Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
17-10-2022, 12:26
Zelenski əhalini işığa qənaət etməyə çağırdı


Zelenski əhalini işığa qənaət etməyə çağırdı

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin bəzi şəhər və rayonlarında energetiklər bütün sistemin stabil işləməsi üçün elektrik enerjisinin verilməsini məhdudlaşdırmalı olurlar.
Bu barədə o, xalqa müraciətində bildirib. Zelenski vətəndaşları saat 17:00-dan 23:00-dək elektrik enerjisi istehlakını məhdudlaşdırmağa çağırıb. Prezident bildirib ki, şənbə günü, oktyabrın 15-də ümumilikdə ölkə üzrə vətəndaşlar enerji istehlakını 10%, Çerniqov vilayətində 20%, Kiyevdə cəmi 7% insan məhdudlaşdırıb."Zəhmət olmasa daha çox azaldın. Biz elektrik enerjisi istehlakımızı saat 17:00-dan 23:00-a qədər azaltmalıyıq”, - deyə Ukrayna prezidenti qeyd edib. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 16-da Ukraynanın enerji obyektlərinə hücum edildiyini açıqlayıb.
17-10-2022, 12:24
Füzuli şəhəri 2 ildir azaddır


Füzuli şəhəri 2 ildir azaddır

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. Butov.az xatırladır ki, sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Ordumuz əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılıb, ordumuz cəbhə boyu irəliləməyə başlayıb. Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirib. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.
17-10-2022, 12:21
İsveçin sərhədlərini ABŞ qoruyacaq


İsveçin sərhədlərini ABŞ qoruyacaq

İsveç və ABŞ arasında yeni saziş imzalanıb. Butov.az xəbər verir ki, Amerika tərəfi ölkənin NATO-ya qəbulu dövründə İsveç sərhədlərinin təhlükəsizliyini təmin edəcək. ABŞ ordusunun (Quru Qoşunlarının) Baş Qərargah rəisi, general Ceyms Makkonvil bildirib, iki ölkə arasında əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb. O, ABŞ-ın İsveçi müdafiə etməyə tam hazır olduğuna inandırıb.
17-10-2022, 12:00
İsrailli nazirdən Ukraynaya dəstək mesajı


İsrailli nazirdən Ukraynaya dəstək mesajı

İsrailin diasporla iş üzrə naziri Naçman Şai ölkəsini Ukraynaya hərbi yardım göstərməyə çağırıb. Bu barədə o, özünün “Twitter” səhifəsində bildirib."Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı mövqe tutacağına şübhə yoxdur", - deyə nazir yazıb.
17-10-2022, 11:42
Moldovada hökumət əleyhinə nümayişlər keçirildi


Moldovada hökumət əleyhinə nümayişlər keçirildi

Moldovanın paytaxtı Kişinyovun mərkəzində hökumət əleyhinə nümayişlər keçirilib. Butov.az xəbər verir ki, iştirakçılar hakimiyyətin istefasını, qaz və elektrik enerjisi tariflərinin artırılmasına görə kompensasiya ödənilməsini tələb ediblər. Nümayişçilər Moldova bayrağının rənglərində tüstüdən istifadə ediblər. Təşkilatçıların sözlərinə görə, etirazda 50 mindən çox insan iştirak edib. Aksiya iştirakçıları Moldova prezidentinin binası yaxınlığında onlarla çadır qurub, sonradan Kişinyovda hüquq-mühafizə orqanları onları yığışdırıb. Aksiyalara cavab olaraq Moldova hökuməti müxalifəti təxribatda ittiham edib.
17-10-2022, 11:39
El klasiko: “Real” “Barselona”ya qalib gəldi


El klasiko: “Real” “Barselona”ya qalib gəldi

Bu gün növbəti “El klasiko” oynanılıb. Butov.az xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər. Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar. Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb. Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.
17-10-2022, 11:37
İran Rusiyaya PUA verdiyini danır


İran Rusiyaya PUA verdiyini danır

İran Rusiyaya kamikadze tipli PUA-lar verməyib. Bunu İranın xarici işlər naziri hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrellə telefon söhbətində bildirib. XİN başçısı deyib ki, İran Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirir. Ukrayna tərəfi isə Rusiya ordusunun döyüşlərdə İran PUA-larından istifadə etdiyini açıqlayıb. Bildirilib ki, İran istehsalı PUA-ların 60 faizi Ukrayna qoşunları tərəfindən məhv edilib.
17-10-2022, 11:34
Parisdə 140 min nəfər etiraza qalxdı


Parisdə 140 min nəfər etiraza qalxdı

Fransanın paytaxtı Parisdə qiymət artımına qarşı etiraz aksiyası keçirilib. Butov.az xəbər verir ki, mitinqi Jan-Lük Melenşonun solçu “Tabe olmayan Fransa” partiyası, “Avropa-Ekologiya-Yaşıllar” və Sosialist partiyası təşkil edib. Mətbuatda yayılan məlumatlara görə, aksiyaya təxribatçılar da qoşulub. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin sabitləşdirilməsini, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə investisiya qoyulmasını tələb ediblər. "Le Figaro"nun məlumatına əsasən mitinqə 140 mindən çox adam qoşulub.
17-10-2022, 11:32
Bayden İranda xaosu alovlandırır - Rəisi


Bayden İranda xaosu alovlandırır - Rəisi

ABŞ Prezidenti Co Baydenin bəyanatları İranda terror və xaosu alovlandırır. Bunu İran prezidenti İbrahim Rəisi deyib. "Amerikalılar İran xalqının yenilikçi və yaradıcı addımına qəzəblənir, respublikadakı çatışmazlıqlar və ya problemlərə görə sevinc və xoşbəxtlik hiss edirlər”, - Rəisi bildirib. Qeyd edək ki, ABŞ İrandakı etirazları rəsmən dəstəklədiyini elan edib.
17-10-2022, 11:26
ABŞ İrandakı etirazları dəstəklədiyini bəyan etdi


ABŞ İrandakı etirazları dəstəklədiyini bəyan etdi

“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün addımlar atır”. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.“Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra addımlar atırıq. İlk növbədə, etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq”, - deyə Sallivan qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!