Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
16-10-2022, 15:14
Ermənistandan Türkiyəyə başsağlığı


Ermənistandan Türkiyəyə başsağlığı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartın şəhərindəki partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib. Bu barədə o, özünün Twitter hesabında məlumat paylaşıb.“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - Mirzoyan qeyd edib. Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.
16-10-2022, 15:11
Şolts Avropa İttifaqını islahatlara çağırdı


Şolts Avropa İttifaqını islahatlara çağırdı

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar keçirilməsinə çağırıb. Bu barədə o, Avropa Sosialistlər Partiyasının (PES) Berlində təşkil etdiyi konqresdə danışıb. Kansler təşkilatın üzvlərinin sayının artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Ukrayna, Moldova, Qərbi Balkan ölkələri və perspektiv olaraq Gürcüstan da azad və demokratik Avropanın bir hissəsidir. Şolts namizədlik statusu almış Balkan ölkələrinə verilən vədlərin yerinə yetirilməli olduğunu bir daha vurğulayıb. O, Avropa İttifaqının şərqə doğru böyüməsinin hər kəs üçün qələbə olacağını ifadə edib.
16-10-2022, 15:08
Partlayışda yaralanan 5 nəfərin vəziyyəti kritikdir


Partlayışda yaralanan 5 nəfərin vəziyyəti kritikdir

Türkiyənin səhiyyə naziri Fahrettin Koca partlayışda xəsarət alan mədən işçilərini ziyarət edib. Butov.az xəbər verir ki, nazir işçilərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib. F. Koca bildirib ki, İstanbulun Çam və Sakura Şəhər xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır:"Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var. İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub". Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.
16-10-2022, 15:03
Xersonda Rusiyanın helikopteri vuruldu


Xersonda Rusiyanın helikopteri vuruldu

Ukraynanın Xerson vilayətində Rusiyaya məxsus helikopter vurulub. Bu barədə Ukraynanın "Cənub" əməliyyat komandanlığı məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın helikopteri raket və artilleriya bölmələri tərəfindən məhv edilib.
16-10-2022, 15:01
Putin ölkədən pul çıxarmağa icazə verdi


Putin ölkədən pul çıxarmağa icazə verdi

Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Qeyd edək ki, bu il mart ayında Rusiyadan 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib. Prezident Vladimir Putinin bu gün imzaladığı fərmanla Rusiya Mərkəzi Bankına dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına icazə vermək səlahiyyəti verilib.
16-10-2022, 15:00
Bakıda Fransaya qarşı etiraz aksiyası


Bakıda Fransaya qarşı etiraz aksiyası

Bakıda bir qrup Azərbaycan vətəndaşı Fransanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Butov.az xəbər verir ki, etirazçılar Fransa prezidenti Emmanuel Makronun ölkəmizin guya Ermənistana qarşı təxribat törətməsi ilə bağlı açıqlamalarına etirazlarını bildiriblər. Daha ətraflı videomaterialda:

15-10-2022, 21:14
"Sabah" liderliyə yüksəldi


"Sabah" liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. "Sabah" komandası evdə "Zirə"ni qəbul edib. Butov.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 16 xalı olan "Zirə" isə 4-cü sırada qalıb. Qeyd edək ki, turun əvvəlki iki oyununda "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" isə səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
15-10-2022, 21:12
ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir


ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir

ABŞ rəsmiləri Avropa İttifaqının (Aİ) Ukraynaya daha çox maliyyə yardımı göstərməsini istəyir. Bu barədə "The Washington Post" nəşri öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi Aİ-nin Ukraynanın maliyyə vəziyyəti ilə bağlı üzərinə götürdüyü məsuliyyətin miqyası ilə işlərin real vəziyyəti arasındakı uyğunsuzluqdan narazıdır. “Nazir Yellen Ukrayna iqtisadiyyatına kömək etmək üçün ödənilməli olan kreditlərin deyil, birbaşa nağd ödənişlərin tez ödənilməsinin vacibliyini vurğulayıb", - nəşr qeyd edir.
15-10-2022, 21:10
Dünən istefa verən nazirin yerinə o gətirildi


Dünən istefa verən nazirin yerinə o gətirildi

Ceremi Hant Böyük Britaniyanın maliyyə naziri təyin edilib. Butov.az xəbər verir ki, maliyyə naziri Kvasi Kvartenqin vəzifəsindən azad edilməsindən sonra sabiq xarici işlər naziri Ceremi Hant onun yerinə gətirilib. Hant bu il ərzində təyin olunan dördüncü maliyyə naziridir. Ötən gün vəzifəsindən uzaqlaşdırılan Kvartenq 38 günlük fəaliyyəti ilə Britaniya tarixində ən qısa müddətdə vəzifə tutan ikinci maliyyə naziri olub.
15-10-2022, 21:07
Zelenski əsirlikdən buraxılan azərbaycanlını təltif etdi


Zelenski əsirlikdən buraxılan azərbaycanlını təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski daha bir azərbaycanlını təltif edib. Butov.az xəbər verir ki, dövlət başçısı bu günlərdə Rusiya əsirliyindən geri dönən Mariupolun müdafiəçilərindən biri - 1999-ci il təvəllüdlü Babayev Rüstəm Arif oğlunu ikinci dərəcəli "İgidliyə görə" ordeninə layiq görüb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!