Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
26-05-2023, 20:16
Leysanla əlaqədar Gəncəyə canlı qüvvə cəlb olundu


Leysanla əlaqədar Gəncəyə canlı qüvvə cəlb olundu

İntensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

26-05-2023, 20:07
Putin braziliyalı həmkarıyla telefon danışığı apardı


Putin braziliyalı həmkarıyla telefon danışığı apardı

Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Lula da Silva ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Braziliya tərəfinin təşəbbüsü ilə keçirilib. Söhbət zamanı dövlət başçıları Ukrayna böhranı mövzusuna toxunub, həmçinin Rusiya-Braziliya münasibətləri məsələlərini müzakirə ediblər. Bildirilir ki,Silva Vladimir Putinə Xirosimada keçirilən G7 sammitində iştirakla bağlı təəssüratlarını bildirib, həmçinin münaqişənin həlli üçün vasitəçilik səyləri ilə bağlı öz təkliflərini irəli sürüb.
26-05-2023, 18:55
Kişinyovda sülh sazişinin imzalanmasıyla bağlı açıqlama


Kişinyovda sülh sazişinin imzalanmasıyla bağlı açıqlama

Kişinyovda keçiriləcək görüşün gündəliyində İrəvan və Bakı arasında sülh sazişinin imzalanması yoxdur. Bunu “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. O, sülh sazişi ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb. Badalyan qeyd edib ki, Ermənistan tərəfi bütün fundamental məsələlər aydınlaşdıqdan sonra sənədi imzalamağa hazır olacaq. Xatırladaq ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan və Ermənistanım iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya biləcəyini deyib.
26-05-2023, 18:09
Zakir Həsənov Gürcüstanda keçirilən hərbi parada qatıldı


Zakir Həsənov Gürcüstanda keçirilən hərbi parada qatıldı

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müstəqillik Günü münasibətilə keçirilən hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sonra müdafiə naziri Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb. Qeyd edək ki, Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri konsert proqramı ilə çıxış edib.






26-05-2023, 17:45
XİN başçısı NATO-nun xüsusi nümayəndəsi ilə görüş keçirtdi


XİN başçısı NATO-nun xüsusi nümayəndəsi ilə görüş keçirtdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların cari vəziyyəti müzakirə edilib. Görüşdə Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Görüşdə Xavyer Kolomina NATO-nun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
26-05-2023, 17:23
Goranboyda baş vermiş leysanla bağlı məlumat yayıldı


Goranboyda baş vermiş leysanla bağlı məlumat yayıldı

Goranboy Rayon İcra Hakimiyyəti mayın 26-da rayon ərazisində baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb. İcra Hakimiyyətindən bildirilib ki, 26.05.2023-cü il tarixdə günorta saatlarında, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində leysan yağışı nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb. Yaranan sel suları 3 fərdi yaşayış evinin həyətinə dolub, 14 baş iri buynuzlu mal-qaraya və 100 ədəd ev quşlarına ziyan vurub. RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri, əraziyə müvafiq texnikalar cəlb edilməklə Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yollarının bərpa edilməsi istiqamətində operativ işlər aparır.





26-05-2023, 16:38
Zelenskidən İlham Əliyevə təbrik məktubu


Zelenskidən İlham Əliyevə təbrik məktubu

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
- Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik. Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm. Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram".
26-05-2023, 16:09
İlham Əliyev Şərqi Zəngəzurla bağlı fərman imzaladı


İlham Əliyev Şərqi Zəngəzurla bağlı fərman imzaladı

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Eyni zamanda sənədlə Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi təsdiq edilib. Məlumata görə, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu 500 min manat olacaq. Publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi aşağıdakı kimi olacaq:

Müşahidə Şurasının sədri
Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
26-05-2023, 16:02
Qiymətin artırılmasıyla bağlı məsələ gündəmdə deyil - “Azərsu”


Qiymətin artırılmasıyla bağlı məsələ gündəmdə deyil - “Azərsu”

Suyun qiymətinin artırılması ilə bağlı məsələ gündəmdə deyil. Bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib. Qurum rəsmisi bildirib ki, qiymət artımı ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət edilməyib.
26-05-2023, 15:15
Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir - Erməni deputat


Azərbaycanla müqavilə ratifikasiya üçün uzun yol keçməlidir - Erməni deputat

"Azərbaycanla müqavilə ratifikasiya üçün uzun bir yol keçməlidir. Bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinqdə bildirib.
"İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, sonra Konstitusiya Məhkəməsi onun ölkənin əsas qanunlarına uyğunluğunu yoxlayacaq, daha sonra sənəd parlamentdə ratifikasiya olunacaq, bundan sonra prezident onu imzalayacaq. Eyni proses Azərbaycanda da keçməlidir.Yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək", - erməni deputat əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!