Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
8-02-2023, 16:20
Zelenskidən Baydenə təşəkkür mesajı


Zelenskidən Baydenə təşəkkür mesajı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət başçısı Co Baydenə təşəkkür edib. Zelenski bu barədə twitter səhifəsində yazıb. "Millətə səslənişində Ukrayna üçün güclü dəstək sözlərinə görə təşəkkürlər, Bayden. Biz ABŞ-a Ukraynaya yardımlarda liderlik etdiyi üçün, Amerika xalqına Ukrayna ilə həmrəylik göstərdiyi üçün minnətdarıq. Dəyərlərimiz eynidir, ortaq hədəfimiz isə zəfərdir. Ukrayna azad şəkildə öz gələcəyini seçir. Belə də olacaq", - deyə o bildirib. Qeyd edək ki, Bayden çıxışı zamanı Ukraynaya dəstəyin davam edəcəyini vurğulamışdı.
8-02-2023, 16:16
Rusiya zəlzələylə bağlı İrana 35 ton humanitar yardım yolladı


Rusiya zəlzələylə bağlı İrana 35 ton humanitar yardım yolladı

Rusiya İrana zəlzələ ilə bağlı 35 ton humanitar yardım yollayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, göyərtəsində 35 ton humanitar yardım daşıyan Rusiya FHN-ə məxsus təyyarə İrana uçub. Qeyd edək ki, bir neçə gün öncə Qərbi Azərbaycan ostanının Xoy şəhərində güclü zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü, 1200-dən çox insanın yaralandığı, habelə minlərlə insanın evləri dağıldığı üçün şaxtalı havada küçədə qaldığı bildirilmişdi.
8-02-2023, 16:12
201 nəfər vətəndaşımız təxliyə olundu


201 nəfər vətəndaşımız təxliyə olundu

“Dünəndən etibarən təxminən 201 nəfər vətəndaşımız təxliyə olunub”. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. XİN sözçüsü bildirib ki, onların arasında 3-4 nəfər Türkiyə Respublikasının vətəndaşları da var: “Onlar da təxliyə olunublar. Təxliyə prosesi davam edir. Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə yollanırlar”.
8-02-2023, 16:09
Jurnalist ailəsi ilə birlikdə zəlzələdə həyatını itirdi


Jurnalist ailəsi ilə birlikdə zəlzələdə həyatını itirdi

Türkiyənin "DHA" xəbər agentliyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birlikdə zəlzələdə həyatını itirib. Zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağı dağıntılar altında qalıb. Hadisədən 35 saat sonra onların cəsədləri aşkar edilib. Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.




8-02-2023, 15:57
Kosovada matəm elan olundu


Kosovada matəm elan olundu

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar fevralın 8-i Kosovoda milli matəm elan olunub. Bunu Kosovo Prezidenti Vyosa Osmani deyib. “Bu kimi faciələr zamanı dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqlarının ağrısı bizim də ağrımızdır. Buna görə fevralın 8-i Kosovoda milli matəm elan edilib. Kosovo lazımi dəstəyini davam etdirməyə tam hazırdır”, - deyə Osmani bildirib. Qeyd edək ki, Kosovo axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün təhlükəsizlik qüvvələrinin 30 nəfərlik heyətini Türkiyəyə göndərib.
7-02-2023, 23:07
Zəlzələ qurbanlarının sayı 5400-ü keçdi


Zəlzələ qurbanlarının sayı 5400-ü keçdi

Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 5434 nəfərə çatıb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. O qeyd edib ki, təbii fəlakət nəticəsində 31777 nəfər yaralanıb.
7-02-2023, 23:04
Hataydakı yanğın söndürüldü


Hataydakı yanğın söndürüldü

Türkiyədəki zəlzələdən sonra Hatay limanında başlayan yanğın bir gün sonra söndürülüb. Vilayətin İskenderun rayonunda yerləşən limanda konteynerlərdən birinin alovlanmasının səbəb olduğu güclü yanğının qarşısını almaq mümkün olub.

7-02-2023, 23:02
Ukrayna xilasedicilər Türkiyədə


Ukrayna xilasedicilər Türkiyədə

Ukrayna Türkiyəyə 90 xilasedici göndərib. Bu barədə Ukraynanın Rusiyadakı səfiri Vasil Bodnar məlumat yayıb. O qeyd edib ki, Türkiyəyə zəlzələnin yaratdığı fəsadları aradan qaldırmaq üçün yardımlar davam edəcək.
7-02-2023, 22:59
Paşinyan Ərdoğanla telefonda danışdı


Paşinyan Ərdoğanla telefonda danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, Paşinyan Türkiyə Prezidentinə başsağlığı verib və zəlzələdə xəsarət alanların tezliklə sağalmasını arzulayıb. O, Ərdoğana bildirib ki, fəlakət zonasına gedəcək xilasediciləri daşıyan təyyarə artıq İrəvanın Zvartnots hava limanından qalxmağa hazırlaşır. Türkiyə lideri köməyə görə Paşinyana təşəkkür edib. O, həmçinin Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib, iki ölkə arasında dialoqun daha da dərinləşməsi üçün bu addımın vacibliyini vurğulayıb.
7-02-2023, 22:53
Vətəndaşımız zəlzələdə həlak oldu


Vətəndaşımız zəlzələdə həlak oldu

Azərbaycan vətəndaşı Türkiyədə baş vermiş zəlzələdə həlak olub. Dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Nailə Bünyatovadır. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən təsdiqləyiblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!