Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
14-05-2023, 16:08
Kiyev rus vətəndaşlarının qətlində iştirak edib - Peskov


Kiyev rus vətəndaşlarının qətlində iştirak edib - Peskov

Kiyev Rusiya vətəndaşlarının qətlində açıq şəkildə iştirak edib. Bu sözləri Dmitri Peskov “Rossiya-1” kanalına müsahibəsində deyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Kiyevin açıq şəkildə Rusiya vətəndaşlarının öldürülməsində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi təkcə rusların öldürülməsinə sponsorluq etmir, həm də onların təşkilatçısı və ilhamvericisidir. Kreml nümayəndəsi daha sonra Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Kiyevin “dünyada rusları öldürməyə” hazır olması barədə bəyanatını şərh edib. Peskovun sözlərinə görə, Ukrayna faktiki olaraq terroru himayə edən dövlətə çevrilib. O, söz verib ki, Rusiya hakimiyyəti öz siyasi xətlərini cızarkən bunu nəzərə alacaq. Bundan əvvəl Peskov jurnalistlərlə keçirdiyi brifinqdə Budanovun rusların öldürülməsi ilə bağlı dediklərini dəhşətli hesab edib. Rusiya Prezidentinin mətbuat katibi daha sonra qeyd edib ki, Moskva GUR rəhbərinin təhdidlərinə Avropa paytaxtlarından heç bir reaksiya eşitməyib. Qeyd edək ki, mayın 8-də Budanov rusiyalı jurnalist Daria Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli olması ilə bağlı ittihamlara münasibət bildirib. O, bəyan edib ki, Kiyev “Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürməyə davam edəcək”.
14-05-2023, 15:56
DİM növbəti imtahan prosesini keçirdi


DİM növbəti imtahan prosesini keçirdi

Mayın 14-də Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında növbəti imtahanlar keçirib. DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il mayın 14-də:
- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
- aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilib. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub. Ümumilikdə imtahanların idarə olunmasına 56 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1340 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı və 56 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 14328 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır. Mayın 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
14-05-2023, 15:38
Serbiya prezidenti istefa verəcəyini açıqladı


Serbiya prezidenti istefa verəcəyini açıqladı

Serbiya prezidenti Aleksandr Vuçiç yaxın günlərdə hakim Tərəqqi Partiyasının sədri vəzifəsini tərk edəcəyini açıqlayıb. Vuçiç istefası və digər qərarlarını mayın 27-də partiyanın növbədənkənar toplantısında rəsmən elan edəcək. “Bir neçə gündən sonra mən daha heç bir siyasi partiyanın sədri olmayacağam. Mən bunu böyük iclasda izah edəcəyəm”, - o bildirib. Xatırladaq ki, 2022-ci ilin noyabrında Aleksandar Vuçiç daha gənc namizədin lehinə partiya sədri vəzifəsindən getməyi planlaşdırdığını bildirib. O, 2012-ci ildən Tərəqqi Partiyasına rəhbərlik edir, 2017-ci ildən isə prezidentdir. 2014-2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb.
14-05-2023, 15:14
Qeyri sabit hava bu tarixə qədər davam edəcək


Qeyri sabit hava bu tarixə qədər davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
14-05-2023, 14:50
Səs vermək üçün yarım saat gözlədik - Binəli Yıldırım


Səs vermək üçün yarım saat gözlədik - Binəli Yıldırım

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım səsvermə prosesində iştirak edib. O, Tuzla şəhərində seçki məntəqəsinə gedərək səs verib. Seçkidən sonra jurnalistlərə açıqlama verən B.Yıldırım vətəndaşlıq borcunu yerinə yetirdiyini bildirib. "Səs verdik. Bu gün Analar Günüdür, analarımızın əllərindən öpürük. Seçkiyə maraq yüksəkdir. Səs vermək üçün yarım saat gözlədik. Həyat yoldaşımla birlikdə vətəndaşlıq borcumuzu yerinə yetirdik. Seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün faydalı olacağına əminik. Ölkənin sabitliyə, inam və əmin-amanlığa ehtiyacı var. Türkiyə əsrində yeni bir anlayış və yeni sıçrayışla vətənimizə, millətimizə, gənclərimizə, övladlarımıza daha yaxşı xidmətlər göstərə bilərik. Millətimizə təşəkkürümü bildirirəm".
14-05-2023, 14:19
Bahçeli də keçirilən seçkilərdə səs verdi


Bahçeli də keçirilən seçkilərdə səs verdi

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib. MHP lideri Ankarada seçki məntəqəsinə gedərək seçim edib. Onun sözlərinə görə, seçkilərdə yüksək fəallıq müşahidə olunur. Prezidentliyə namizdlərə və siyasi partiyalara uğurlar arzuladığını deyən Bahçeli nəticələri Ankarada partiyanın mənzil-qərargahında izləyəcəyini söyləyib. Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
14-05-2023, 13:53
İlham Əliyev Şarl Mişellə bu məsələləri müzakirə etdi


İlham Əliyev Şarl Mişellə bu məsələləri müzakirə etdi

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib. Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.
14-05-2023, 13:16
Prezidentliyə namizəd olanlar səsvermədə iştirak etdi


Prezidentliyə namizəd olanlar səsvermədə iştirak etdi

Türkiyədə prezidentliyə namizədlər səsvermə prosesində iştirak ediblər. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulda Saffet Çebi adına məktəbdə səs verib. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan da səsvermə prosesinə qatılıblar. Kılıçdaroğlunu Ankarada seçki məntəqəsində həyat yoldaşı Selvi Kılıçdaroğlu müşayiət edib. Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq. Prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

14-05-2023, 13:07
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 14-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
14-05-2023, 12:55
Zəlzələ bölgəsinin sakinləri də səsvermədə iştirak edir


Zəlzələ bölgəsinin sakinləri də səsvermədə iştirak edir

Türkiyə Ali Seçki Komissiyası (YSK) Kahramanmaraş mərkəzli 11 vilayətdə baş verən zəlzələlərə görə müxtəlif tədbirlər həyata keçirib. Zəlzələdən təsirlənən bölgələrdə nöqsanları müəyyənləşdirən YSK bu ərazilərdə qurulan konteynerlərdə seçkilərin şəffaf keçirilməsi üçün hazırlıq işləri görüb. Bölgədə əvvəllər seçki qutuları qurulan məktəblərdə yenə də səsvermə olacaq. Dağılmış və ya zədələnmiş məktəblərdə isə səslər məktəblərin bağçalarında, yaxın ərazidə qurulan konteynerlardə veriləcək. Zəlzələdən zərər çəkmiş seçicilər daimi qeydiyyatda olduqları yerdə səs verəcəklər və səslər həmin dairə üzrə hesablanacaq. Zəlzələ bölgəsindən olan təxminən 133 min seçicinin qeydiyyatı isə başqa şəhərlərə köçürülüb. Seçkidə xəstəliyi və ya əlilliyi səbəbindən yataq xəstəsi olan seçicilər üçün də daşınan seçki qutuları yaradılıb. Bu seçicilər səyyar seçki qutularında səs verə biləcəklər. Qeyd edək ki, bu seçkidə ilk dəfə olaraq gözdən əlillər onlar üçün hazırlanmış xüsusi şablonla səs verəcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!