Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
9-02-2023, 13:49
Güclü külək ağaclara ziyan vurdu


Güclü külək ağaclara ziyan vurdu

Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.
9-02-2023, 13:46
Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATO


Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATO

NATO ölkələri münaqişə ərzində Ukraynaya hər cür yardım göstərib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib. “NATO ölkələri Ukraynaya hərbi, humanitar və digər yardımlar daxil olmaqla 120 milyard dollar dəyərində yardım edib”, - deyə Baş katib qeyd edib.
9-02-2023, 13:41
Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcək


Heydər Əliyev fondundan Türkiyəyə yardım fevralın 14-dək davam edəcək

Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə çatdırılan humanitar yardım ilkin mərəhələdədir. Bu barədə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampanyasına start verib. “Belə ki, 8-14 fevral tarixlərində türkiyənin zəlzələ olan regionalrında ehtiyac duyulan ləvazimatlar toplanacaq və ən qısa müddətdə kompleksləşdirilərək Türkiyəyə yola salınacaqdır. Bir daha, Heydər Əliyev Fondu olaraq ölkədə baş vermiş faciə ilə əlaqədər həlak olanların doğmalarına və yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə Fond rəsmisi qeyd edib.
8-02-2023, 18:32
İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdi


İran XİN Təbrizdəki konsulluğumuzla bağlı iddiaları təkzib etdi

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib: "Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir". İranlı diplomat daha sonra əlavə edib: “İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib. Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.
8-02-2023, 18:24
Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayır


Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayır

Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı (Aİ) missiyasının tərkibində jandarmlar göndərəcək. Bu barədə fransalı deputat Natali Loiseau bildirib. Avropa Parlamentinin üzvünün sözlərinə görə, Avropa İttifaqı çox uzun müddət münaqişədən uzaq qaldı. “İndi Avropa İttifaqı daha çox iş görməlidir”. Qeyd edək ki, Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
8-02-2023, 18:20
Bəzi məhsullar gömrük rüsumundan azad edildi


Bəzi məhsullar gömrük rüsumundan azad edildi

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr gömrük rüsumundan azad edilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilmişdir.
8-02-2023, 18:13
Prezident şəxsiyyət vəsiqələrinin verilməsiylə bağlı dəyişikliyi təsdiqlədi


Prezident şəxsiyyət vəsiqələrinin verilməsiylə bağlı dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə olunur:“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir”.
8-02-2023, 18:10
“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik təsdiqləndi


“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 10.3-1-ci maddə əlavə edilir: “10.3-1. Müavinətlərin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir”.
8-02-2023, 17:44
Evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək


Evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək

Türkiyənin zəlzələ bölgəsində evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək. Bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Dövlət qurumları iş başındadır. İlk günlər bəzi çətinliklər yaşamışdıq, amma hazırda vəziyyət nəzarət altındadır. Antalya, Alanya, Mersindəki otellərlə danışıqlar aparılıb. İstəyən vətəndaşlarımızı ora yerləşdirəcəyik", - deyə Prezident vurğulayıb.
8-02-2023, 17:39
Zəlzələ qurbanı olan hər ailəyə 10 min lirə veriləcək


Zəlzələ qurbanı olan hər ailəyə 10 min lirə veriləcək

Türkiyədə zəlzələdən zərərçəkən hər ailəyə 10 min lirə veriləcək. Bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zəlzələ zamanı əziyyət çəkən ailələrə ilkin olaraq 10 min lirə veriləcək. İnşallah, bu rəqəm onların təlabatını qarşılayacaq. Bu gün birlik olmaq vaxtıdır, provakasiyalara uymaq olmaz", - deyə Ərdoğan bildirib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 8574 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 49 133 nəfərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!