz yaşayış binası, sakinlərin şəxsi evləri və avtomobillərinə ziyan dəyib.
26-05-2023, 20:31
Erməni silahlı qüvvələrinin Zəngilanda törətdikləri təxribatın qarşısı alındıMay ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıb. Əməliyyat şəraiti nəzarətdə saxlanılır.