24-05-2023, 16:44
Türkiyənin məşhur müğənnisi səsini Kılıçdaroğluna verdiTürkiyəli məşhur müğənni Tarkan prezident seçkilərinin ikinci turunda səsvermə hüququndan istifadə edib. Sənətçi bu barədə twitter səhifəsində paylaşım edib. "Mən səsimi verdim yenə, ver mütləq sən də. Hamımız üçün ən yaxşısı, ən xeyirlisi olsun", - deyə o qeyd edib. Paylaşımının sonunda Tarkan qəlb işarəsi qoyub. Bu, "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun seçki kampaniyası dövründə istifadə etdiyi simvoldur. Buna əsasən, müğəninin Kılıçdaroğlunu dəstəklədiyi bildirilib. Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turu 28 mayda keçiriləcək, lakin ölkə xaricində səsvermə prosesi daha tez başlayıb və bu gün sona çatır. Almaniyada yaşayan Tarkan da bu gün səs verib.
24-05-2023, 16:28
Qazaxıstan prezidenti də Moskvaya səfər etdiQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ali Avrasiya İqtisadi Şurasının 2023-cü il mayın 25-də keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gəlib. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. Tokayev bu gün Avrasiya İqtisadi Forumunun “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası” adlı plenar iclasında iştirak edəcək. Forumda həmçinin Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov ilə yanaşı, Çin Xalq Respublikasının sədri Si Tsinpin də videomüraciətlə çıxış edəcək.
24-05-2023, 16:15
Çexiya şirkəti Ermənistanda təyyarə istehsal edəcəkÇexiyanın "Balus Tech" nümayəndələri gələcək təyyarə zavodunun ərazisinə baxış keçirmək üçün tezliklə Ermənistana səfər edəcəklər. Bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan məlumat verib. Onun sözlərinə görə, Çexiya şirkəti Lori bölgəsində 1-2 nəfərdən 5-6 nəfərə qədər nəzərdə tutulmuş kiçik təyyarələrin istehsalını qurmağı planlaşdırır. "İlk addımların atılması vacibdir", - nazir deyib.
24-05-2023, 15:49
Misir prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladıMisir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Misir ilə Azərbaycanı illər boyu davam edən möhkəm dostluq əlaqələri birləşdirir. Ümidvaram ki, birgə əməkdaşlıq və sıx koordinasiya sayəsində ikitərəfli münasibətlərimizin həm ölkələrimizin, həm də xalqlarımızın rifahı naminə ümumi maraq kəsb edən sahələrdə böyük irəliləyişinin şahidi olacağıq. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı tərəqqi, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
24-05-2023, 15:31
İldırım vuraraq vəfat edən əsgərimiz dəfn olunduİldırım vurması nəticəsində şəhid olan Davud Məmmədli torpağa tapşırılıb. 20 yaşlı əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub. Hadisə Daşkəsən rayonunda hərbi hissələrin birində qeydə alınıb. Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən hazırlanan fotoları təqdim edir:
24-05-2023, 15:06
Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi - Zaxarova"Hər bir ölkənin KTMT-nin fəaliyyətini qiymətləndirmək hüququ və imkanı var. Biz bu təşkilatın fəaliyyətini yüksək səmərəli hesab edirik". Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarını şərh edərkən bildirib. "Biz yerlərdə vəziyyətə bizim malik olduğumuz vasitəçilik funksiyaları kimi baxırıq. Bütün səviyyələrdə danışıqlar gedir, xarici işlər nazirlərinin görüşləri keçirilib, təmaslar davam edir. Bu, bir sıra sahələr və idarələr üzrə konkret işimizin mövzusudur. Rusiya nizamlanmada vasitəçidir və bu baxımdan bizim üçün dövlətin bu mövzuda dəqiq mövqeyinin olması vacibdir. Biz Paşinyanın bəyanatını Praqa sammiti zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndiririk. Sonra 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən Fransa və Aİ ilə birgə bəyanat qəbul edildi. Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi. Paşinyanın son bəyanatları Ermənistanın özündə, Qarabağda qarışıq reaksiyaya səbəb oldu. Bu, onların daxili çəkişmələri kontekstindədir. Sülh müqaviləsi layihəsinin özünə gəlincə, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa kömək etdi", - o deyib.
24-05-2023, 14:00
Qırğızıstan prezidenti Moskvaya səfər etdiQırğızıstan prezidenti Sadır Japarov Rusiyaya səfər edib. Bu barədə "Sputnik" məlumat yayıb. Onun təyyarəsi artıq Moskvaya eniş edib. Japarov Avrasiya İqtisadi Forumunda iştirak etmək üçün səfərə gəlib. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko da Moskvada səfərdədir.
24-05-2023, 13:52
Erməni parlamentinin üzvləri arasında dava baş verdiErmənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava olub. Hadisə parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib. Əvvəlcə Sarkisyanla hakim partiyadan olan deputat Hovik Ağazaryan arasında söz atışması başlayıb. Daha sonra əlbəyaxa dava düşüb. Ermənistan spikeri Alen Simonyan parlamentin Təhlükəsizlik Xidmətini çağırıb, hərbçilər Sarkisyanı zaldan uzaqlaşdırıblar.
24-05-2023, 13:31
İldırım vuran hərbiçimizə şəhid statusu veriləcəkAzərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgəri Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək", - rəsmi açıqlamada deyilir.
24-05-2023, 13:14
Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir“Hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq: “Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.