16-10-2022, 16:08
Bu küçələrdə hərəkət məhdudlaşdırılırBakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Belə ki, 17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00–dək həmin küçələrdə təmir işləri aparılacaq. İşlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə məhdudiyyət tətbiq ediləcək. Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
16-10-2022, 16:06
Sabahın havası - Külək əsəcəkSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti, Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
16-10-2022, 16:04
Rusiyanın son itkiləri açıqlanıbUkraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 65 300 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 529 tank, 5 193 zirehli maşın, 1 224 operativ-taktiki PUA, 1 589 artilleriya sistemi, 186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 3 959 avtomobil və tanker, 143 xüsusi texnikadan ibarətdir. Bildirilib ki, Rusiya ordusu daha çox Krivoy Roq və Baxmut istiqamətlərində itkilər verib.
16-10-2022, 16:02
Hərbi qulluqçumuz özünü güllələdiMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov Mirsaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
16-10-2022, 16:00
“Elm və İnnovasiya Forumu – 2022” keçiriləcəkOktyabrın 17-dən 21-dək “Elm və İnnovasiya Forumu – 2022” keçiriləcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, Elm və İnnovasiya Forumunun açılış sessiyasında BMT agentliklərinin baş alimləri Dayanıqlı İnkişaf Mərkəzlərinə nail olmaq üçün elmin necə töhfə verəcəyinə və innovativ həllər təqdim edə biləcəyinə diqqət yetirəcək. Toplantının açılışını BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) həmsədri İsmayıl Serageldin edəcəklər. Həmçinin FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının, UNEP-in baş alimləri, MAQATE-nin və UNESCO-nun baş direktorlarının müavinləri, ABŞ-nın BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı üzrə səfiri və digər nüfuzlu ekspertlər qatılacaq. Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanacaq.
16-10-2022, 15:58
Partlayış baş verən mədəndə işlər dayandırıldıTürkiyənin aidiyyəti qurumları partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib. Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib."Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb", - nazir bildirib. Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.
16-10-2022, 15:56
Rusların S-300-ləri məhv edildiUkrayna ordusu Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.
Butov.az xəbər verir ki, hücum nəticəsində rusların silah-sursat anbarları məhv edilib. Bundan başqa düşmənin eləcə də S-300 kompleksləri sıradan çıxarılıb. Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi vurulub. Eyni zamanda, sursat anbarı dağıdılıb.
16-10-2022, 15:55
Mask ukraynalılara pulsuz internet verəcəkUkrayna yenidən "Starlinq"peyk bağlantısı vasitəsilə pulsuz internet əldə edəcək. Bu barədə Amerikalı milyarder, "SpaceX" şirkətinin rəhbəri İlon Mask qərar qəbul edib. O deyib ki, şirkət çox miqdarda pul itirsə də, lakin o, bu məsələni gerçəkləşdirmək niyyətindədir. “Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlar alır, biz isə Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik”.
16-10-2022, 15:53
Şəhidlərimiz anıldıTorpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Rüfət Əsgərov, Ramil Ağayev, Daşdəmir Paşayev, İlqar Vəliyev, Anar Qorçuyev və Sabir Əbdürrəhmanlının xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

16-10-2022, 15:51
İki filial müdirini maşın vurub öldürdüMingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.
Butov.az xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.
Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb. Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.