Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
17-05-2023, 16:28
Ermənistana ticarət axınında şübhəli artım müşahidə olunur - Aİ


Ermənistana ticarət axınında şübhəli artım müşahidə olunur - Aİ

Avropa İttifaqı Qərb ölkələrindən Ermənistana, oradan da Rusiyaya ticarət axınında şübhəli artım müşahidə edir. Bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib. Onun fikrincə, Avropa İttifaqı ölkələrinin gömrük sistemlərindəki boşluqlardan istifadə edərək, sanksiyalardan yayınmağa cəhd edirlər. "Sanksiyalardan yayınmağın müəyyən yolları var. Bunu gömrük sistemlərindəki boşluqlar vasitəsilə həyata keçirməyə çalışırlar. Ticarət yolu ilə sanksiyalardan yayınmağın variantları mövcuddur. Avropa ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana gələn malların Rusiyaya ixrac edilməsində artım qeydə alınıb", - Avrokomissar vurğulayıb.
17-05-2023, 16:16
Qubanın Xınalıq məntəqəsinə qar yağdı - VİDEO


Qubanın Xınalıq məntəqəsinə qar yağdı - VİDEO

Qudyalçay Xınalıq (Quba) məntəqəsində qarın yağması müşahidə olunub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


17-05-2023, 15:50
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib. O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan tərəfi Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Alma-Ata bəyannaməsinə əsaslanan münasibətləri tənzimləmək barədə razılığa gəliblər. “Üç gün əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Azərbaycanın 86,6 kvadrat kilometr ərazisinin bütövlüyünü tanıdığını vurğulayaraq irəliyə doğru addım atdıq, Azərbaycan isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyıb”, - deyə Paşinyan bəyan edib.
17-05-2023, 15:03
Aİ ölkələri şirkətlərinin Rusiyadan çıxmasına kömək etmək istəyir


Aİ ölkələri şirkətlərinin Rusiyadan çıxmasına kömək etmək istəyir

Avropa İttifaqı (Aİ) ölkələri şirkətlərinin "müharibənin maliyyələşdirilməsi üçün vergi tutulacağı" qorxusuna görə Rusiyadan çıxmasına kömək etmək istəyirlər. Aİ-nin müzakirə etdiyi 11-ci anti-Rusiya sanksiyalar paketi maliyyə əməliyyatları və hüquqi xidmətlər üçün xüsusi icazələri nəzərdə tutur. Qeyd olunub ki, əgər bu vəsaitlər “Rusiyada bu şəxs və ya təşkilatla yaradılmış və ona məxsus olan birgə müəssisə və ya oxşar hüquqi razılaşmanın bağlanması üçün ciddi şəkildə zəruri olan əməliyyatları fevralın 28-dən əvvəl başa çatdırmaq üçün lazımdırsa", Aİ ölkələri sanksiyaya məruz qalan rusiyalılara maliyyə köçürmələrinə icazə verə biləcəklər. Əməliyyatların 2023-cü il avqustun 31-dək bağlanmasının lazım olacağı dəqiqləşib. Bildirilib ki, Aİ Avropa hüquq firmalarının rusiyalı müştərilərə kommersiya xidmətləri göstərməsinə qoyulan qadağanı yumşaldacaq. Aİ-yə üzv dövlətlərin səlahiyyətli orqanları 31 dekabr 2023-cü ilə qədər əməliyyatların tamamlanması üçün məcburi olan hüquqi xidmətlərin göstərilməsinə icazə verə bilər.
17-05-2023, 14:10
Rusiya görür ki, Ukraynaya silah tədarükü artır - Peskov


Rusiya görür ki, Ukraynaya silah tədarükü artır - Peskov

"Taxıl sövdələşməsinin taleyi ilə bağlı qərar açıqlanmasa da, onun elanını gözləmək, perspektivlərdən hipotetik danışmamaq lazımdır". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası görür ki, Ukraynaya silah tədarükü və onun texniki xüsusiyyətləri artır", - deyə o bildirib.
17-05-2023, 12:41
Putin iranlı həmkarıyla Rəst-Astara dəmir yolu barədə saziş imzaladı


Putin iranlı həmkarıyla Rəst-Astara dəmir yolu barədə saziş imzaladı

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların inkişafı üçün Rəşt-Astara dəmir yolunun yaradılması üzrə əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması mərasimində iştirak ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Mərasim videokonfrans formatında baş tutub.
17-05-2023, 12:19
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
17-05-2023, 12:04
Lavrov belarus həmkarıyla danışıqlara başladı


Lavrov belarus həmkarıyla danışıqlara başladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik arasında danışıqlara başlanılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
17-05-2023, 11:37
Lavrovdan iddia - ABŞ Ermənistanı rusları öz ərazisindən qovmağa təhrik edir


Lavrovdan iddia - ABŞ Ermənistanı rusları öz ərazisindən qovmağa təhrik edir

"Rusiya prezidentinin köməkçisi Yuri Uşakov vaxtaşırı Ağ Evdən zənglər alır, Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Gerşkoviç və Rusiyada casusluqda həbs edilən amerikalı Pol Uilanın azadlığa buraxılması tələb olunur". Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib. "Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanındakı ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə narahat vəziyyətə salmağa çalışır. Rusiya ABŞ-ın Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyin təmin olunmasına yardım etmək təklifini açıq təxribat kimi qiymətləndirir", - deyə o əlavə edib. Lavrovun sözlərinə görə, Ermənistan tərəfi KTMT missiyasını ölkəyə yerləşdirməyə razı olsaydı, bundan yalnız qazanmış olardı.
17-05-2023, 11:29
Tərəfdaş kimi Qərbə arxalanmayacağıq - Lavrov


Tərəfdaş kimi Qərbə arxalanmayacağıq - Lavrov

"Biz daha zərrə qədər danışıq qabiliyyətinə malik tərəfdaş kimi Qərbə arxalanmayacağıq. Gəlin, buna hazır olan dünyanın qalan hissəsi ilə işləyək". Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib. "Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatında Qərbin payı artır. Qərb metodik şəkildə onlardan öz maraqlarına zidd addımlar atmamağı tələb edir. Baxmayaraq ki, əslində bu, yalnız daxili işlərə müdaxiləyə çevrilir. MDB-də iqtisadi əməkdaşlıq çərçivəsində mühüm əlaqələr qalmaqdadır, çünki MDB azad ticarət zonası fəaliyyət göstərir, müasir çağırış və təhdidlərlə - terrorizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq - mübarizə sahəsində və humanitar sahədə. 2023-cü il üzrə təşkilatda millətlərarası ünsiyyət dili kimi rus dili ili elan edilib", - Lavrov söyləyib. "2001-ci ildən biz ilk növbədə Çin, Hindistan və ASEAN ölkələri ilə əlaqələrimizi qurmağa başladıq. İndi deyirlər ki, “Rusiya Qərbə üz çevirib”. Heç kim heç kimdən üz döndərmədi. Daha doğrusu, Qərbin özü üz çevirdi. Qərb öz seçimini edib və deyir ki, “Rusiya strateji məğlubiyyətə uğramalıdır”, “Krımdan əl çəkməlidir”, - deyə o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!