10-02-2023, 17:06
Ukraynada yaşayan iki azərbaycanlı faciəvi şəkildə həlak olduUkraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində ötən gün axşam 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar. Əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb. Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar. Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır. Onların hər ikisi ailəli olub.
10-02-2023, 17:01
Zəlzələ 12 mindən çox binanı sıradan çıxarıbTürkiyədə baş vermiş zəlzələ nəticəsində 12 mindən çox bina dağılıb. Bu barədə Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, zəlzələ bölgələrində ümumilikdə 12 141 bina dağılıb. "Həmin bölgələrdə ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ Türkiyənin daha 10 şəhərinə ziyan vurub. Ümumilikdə 7 minə yaxın bina çöküb.
10-02-2023, 16:54
ÜST-dən Türkiyə və Suriyaya maddi dəstək Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəlzələnin fəsadları ilə mübarizə işində Türkiyə və Suriyaya dəstək olmaq üçün Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayırıb. Ayrılan məbləğə dərmanlar yüklənmiş üç çarter reysinin göndərilməsi də daxildir. Bundan əlavə, hər iki ölkəyə dünyanın hər yerindən olan tibb işçilərindən ibarət 77 milli və 13 beynəlxalq təcili yardım briqadası göndərilib. Təşkilatdan bildirilib ki, hazırda səylərin hara yönəldilməli olduğunu müəyyən etmək üçün zərərin “xəritəsi”nin qiymətləndirilməsi üzərində iş aparılır. Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub. Artıq Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. Ölkədə həlak olanların xatirəsinə 7 günlük matəm elan edilib.
10-02-2023, 16:50
Ukrayna Belarusla həmsərhəd olan bütün yolları minaladıUkrayna Silahlı Qüvvələri Belarusla həmsərhəd olan bütün yolları və meşə zonalarını minalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Yevgeni Silkin bildirib. “Ukrayna hərbçiləri Ukrayna, Belarus və Rusiya arasındakı sərhədin böyük hissəsini minalayıblar. Belarusla sərhəddə hər yolu və bütün meşə zonasını minaladıq”, – Yevgeni Silkin “Vashington Post” qəzetinə deyib. O, həmçinin bəyan edib ki, Ukrayna yaxın gələcəkdə Rusiya Federasiyası və ya Belarusla dostluq etmək niyyətində deyil.
10-02-2023, 16:46
Ərdoğana xidmət edən təyyarə yaralılar üçün istifadə olunurTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadəsində olan təyyarə zəlzələ bölgəsindən yaralıların daşınması işlərinə cəlb olunub. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasına məxsus "TUR" təyyarəsi ilə zəlzələ bölgəsindən 14 yaralının paytaxt Ankaraya nəql olunması həyata keçirilib.
10-02-2023, 16:42
Türkiyədə 4 gündə
1509 zəlzələ qeydə alınıbTürkiyədə fevralın 6-dan bu günədək 1509 zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb.
10-02-2023, 00:00
Zəlzələ qurbanlarının sayı 18 000-ə yaxınlaşırTürkiyədə zəlzələdə həlak olanların sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Bölgələr üzrə itki statistikası:
Hatay - 5 111 nəfər
Kahramanmaraş - 4 879
Adıyaman - 3 105
Qaziantep - 2 141
Osmaniye - 878
Adana - 408
Şanlıurfa - 304
Malatya - 289
Diyarbəkir - 212
Kilis - 74
Elazığ - 5
9-02-2023, 23:56
Türkiyəyə göndərilən humanitar yardımla bağlı statistika açıqlanıbAzərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardımla bağlı statistik məlumatları açıqlayıb. Bu barədə XİN twitterdə paylaşım edib. Bildirilib ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb. Bununla yanaşı, 1 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Habelə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib. Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb. Ümumilikdə, qardaş ölkəyə 855 min manatlıq maddi yardım edilib.
9-02-2023, 23:52
Müharibəni biz başlatmamışıq, amma bitirməyə çalışırıq - PutinBiz hər hansı müharibəyə başlamamışıq, lakin onu bitirməyə çalışırıq. Bunu Rusiya Prezidenti Vladimir Putin aviasiya sənayesinin nümayəndələri ilə görüşdə deyib. O, müharibənin başlamasına görə Ukraynanı ittiham edib. Putin iddia edib ki, müharibəni 2014-cü ildə dövlət çevrilişi həyata keçirən millətçilər və onlara dəstək verənlər başlayıb. "Hər şey bununla başladı, sonra Krım və Donbasda hadisələr oldu”, - deyə Putin bildirib.
9-02-2023, 23:22
Kiyevdə insan ölümüylə nəticələnən partlayış baş veribUkraynanın paytaxtı Kiyev şəhərində partlayış baş verib. Bu barədə Kiyev Şəhər Hərbi Adminstrasiyası məlumat yayıb. Bildirilir ki, keçmiş zavodun ərazisində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə zamanı daha 6 nəfər yaralanıb. Beş nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, paytaxtın Darnitsa rayonunda qeydə alınan hadisəyə səbəb qaz balonu partlayışı olub.