10-02-2023, 17:55
Zərərçəkmiş sakinlərə kirayə pulu veriləcək - ƏrdoğanTürkiyədə zəlzələdən zərərçəkən sakinlərə kirayə pulu veriləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. "Zəlzələdə evi dağılan vətəndaşlarımıza dəstək üçün evlərinin kirayəsinə də yardım edəcəyik", - Prezident bildirib.
10-02-2023, 17:52
Tez bir zamanda dağılan əraziləri bərpa edəcəyik - ƏrdoğanÖlkənin yenidən bərpa olunması üçün proqram hazırlanır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. "Tez bir zamanda proqrama başlayacağıq. İnşallah, bir il ərzində dağılan əraziləri yenidən bərpa edəcəyik. Bundan başqa dost qara gündə tanınar. Ölkəmizin çətin vaxtında bizə yardımçı olan dost, qardaş ölkələrə şəxsim və xalqım adına bir daha təşəkkür edirəm. Tezliklə çətin vəziyyətin öhdəsindən gələcəyik", - deyə Türkiyə lideri vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.
10-02-2023, 17:49
Bu çətin vaxtda birlik olmaq lazımdır - Ərdoğan "Xalqıma və bütün vətəndaşlarıma bildirirəm ki, bu çətin vaxtda birlik olmaq lazımdır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda xalqa müraciətində deyib. "Xalqımız çətin vaxtdan keçir, belə bir zamanda birlik olmaq lazımdır. Hazırda çətin vəziyyətdən istifadə edənlər cavab verəcək, xalqımdan da bu mövzuda dəstək istəyirəm. Bunu edənlərə prim vermək lazım deyil. Çünki bizim xalq alicənab xalqdır. Çətin vəziyyətimizdən istifadə edənlər gec-tez cavab verəcək", - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır. Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 18 991 nəfərə çatıb. Zəlzələdə yaralananların sayı 75 523 nəfərdir.
10-02-2023, 17:46
Azərbaycanın sülhməramlılara qarşı tənqidi mövqeyi bəllidir - Zaxarova"Əgər bu bəyanat Avropa İttifaqının regiona cəlb olunmasına haqq qazandırmaq cəhdidirsə, bunu uğurlu saymaq olmaz". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-nin yeni missiyası ilə bağlı sözlərini şərh edərkən deyib. "Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində sülh Rusiya sülhməramlıları tərəfindən təmin edilir. Rusiya tərəfi heç vaxt Bakıdan bununla bağlı narahatlıq eşitməyib, üstəlik, Azərbaycanın bu məsələdə tənqidi mövqeyi məlumdur. Brüsseldə məqsəd regionda təhlükəsizlik sistemini dəyişməkdir, burada əsas məsələ Rusiya hərbçilərinin mövcudluğu və Ermənistanın KTMT-yə üzv olmasıdır. İnanmaq istərdim ki, İrəvan bunu başa düşür və nəzərə alır", - deyə XİN rəsmisi bildirib.
10-02-2023, 17:40
Kılıçdaroğlundan AHBAP-ı hədəfə alanlara sərt reaksiyaTürkiyədə zəlzələ bölgəsinə yardım göstərən ünlü sənətçi Haluk Levent və onun rəhbərlik etdiyi AHBAP dərnəyinə ünvanlanmış ittihamlar Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluni hiddətləndirib. CHP lideri Kamal Kılıçdaroğlu Kahramanmaraşdakı zəlzələ qurbanları üçün mütəşəkkil fəaliyyət göstərən və ianə toplayan Haluk Leventin qurduğu AHBAP-ı hədəfə alanlara sərt reaksiya verib. Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında bildirib: "AHBAP-a böhtan atmaqdansa, yardımların paylanması koordinasiyasını təmin edin. Başladığınız qarayaxma kampaniyası ən çox zəlzələ qurbanlarına ziyan vurur. Bu əxlaqsızlığa son qoyun. Xalqın qurduğu qurumları yıxmağı ağlınıza belə gətirməyin. Millətin üstünə qaçanları ayağından vurmayın!".
10-02-2023, 17:37
Xoydakı zəlzələdən əziyyət çəkən soydaşlarımız çadırlara yerləşdirilibİranın Qərbi Azərbaycan əyalətindəki Xoy şəhərində baş vermiş 28 yanvar tarixli zəlzələdən əziyyət çəkən azərbaycanlılar çadır düşərgələrində məskunlaşıblar. “İsna” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xoydakı zəlzələ qurbanlarına yardımı davam etdidiyi barədə məlumat yayıb. Bu barədə SEPAH-nin sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə məsul vəzifəli briqada generalı Ramzan Şərifə istinad edilib. R.Şərif deyib ki, Ordunun Şimal-Qərb Tibb Mərkəzinin səhra və səyyar ixtisaslaşdırılmış xəstəxanasının şöbələri zəlzələdən zərər çəkmiş ərazidə yerləşdirilib. O əlavə edib ki, hazırda çadır düşərgələrində ixtisaslaşmış müalicə qrupları xidmət göstərir. R.Şərif SEPAH Quru Qoşunlarının Tibb Mərkəzinin 5 mindən çox insanın yerləşdiyi 45 düşərgədə xidmət göstərdiyini qeyd edib. Xoy şəhərində zəlzələdən zərər çəkənlər əsasən azərbaycanlı əhalidir. On minlərlə yerli sakin evlərinin dağılması səbəbindən hazırda çadırlara sığınıb. Yanvarın 28-də Xoyda 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Ötən həftə SEPAH komandanı, general-mayor Hüseyn Səlami Xoy şəhərinə gələndə zəlzələdən zərər çəkən azərbaycanlılar bəzi çatışmazlıqlardan şikayətlənmiş və ondan yardım istəmişdilər.
10-02-2023, 17:32
Rusiyadakı diasporumuzdan Türkiyəyə yardım Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyalarına başlayıb. Rusiyadakı Azərbaycan diasporu bununla bağlı xüsusi fəallıq göstərir. Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti 11 000 manat maddi və 34 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyatı 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterbur şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyatı 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq, Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriblər. Qeyd edək ki, Rusiya telekanalları Başqırdıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının Türkiyəyə yardımı haqqında reportaj yayımlayıb. Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları davam edir.
10-02-2023, 17:29
Azərbaycandan göndərilən növbəti yardım zəlzələ bölgəsinə çatıbAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
10-02-2023, 17:24
Mirzoyan rusiyalı həmkarı ilə telefonda danışdıErmənistanın XİN başçısı Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məluma yayıb. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər. Bildirilib ki, Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Mirzoyan rusiyalı həmkarını Diplomatiya İşçiləri Günü münasibətilə təbrik edib. Onlar Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənədlərin həyata keçirilməsi üzrə işlərin tezliklə bərpasının, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasının vacibliyini müzakirə ediblər. Söhbət zamanı həmçinin nəqliyyat-iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyinə toxunulub.
10-02-2023, 17:14
Milli Məclis Türkiyəyə daşınan generatorlar göndərdiBu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.