9-02-2023, 23:20
Novosibirsk vilayətində matəm elan olunduRusiyanın Novosibirsk vilayətində matəm elan olunub. Bu gün səhər saatlarında vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Nəticədə binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Hadisə yerinə fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.
9-02-2023, 23:09
Zəlzələ bölgəsindən təxliyə olunan 183 nəfər ölkəmizə çatıb8 fevral 2023-cü il tarixində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Hazırda Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
9-02-2023, 23:06
Zəlzələ nəticəsində 4 nəfər azərbaycanlı həlak olubTürkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir. Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!
9-02-2023, 21:40
Ermənistan prezidenti İran səfiri ilə bir sıra məsələləri müzakirə etdiİranın İrəvandakı səfiri Abbas Bədəxşan Zöhuri Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regional məsələlər, habelə qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub. İran səfiri iki ölkə arasında ticarət-iqtisadi dövriyyənin böyümə tempini artırmağın vacibliyindən danışıb.
9-02-2023, 21:36
Türkiyə Böyük Millət Məclisində fövqəladə vəziyyət rejimi təsdiqləndiTürkiyədə fövqəladə vəziyyət rejiminin tətbiq olunması Böyük Millət Məclisində (TBMM) təsdiqlənib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qərara əsasən Türkiyədə zəlzələ olan bögələrdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.
9-02-2023, 21:20
Zəlzələnin vurduğu ziyan 4 milyard dolları keçə bilərBeynəlxalq reytinq agentliyi Fitch Ratings Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərin vurduğu ziyanı ilkin olaraq 4 milyard dollar qiymətləndirib. Agentliyin açıqlamasında deyilir ki, dəymiş ziyanın məbləği daha da arta bilər. Bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Həmin gün 7,6 bal gücündə ikinci zəlzələ də olub. Türkiyədə son məlumatlara görə, ölənlərin sayı artıq 14 mini, yaralıların sayı isə 63 mini keçib. Suriyada 3500-dək adam ölüb, 2000-dən çox insan yaralanıb, lakin dağıntılar hələ də təmizlənir.
9-02-2023, 21:05
Azərbaycanlı həkimlər Kahramanmaraşda 10 nəfəri əməliyyat etdiAzərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir. Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.
9-02-2023, 20:59
56 ölkədən axtarış-xilasetmə qrupları bölgəyə cəlb olunub - Çavuşoğlu"Hazırda 56 ölkədən 6500-ə yaxın şəxs axtarış-xilasetmə işlərinə cəlb olunub". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Bu gün isə 19 ölkədən xilasedicilər Türkiyəyə gələcəklər. Onların bəzisi Latın Amerikası ölkələrindən gəldiklərinə görə uzun məsafədədir. Ümumilikdə 95 və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Bir çox ölkə xilasedicilərini, səhra xəstəxanalarını, tibbi personalını ölkəmizə göndəriblər. Hazırda isə 56 900 axtarış-xilasetmə əməkdaşı dağıntı olan bölgədə fəaliyyət göstərir",- deyə nazir bildirib.
9-02-2023, 19:44
Prezident İTV-yə maliyyə ayrılmasıyla bağlı sərəncam imzaladı Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500,0 avronun manat ekvivalentində vəsait ayrılıb. Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
9-02-2023, 19:31
Macarıstanın baş nazirindən atəşkəs çağırışıMacarıstanın baş naziri Viktor Orban Ukraynanı Rusiya ilə atəşkəsə çağırıb. Orban bu barədə twitter səhifəsində yazıb. "Macarıstan Ukraynaya humanitar yardım və maliyyə dəstəyi göstərməyə davam edəcək. Daha çox insan itkisinin qarşısını almaq üçün təcili atəşkəsi dəstəkləyirik. Macarıstan sülh düşərgəsinə aiddir", - deyə o qeyd edib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.