19-12-2022, 23:00
Ermənilərin helikopter istəyi həyata keçmədiXəbər verildiyi kimi, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının müşayiəti ilə Qarabağdan olan bir erməni xəstə Laçın yolu ilə Ermənistana aparılıb. Ürək patologiyası olan xəstə Xankəndi xəstəxanasından təcili yardım maşını ilə çıxarılıb və azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiya ərazisindən hərəkət edib. “Hraparak” qəzeti yazır ki, Qarabağ erməniləri əvvəlcə xəstəni sanitar helikopterlə Ermənistana aparmağı müzakirə ediblər. Lakin Rusiya sülhməramlıları buna icazə verməyiblər. Sonda təcili yardım maşınından istifadə olunub. Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.
19-12-2022, 17:51
Sülhməramlıların hərəkət etməsinə növbəti şərait yaradıldıŞuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib. Qeyd edək ki, bu gün, həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını, rus sülhməramlılarından birinin ailə üzvlərinin olduğu avtomobil, eləcə də Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobili də aksiya keçirilən ərazidən maneəsiz keçiblər. Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər və monitorinq baş tutmayıb.


19-12-2022, 17:46
Özbəkistandan Orta Dəhlizlə ilk konteyner qatarı yola düşdüDekabrın 16-da Özbəkistandan Avropaya Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə ilk konteyner qatarı yola düşüb. Bu barədə “Uztemiryulkonteyner” məlumat yayıb. Yük qatarı mis konsentratı ilə yüklənmiş 46 vaqon və 91 ədəd konteynerdən ibarət olub. Bildirilib ki, qatar "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu ilə hərəkət edir. Marşrutun uzunluğu 4000 kilometrdən çoxdur. Qeyd edək ki, Orta Dəhliz kimi tanınan marşrut dəmir yolu bərələri vasitəsilə Türkmənistan, Azərbaycan və Gürcüstandan, həmçinin Xəzər və Qara dənizlərdən keçir. Avropa İttifaqı Rusiya ərazisindən keçən ənənəvi Şimali Avropa-Asiya dəmir yolu marşrutuna alternativ olaraq Orta Dəhlizi təşviq edir. Avropa Yenidənqurma və İnkişaf Bankı noyabrda Rusiyadan yan keçməklə Avropa və Asiya arasında yükdaşıma marşrutlarının inkişafına milyardlarla avro sərmayə qoymağa hazır olduğunu bildirib.
19-12-2022, 17:42
Düşünülməmiş addımlar müharibənin alovlanmasına səbəb ola bilərdi - KTMT baş katibiErmənistan-Azərbaycan sərhədində atılan düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilərdi. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib. KTMT-nin “Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən Stanislav Zas bununla razılaşmayıb: “Əlbəttə, yox. 2022-ci ildə baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”.“Ermənistanda bəziləri, hətta yüksək rütbəli məmurlar belə fikirlər səsləndiriblər ki, “niyə KTMT işğalın aradan qaldırılmasına kömək etməyib?”… Başa düşməlisiniz ki, bu cür addımların mümkün nəticələri bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilərdi”, - Zas xəbərdarlıq edib. Eyni zamanda o, KTMT missiyasının nəticələrinə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib. “Yardım təklifinə gəlincə, məqamlardan biri missiyanın sərhədə göndərilməsi idi. Tərkib, müddət, vəzifələr və mandat göstərilib. Missiyanın əsas məqsədi yerlərdə vəziyyəti öyrənmək və təkliflər hazırlamaqdır. Onlar qüvvədə qalır”. Xatırladaq ki, 13-14 sentyabr 2022-ci ildə Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla sərhəddə hərbi toqquşmalar baş verib. Nəticədə Ermənistan ordusu ağır itki erib.
19-12-2022, 17:37
Azərbaycandan onlara müsbət cavab..Dekabrın 19-da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib. Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub. Belə ki, aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Qeyd edək ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb. Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının daha bir göstəricisidir.
19-12-2022, 17:29
Erməni postunda mina partlayışı baş verdiRusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib. Dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib. Məlumata görə, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.
19-12-2022, 17:23
Sərhəddə gərginlik - 4 SEPAH əsgəri öldüİran və Pakistan sərhədlərində gərginlik yaşanıb. Bu barədə "Iran International" məlumat yayıb. Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və silahlı qruplaşma arasında toqquşma baş verib. Toqquşma nəticəsində 4 SEPAH əsgərinin öldüyü qeyd olunub. Hadisənin detalları hələlik bəlli deyil. Pakistan tərəfi insidentə münasibət bildirməyib.
19-12-2022, 17:18
Məcburi sığortaya cəlb olunacaq şəxslərin siyahısı açıqlandı Məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar şəxslər müəyyənləşib. Bu barədə “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub. Qanun layihəsinə görə, Milli Məclisin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
19-12-2022, 17:15
Paşinyan onu özünə müavin seçdiErmənistanın maliyyə naziri Tiqran Xaçatryan baş nazirin müavini təyin edilib. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan məlumat verib. Bildirilib ki, maliyyə naziri vəzifəsini Vahe Ovanisyan tutacaq.
19-12-2022, 17:11
Gələn ildən vergi sahəsində dəyişiklik olacaqProqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulacaq. Bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub. Qanun layihəsinə görə, 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi tutulacaq.