Putin onu işdən çıxardı .....                        Zelenski Roma Papası ilə bir arada .....                        Elşən İbrahimov Rusiyadan deportasiya edilir .....                        “Zirə” Türkiyə klubunu məğlub etdi .....                        İyulun pensiyası ilə bağlı şad xəbər .....                        Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır .....                        Zamin Zəki ilə bağlı qərar verildi .....                        Sabahın havası ilə bağlı SƏRT XƏBƏRDARLIQ .....                        Müjdəli xəbərlərimiz olacaq - Ərdoğan .....                       
12-02-2023, 18:54
Ceyhun Bayramov qətərli həmkarı ilə bir sıra məsələləri müzakirə etdi


Ceyhun Bayramov qətərli həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib. Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər barədə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədəki vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırılıb. Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
12-02-2023, 18:49
Zəlzələylə bağlı 134 şübhəli şəxslə bağlı tədbir görülüb


Zəlzələylə bağlı 134 şübhəli şəxslə bağlı tədbir görülüb

"Zəlzələ ilə bağlı araşdırmalar nəticəsində134 şübhəli şəxs barəsində tədbir görülüb". Bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib. Nazirin sözlərinə görə, onlardan 3-ü həbs edilib, 7-si saxlanılıb, daha 114 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam edir. "Zəlzələ zonasında məhkəmə prosesləri 2 ay müddətinə dayandırılıb", - deyə Bozdağ bildirib.
12-02-2023, 18:44
Türkiyə prezidenti Qətər əmiri ilə görüşdü


Türkiyə prezidenti Qətər əmiri ilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbi ilə Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Sani ilə görüşüb. Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.
12-02-2023, 18:41
Zəlzələ bölgəsindəki məktəblər marta qədər bağlanıb


Zəlzələ bölgəsindəki məktəblər marta qədər bağlanıb

Türkiyənin 10 vilayətində orta məktəblər 1 mart tarixinə qədər bağlanıb. Bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer məlumat verib. "Başqa regionlarda isə 20 fevraldan dərslər başlayacaq", - deyə o əlavə edib.
12-02-2023, 16:13
Zəlzələdən əziyyət çəkmiş vətəndaşımıza sığınacaq verildi


Zəlzələdən əziyyət çəkmiş vətəndaşımıza sığınacaq verildi

Türkiyədə zəlzələdən əziyyət çəkən Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib. O, hadisə zamanı Adanada olub. R.Rüstəmov Azərbaycan Kültür və Həmrəylik Dərnəyinə müraciət edib. Bundan sonra o, Akasya Tələbə Yataqxanasına yerləşdirilib.
12-02-2023, 16:09
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda fevralın 13-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
12-02-2023, 15:49
FHN-dən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub


FHN-dən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub. Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20000 ədəd corab, 8000 ədəd geyim dəsti, 650 ədəd masa, 2000 ədəd oturacaq, 7000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib. Eyni zamanda Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar FHN-in qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardımı - 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə çatıb. Humanitar yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
12-02-2023, 15:45
Azərbaycanlı tələbələrin qaldığı binanın son görüntüsü


Azərbaycanlı tələbələrin qaldığı binanın son görüntüsü

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları davam etdirilir. Butov.az dağıntılar altında qaldıqları binanın son vəziyyətinin təsvir olunduğu fotunu təqdim edir:

12-02-2023, 15:40
Ermənistandan fərqli olaraq öhdəliklərimizə sadiqik - Ayxan Hacızadə


Ermənistandan fərqli olaraq öhdəliklərimizə sadiqik - Ayxan Hacızadə

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi
Vahan Hunanyanın BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinadsız yanaşdığını, silahlı qüvvələrimiz tərəfindən törədildiyi iddia olunan hərbi cinayət hallarına aydınlıq gətirilmədiyi barədə açıqlaması onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər və kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib. "Təəssüf ki, Ermənistan bu məqsədlə indi BMT-nin insan hüquqları mexanizmlərindən, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisindən, müqavilə qurumları və mandat daşıyıcılarından sui-istifadə edir və onları saxta təbliğatına məruz qoyur. Ermənistan tərəfi BMT-nin mandat daşıyıcılarının Azərbaycana növbəti sorğusundan təhrif olunmuş şəkildə sui-istifadə edir, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. Qeyd edək ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə daim ciddi yanaşıb, bu çərçivədə tərəf olduğu beynəlxalq konvensiyalar və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiqdir. Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına dair bəzi iddiaları araşdırır və bu barədə beynəlxalq öhdəlikləri çərçivəsində aidiyyəti üzrə sorğuları cavablandırır. Ötən ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısı alınan zaman hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalar başlandığını bəyan edib, bu barədə BMT-nin mandat daşıyıcıları da daxil olmaqla aidiyyəti üzrə məlumatlar təqdim edib. Bu çərçivədə işlər hal-hazırda davam etməkdədir. 30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib. Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən yuxarı azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib. Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub. Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.
12-02-2023, 15:29
Reznikov Odessada mətbuat konfransı keçirdi


Reznikov Odessada mətbuat konfransı keçirdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Odessa şəhərində mətbuat konfransı keçirib. O, şəhərin işğal edilə bilməyəcəyini diqqətə çatdırıb. "Odessanı işğal etmək imkanına sahib olmaq üçün Rusiya Federasiyasının başlanğıc olaraq Qara dənizdə üstünlüyə sahib olmağa ehtiyacı var. Bundan əlavə, "Harpoon" gəmi əleyhinə sistemləri işləyir, ona görə də dənizdən Odessaya yaxınlaşmaq üçün bir şans görmürəm", - deyə o bildirib. Ukraynanın cənubundakı sol sahil ərazilərindən danışan Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, orada vəziyyət daha gərgindir, çünki düşmənin silah-sursatını artırmaq, texnika ilə təminat və qoşun yeritmək imkanı var. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!