13-05-2023, 16:37
Latviyada təhsil alan tələbəmiz vəfat etdiLatviyada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib. Bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsinə onun Latviyada göldə boğulduğu bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib. Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib. Bir neçə saat sonra onun suda boğulması barədə məlumat gəlib. Ailəsi Mircavadın telefonunun onun boğulduğu deyilən ərazidən təxminən 5 kilometr uzaq məsafədən tapıldığını deyib. Bildirilir ki, ziyalı ailəsindən olan və bir neçə xarici dil bilən Mircavad Həşimli ali təhsilini ADA Universitetində fransız dilində alıb. O, daha sonra təhsilini davam etdirmək üçün Latviyaya gedib.
13-05-2023, 15:33
Ərdoğandan ABŞ prezidentinə mesajTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə ərazisində keçirilən mitinqdə iştirak edib. Ərdoğan burada ABŞ Prezidenti Co Baydenə də mesaj göndərib. O, sabah keçiriləcək seçkinin nəticəsinin Baydenə dərs verəcəyini bildirib: "Bilirsiniz, ölkəmizin təhlükəsizlik maraqları üçün Aralıq dənizində, Egeydə dik durduğumuz məsələlər var, NATO-da hamısı təslimçilik bayrağını qaldıracaq. Kamal bəy nə deyir, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyik deyir. Bu nə ağıldır, bu nə anlayışdır? Bu günə qədər Rusiya kənd təsərrüfatı məhsullarında bizim ən mühüm müttəfiqlərimizdən biridir. Müdafiə sənayesində də belədir, eyni şəkildə Rusiyadan turist axını ilə bizə 5,5 milyona yaxın turist gəlir. Amerikadan aldığın sifarişlə bunu edəcəksən? Bunu Baydenin göstərişi ilə edəcəksiniz? Bayden əmr verdi ki, Ərdoğanı devirmək lazımdır, bunu bilirəm. Bunu bütün xalqım bilir. İndi sabah seçki qutularında Baydenə cavab verəcəyik. Rusiya hökumətinin sözçüsü nə deyir? Deyir, izah etsin, sübut etsin. Hər hansı bir sübut varmı? Yox, sonra qıvrılmağa başlayır, deyir, belə eşitmişəm, deyir sübut yoxdur, amma ola bilər. Bu necə siyasətdir? Mənim xalqım bu ölkəni sizə təslim etməyəcək".
13-05-2023, 15:23
Mədəniyyət nazirinə yeni müavin təyin olunduFərid Cəfərov Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub. Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.
13-05-2023, 15:00
Hərbiçimiz dəfn olunduErmənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz Məhəmməd Qarayev dəfn olunub. O, Qəbələ şəhərində torpağa tapşırılıb.
13-05-2023, 12:40
Ukrayna prezidenti Romaya səfər etdiUkrayna prezidenti Volodimir Zelenski bu gün Romaya səfər edib. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Bildirilir ki, Zelenski burada İtaliya prezidenti Sercio Mattarella, baş nazir George Meloni və Papa Fransisk ilə görüşəcək. "Ukraynanın qələbəsi üçün vacib səfər", - Zelenski qeyd edib.
13-05-2023, 12:31
Paşinyan Belçikada işgüzar səfərdədirErmənistan Baş naziri Nikol Paşinyan Belçikaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilir ki, o, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə ikitərəfli görüş keçirəcək. Paşinyan Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.
13-05-2023, 12:12
Xankəndində mitinqlər baş qaldırır Qarabağdakı separatçıların "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayan Xankəndidə mitinqlər keçirmək niyyətindədir. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Bildirilir ki, Babayan bazar ertəsi günündən qondarma qurumun “dövlət naziri” vəzifəsinə təyin olunana qədər mitinqlər keçirmək istəyir. Nəşr yazıb ki, Babayanın arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır. Qeyd olunur ki, Paşinyanın “tələsməsinə” səbəb son günlər Xankəndində ermənilərin Kremlin himayədarı Vardanyanın təşkil etdiyi və Ermənistan hakimiyyətinə xoş gəlməyən aksiyalardır.“Qarabağda Paşinyanın “tabeliyində” işləyən qüvvələr Babayana yol açmaq və hakimiyyətə gəlmək istəyən insanları təqib etmək və nüfuzdan salmaq üçün hər şeyi edirlər”, - qəzet qeyd edir.
13-05-2023, 11:52
İsrail şirkətinin prezidenti İlham Əliyevə təbrik məktubu yolladıİsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Zati-aliləri, Prezident İlham Heydər oğlu Əliyev! “Israel Aerospace Industries” şirkətinin kollektivi adından və şəxsən öz adımdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Heydər Əliyevin Azərbaycanın və regionun inkişafına verdiyi töhfələr ölçüyəgəlməzdir. Onun dövlətçilik irsi yeni nəsil liderləri və vətəndaşları ilhamlandırmaqda davam edir. Ulu Öndərin uzaqgörən liderliyi, xalqına olan davamlı sadiqliyi, eləcə də müxtəlif sahələrdəki müstəsna nailiyyətləri Azərbaycana və regiona çox əhəmiyyətli təsir göstərmişdir. “Israel Aerospace Industries” şirkəti olaraq biz ölkələrimiz arasında möhkəm dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edir və ölkələrimizin qarşılıqlı səmərəli mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiq qaldığımızı bildiririk. Biz ölkələrimiz üçün daha parlaq və daha təhlükəsiz gələcək qurmaq məqsədilə birlikdə işləməyə davam etməyə ümidvar olduğumuzu bildiririk. Bu əlamətdar yubiley münasibətilə Sizə bir daha ən səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq. Biz Sizə, Azərbaycan xalqına qarşıdakı illərdə davamlı uğurlar və rifah arzulayırıq. Hörmətlə, Boaz Levi - İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru".
13-05-2023, 10:40
Ukrayna ordusu 17 İran PUA-sını məhv etdiGecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İran istehsalı 21“Şahed” PUA-sından 17-ni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilir ki, Rusiya şimal və cənubdan kamikadze PUA-larla hücuma keçiblər. Bundan başqa, dünən Rusiyanın “Orlan-10” və 4 "Lancet" pilotsuz uçuş aparatları zərərsizləşdirilib.
13-05-2023, 00:39
Təxribat nəticəsində həlak olan hərbiçimizin fotoları yayıldıXəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Şəhid Məhəmməd Qarayev Qəbələ rayonundandır. Müdafiə Nazirliyindən bildirilib ki, hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.