Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
10-02-2023, 22:58
İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi


İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir. Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq. Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılıb.
10-02-2023, 22:54
“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalandı


“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalandı

Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
10-02-2023, 22:50
61 hərbiçinin meyiti Ukraynaya geri qaytarıldı


61 hərbiçinin meyiti Ukraynaya geri qaytarıldı

Daha 61 hərbçinin meyiti Ukraynaya geri qaytarılıb. Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Bildirilib ki, həlak olan 61 hərbçinin cəsədi Ukraynaya qaytarılıb və qohumlarına təhvil verilib. Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına və beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq həyata keçirilib. Həmçinin qeyd olunub ki, itkin düşmüş şəxslər üzrə ofis fəaliyyətə başlayandan bəri 888 hərbçinin cəsədi geri qaytarılıb.
10-02-2023, 22:46
Naxçıvandan daha 4 TIR yardım məqsədilə Türkiyəyə yola salınıb


Naxçıvandan daha 4 TIR yardım məqsədilə Türkiyəyə yola salınıb

Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək məqsədilə bu gün Naxçıvandan daha 4 TIR yardım yola salınıb. Bununla da Naxçıvandan qardaş ölkəyə ümumilikdə 26 TIR yardım göndərilib. Günün sonunadək daha bir neçə TIR-ın yola salınması istiqamətində hazırlıq işləri görülür.
10-02-2023, 21:25
"İnsan taleyinə acımaq, yoxsa acı-gucı vermək?!"


"İnsan taleyinə acımaq, yoxsa acı-gucı vermək?!"

Bu dəfə yenə də müsəlmanların başına bəla, müsibət gəldi. İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində güclü zəlzələ oldu. Türklərin yaşadığı ərazidə xeyli insan evsiz qaldı, xəsarət aldı. Şaxtada ac-susuz qalan soydaşlarımızın taleyinə molla rejimi acımadı. Digər bir tərəfdən Türkiyənin cənubunda və Suriyanın şimalında 7,7 bal gücündə zəlzələ oldu. Dünyanın diqqəti mərkəzi Türkiyəyə yönəldi.
Bu ərəfələrdə Fransanın "Charlie Hebdo" satirik jurnalı Türkiyədə baş verən zəlzələ ilə bağlı vicdansız davranış sərgilədi. Karikatura dərc edib "tanklara ehtiyac qalmadı" ifadəsini yazdı. İnsan taleyinə acımadı…
Türkiyə zaman-zaman bəşəri məsələlərdə xilaskar mövqedə olub. Vaxtilə suriyalı bacı-qardaşlarımız Türkiyənin yüksək səviyyəli qaçqın düşərgələrinə sığınıb. Müharibənin məhv etdiyi Suriyanı bu dəfə zəlzələ dağıtdı. Yenə də dünyadan səs-səmir çıxmadı. Bir sözlə heç kim bu zavallılara acımadı.
Zəlzələ dəhşətlidir... Ermənisindən, eləsindən – farsından, beləsindən – fransızından fərqli olaraq türk-müsəlman həmişə dosta da, düşmənə də dar gündə əl uzadıb. İnanmayan tarixi vərəqləyə bilər.
"Başına gələn başmaqçı olar" - atalar misalıdır. Misalı zəlzələyə görə çəkdim. Bu təbii fəlakət zaman-zaman bizim də xirtdəyimizdən yapışıb, torpağı başımız üstə töküb, özümüzü torpaq altına gömüb. Bir yandan xalqın qonşubağrıçatdadan yaşayış tərzinə, dəm-dəsgahına gor qonşularımız – ermənisi, farsı... hücum çəkibsə, digər bir yandan da kor qonşumuz – təbii fəlakətlər başımızın üstünü alıb. Zəlzələ təkcə Şamaxını 6 dəfə yerlə-yeksan edib.
Tanrı Mirzə Cəlilə rəhmət eləsin. "Zəlzələ" hekayəsində insanlığın, bəşəriliyin, azərbaycançılığın nədən ibarət olduğunu oxucuya çatdırır. Hekayənin sonunda "Yazıq uşaqlar" ifadəsini xatırlayanda Xoyda hökumətin biganə münasibəti nəticəsində şaxtada qalan, Suriyada beton hissələri arasında sıxışıb qalan, Türkiyədə valideynlərini itirən uşaqları xatırlayıram. Bir də bu hadisələrə biganə qalan, karikaturaya çevirən məxluqları...
Və birdən yaddaşıma iki il bundan əvvəl suriyalı qızın dünyaya səslənərək dediyi sözlər gəlir: Əgər mən ölərsəm, hamınızı Allaha şikayət edəcəm".
Türkiyədəki, Suriyadakı, Xoydakı zəlzələdə tək torpaq yarılmadı, tək o insanlar acımadı, həm də bizim qəlbimiz ortadan "yarıldı", ruhumuz acıdı...

Əsgər İsmayılov
10-02-2023, 21:12
"Dualarımızdasan, Türkiyəm!"


"Dualarımızdasan, Türkiyəm!"

Türkiyə dünyanın ən aktiv seysmik zonalarından birində yerləşir. Ölkədəki ən güclü zəlzələlərdən biri də 1999-cu ildə, ölkənin şimal-qərbindəki İzmit bölgəsində baş vermişdi. Bu zəlzələ ölkədə böyük faciələrə səbəb olmuş, 17 mindən çox insan həyatını itirmişdi. Fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində eyni gündə 2 güclü zəlzələ baş verdi. Diqqət çəkən məqamlardan biri də, 3 gün əvvəl, Hollandiyadan olan məşhur seysmoloq Frank Huqerbitsin Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan kimi bölgələrdə 7,5 bal gücündə zəlzələ olacağını paylaşmaq idi. Baş verən bu zəlzələnin fəsadları hələ də davam edir.
Zəlzələ bir çox şəhərlərdə binaların uçmasına səbəb olub, dağıntıların altında qalan insanların sayı çoxdur, buna rəğmən axtarış prosesi ləng gedir. Hələ də Hatay bölgəsində qurtulmağı gözləyən yüzlərlə insan var. Bu işə ciddi məsuliyyətlə yanaşmaq lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verən zəlzələylə əlaqədar 7 günlük matəm elan edib, eyni zamanda Türkiyənin beynəlxalq yardımı qəbul etməyə hazır olduğunu vurğulayıb.
Hazırda Türkiyəyə digər ölkələrdən, eyni zamanda bizim ölkədən humanitar yardımlar davam etməkdədir. Yeri gəlmişkən, zəlzələ olan ərazilərdə bir anda dağılan və çökən binalar haqqında fikrimi də bildirmək istəyirəm:
Zəlzələnin fəsadları hər birimiz üçün, xüsusən də dövlətlər üçün düşündürücü olmalıdır. Təbii ki heç bir ölkə zəlzələdən sığortalanmayıb. Buna görə zəlzələyə dayanıqlı binalar tikilməlidir. Zəlzələlərə qarşı dayanıqlıq, eyni zamanda bu ölkələrin gücünün və inkişafının göstəricisidir.
İnsan faciəsini görmək dözülməzdir. Allahdan qardaş Türkiyədə və digər bölgələrdə baş verən zəlzələdə həyatını itirmiş qardaş-bacılarımıza rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Dualarım həm də bu hadisədə xalqa yardım edən qəhrəmanlarladır...

Lumu Zülfüqarova
10-02-2023, 20:16
"Səninləyik, Türkiyə!"


"Səninləyik, Türkiyə!"

Çox təəssüf ki, bu günlərdə Türkiyənin sevincini deyil kədərini paylaşırıq. Türkiyə fevralın 6-da sabahını dəhşətlərlə açdı, güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Osmaniyye kimi şəhərləri dağıntılar altında qaldı. 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər nəticəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə 4-cü dərəcəli həyəcan elan etdi, dünya dövlətlərini yardıma çağırdı.Təbii ki, bu çağırışa ilk reaksiya qardaş Azərbaycandan gəldi.
Başqa cür də düşünmək mümkün deyil. Türkiyə bu qədər dəhşətli çətin vəziyyətdə olarkən Azərbaycan bu vəziyyətə təbii ki, izləyici qismində qala bilməzdi. Prezident İlham Əliyev öz Tvitter hesabında dost və qardaş ölkə Türkiyənin yanında olduğunu bildirdi və Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilas etmə qüvvələrini qardaş ölkəyə göndərdi. Bununla yanaşı Azərbaycan qardaş ölkəyə humanitar yardım üçün daha 2 təyyarə göndərib ki, bu təyyarələrin 1-də tam təchiz olunmuş səhra xəstəxanası, digərində isə çadır, yorğan və qızdırıcı material vardır.
Azərbaycan dövlətinin yardımları ilə yanaşı Azərbaycan xalqı da qardaş ölkəyə yardım etmək adına səfərbər oldu. Başda paytaxt Bakı olmaqla Azərbaycanın bir çox şəhər və rayonlarında Türkiyəyə humanitar yardımlar hazırlanır və göndərilir. Bir çox şəhərlərin dağılması, yaralıların və gün keçdikcə ölənlərin sayının artması nəticəsində Türkiyədə 7 günlük matəm elan edildi. Türkiyədəki matəmə izləyici qalmayan Azərbaycan Televiziyası musiqili-əyləncə proqramların yayımını dayandırdı.
Dünya bizi hər zaman bir gördü, biz Türkiyə və Azərbaycan olaraq bütün təhdidlərə hücumlara qarşı bir olduq və sinə gərdik. Hər qaranlıq gecənin bir işıqlı səhəri var. İşıqlı səhərə çıxmaq yolunda atdığın hər addımda qardaşınız və dostunuz olaraq dualarımızı, maddi- mənəvi bütün gücümüzlə həm yanınızda, həm də arxanızdayıq. Bütün Azərbaycan xalqı adından:
#SəninləyikTürkiyə!

Maral Namazova
10-02-2023, 20:12
"Tanrı Türkü qorusun"

"Tanrı Türkü qorusun"

Hər birimiz saniyələr sonra başımıza hansı hadisənin gələcəyindən xəbərsizik, amma günlər, illər sonranın xəyalını qururuq elə onlar kimi – türkiyəli bacı-qardaşlarımız kimi. Kimisi sabahın, kimisi illər sonranın, kimisi də övladlarının gələcəyinin xəyalını qurmuşdur. Amma bir gündə dağıldı o xəyallar. Açdıqları səhər (açılmayan sabah) dəhşət dolu idi. Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə bina dağıldı, insanlar çarəsiz şəkildə dağıntıların altında qaldılar. Həmin saatdan axtarış-xilasetmə işlərinə başlanıldı. Biz də sevincli, kədərli günümüzdə yanımızda olan Türkiyənin acısına şərik olduq, xilasedicilərimiz zəlzələnin baş verdiyi bölgələrə yollandılar, ehtiyac olan yardımlar göndərildi və bu yardımlar davam edir. Yeraltı təkan nəticəsində yerin üstündə 9 mindən çox insan həlak oldu. Minlərlə insan yaralandı. Dağıntıların miqyası böyük olduğundan ölən və yaralıların sayının artacağı bildirilir.
Zəlzələdən geriyə ürək dağlayan görüntülər qaldı: yerlə yeksan olan şəhərlər, qollarına cansız körpəsini alan valideynlər, baş verənləri anlamayan körpələr, bir-birindən xəbərsiz olan insanlar, duallara sığınıb sevdiklərinin xilas olacağı ümidilə çarəsiz gözləyən insanlar...
Can qardaşımız Türkiyəyə baş sağlığı verib, ölənlərə rəhmət, yaralılara şəfa diləyirik. Dualarımızla, maddi, mənəvi dəstəyimizlə qardaşlarımızın yanındayıq. Müəllimimiz Cahangir Məmmədli demişkən "biz 95 milyonluq xalq bir ürəyik". Tanrı Türkü qorusun.

Asiman Hafizqızı
10-02-2023, 18:07
Xoş günün kədərli sonu"

"Xoş günün kədərli sonu"

Gündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım oyuncaqları ilə oynayırdı. Atamın isə işdən gəlməyinə az qalmışdı. O, səhərə yaxın evdə olur. Nədənsə böyük bir sevinc və səbirsizliklə atamızın yolunu gözləyirdim. Mənə söz vermişdi. Gələndə uzun zamandı istədiyim iti gətirəcəkdir. Anam mətbəxdən mənə səsləndi. "Yəqin atam gəldi, ura!" deyib sevindim. Sonra isə anama səsləndim:
– Gəldim anacan!
– Canım oğlum, əynini qalın geyin. Get çörək al.
– Anacan, atamla danışdınmı, bu gün çox xoşbəxtəm axırki itim evə gələcək.
– Əlbəttə, danışmışam. Gecikmədən get, gəl. Əyinimi geyinib evdən çıxdım market evimizdən aşağı küçədə idi, getməmişdən qabaq blokumuzda yalqız qalan qoca nənə ilə baba vardı, onların da nəyəsə ehtiyacı varmı,- deyə qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər. Mağazadan çörəkləri alıb həmin qonşuya verdikdən sonra evə daxil oldum. Atam evdə idi. Həm də istədiyim iti gətirmişdi. Qaçaraq atamı öpdüm. Sonra itimi qucaqladım. Ağlı-qaralı, yumşaq tüklü it idi. Anam süfrəni hazırladı, hamı masa ətrafına keçdi. Anam məni səslədi, itimi də götürüb salona keçdim. Əyləşdim masaya, hər kəs sevincli idi, şənlənərək yemək yeyirdik. Birdən sanki göylərin yerə acığı tutdu. Hər tərəf çökdü. Bir an "Ana" deyə qışqıranda gözlərim yumuldu. Gözlərimi açdım ətraf qaranlıq, üstümdə ağır beton vardı, tərpənə bilmirəm, ağzı üstə idim. Anamı, atamı, bacımı və balaca itimi xatırladım. Getdikcə nəfəs almaq çətinləşirdi. Güclə tutunmağa çalışdım. Gözlərim yumuldu. Birdən "Allahım nolar yardım et. Ailəmə kömək ol" səsimə və kənardan eşitdiyim səslərə ayıldım. Qışqırmağa çalışdım torpaq ağzıma dolurdu, çox gücsüz idim, ağırlığın altda ürəyim partlayırdı. Səslər kəsildi, ağlamağa başladım, göz yaşlarım torpağa qarışıb palçıq oldu. Çox ac idim, palçığı yeməyə çalışdım. Gözlərim yenidən yumuldu. Bir müddət keçdikdən sonra yenidən ayaq səsləri eşidildi. Allaha dua etdim məni tapsınlar, gücüm çatan qədər qışqırdım.
Xilas olduğuma inanmırdım. Üzərimdəki betonu götürdülər, məni xilaskar əmilər yavaşca qucaqlarına aldılar. Torpağın altından çıxanda gözlərim qarşısında binalar yerlə-yeksan olmuşdu, ətraf dolu insan idi. Hər kəs bir yana qaçırdı. Məni təcili yardım maşınına apardılar. Anam, atam, bacım, itim orda idi. Yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış etdilər. Digər tərəfdən bir ana ilə uşaq çıxardılar. Ananın qucağında körpəsi can vermişdi. Nənə ilə baba da tapılmışdı, amma cansız bədənlərilə. Əlimi göyə açaraq dua etdim "Allahım, kömək ol ailəmə bina altda qalanlara heç nə olmasın".
Gözümü xəstəxanada açdım. Və öyrəndim ki, o evdən mənə bircə itim yadigar qalıb.

Südabə Məmmədova
10-02-2023, 17:58
"El getsə də qardaş qalar"


"El getsə də qardaş qalar"

Qardaşlıq nədir? İstər xoş günlərdə, istərsə də çətin dönəmlərdə qardaşının yanında olmaq, canı və qanı bahasına dəstəkləmək, qorumaqdır qardaşlıq…
Azərbaycan və Türkiyə qardaşlığın mükəmməl nümunəsidir. Tarix boyu bu iki dövlət arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Təsadüfi deyildir ki, türk dünyasının müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Son günlərdə Türkiyədə baş verən zəlzələ və bu təbii fəlakətin sarsıdıcı nəticələri bizləri kədərləndirməklə yanaşı Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya göstərdi. Həmişəki kimi Türkiyənin köməyinə yetən ilk dövlət Azərbaycan oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən yüzlərlə Fövqəladə Hallar Nazirliyi (FHN) işçisi Türkiyəyə yardım üçün göndərildi. Bundan başqa Azərbaycandan Türkiyəyə humanitar yardımlar edilir, minlərlə könüllü vətəndaş bu təşəbbüsə qoşulub. Təbii ki, bu heç kimi təəccübləndirə bilməz, çünki əsl qardaşlıq məhz budur. Bu gün
Azərbaycan xalqının gözündə dərin kədər duyuram, televizor qarşısında qardaş ölkənin xəbərlərini izləyənləri görürəm, sosial şəbəkələrdə qardaşlarımıza həm maddi, həm də mənəvi dəstək olan insanlarımızı görürəm, Türkiyə üçün durmadan dua edən gözüyaşlı nənə və babalarımızı görürəm. Bütün bunlar qarşısında türk kimliyimlə, xalqımla bir daha qürur duyuram. Və bunu əminliklə deyirəm, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı uğurla davam edəcək, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyacaq. Fikirlərimi dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadəninin şeirindən bir parça ilə bitirmək istəyirəm:
Birdir bizim hər halımız,
Diləyimiz amalımız.
Bayraqlarda hilalımız,
Azərbaycan-Türkiyə.


Nahid Xəlilov
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!