6-02-2023, 16:39
Ceyhun Bayramov türkiyəli həmkarına başsağlığı verdiAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Başramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya zəng vuraraq qardaş ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb. Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş Türkiyəyə yola düşəcəyini bildirilib. Nazir Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
6-02-2023, 16:35
İsrail XİN Türkiyəyə yardım ayırdıİsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə yardım ayırıb. Bu barədə İsrailin XİN başçısı Eli Koen twitter hesabında yazıb. “Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”, - deyə XİN başçısı vurğulayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:31
Türk dünyasından zəlzələylə bağlı dəstək paylaşımı
Türk Dövlətləri Təşkilatı baş verən zəlzələyə görə Türkiyəyə başsağlığı verib. Bu barədə qurumun twitter səhifəsində paylaşım edilib. Başsağlığında deyilir:
6-02-2023, 16:24
Deputatın ailəsi zəlzələnin qurbanı olduTürkiyədə baş verən zəlzələ çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb. Bu barədə deputatın özü məlumat verib. "İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə o bildirib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:16
Türkiyəni silkələyən zəlzələ bəzi ölkələrdə də hiss olunubTürkiyə və Suriyada böyük dağıntılar və insan tələfatına səbəb olan zəlzələ digər ölkələrdə də hiss olunub. Zəlzələ bütün region ölkələrində təsir edib. Belə ki, Gürcüstan, İraq, Livan, İsrail, Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı və Misirdə də yeraltı təkan hiss edilib. Lakin bu ölkələrdə təbiət hadisəsi dağıntı və insan tələfatına yol açmayıb. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:12
ABŞ zəlzələylə bağlı Türkiyəyə yardım təklif etdiABŞ zəlzələyə görə Türkiyəyə yardım təklif edib. Prezident Co Baydenin müşaviri Ceyk Sallivan bu barədə açıqlama verib. O qeyd edib ki, ölkəsi zəlzələdən böyük narahatlıq keçirir və Türkiyənin hakimiyyət nümayəndələri ilə əlaqə saxlayıblar. "ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik", - deyə Sallivan söyləyib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:08
İsraildən Türkiyəyə dəstək mesajıİsrailin Ankaradakı Türkiyəyə başsağlığı verib. Bununla bağlı səfirliyin twitter səhifəsində müvafiq paylaşım edilib. “Bu gün baş verən zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - səfirlikdən bildirilib. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:06
Səfirliyimizdən Türkiyəyə başsağlığıAzərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib. Bu barədə səfirliyin tviter hesabında paylaşım edilib. “Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - paylaşımda qeyd olunub. Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
6-02-2023, 16:02
Polşa ilə Rusiya arasındakı sərhəddə elektron sədd quraşdırılacaqPolşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron sədd çəkməyə başlayacaq. Bu barədə Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya bildirib. "Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya vurğulayıb. Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.
6-02-2023, 15:56
Ərdoğan zəlzələylə bağlı açıqlama verdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə ərazisində baş verən güclü zəlzələdən sonra açıqlama yayıb. Bu barədə dövlət başçısı özünün "Twitter" hesabında paylaşım edib. O qeyd edib ki, Fövqəladə Hallar İdarəsinin (AFAD) koordinasiyası ilə bütün müvafiq qurumlar həyəcan vəziyyətindədir. “Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar. Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.