Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
15-10-2022, 19:59
Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi


Yasamalda intihara cəhd - Vətəndaş özünü yandırmaq istədi

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb. Butov.az-ın məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər. Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Belə ki, intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.
15-10-2022, 19:58
Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq


Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnmiş futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətinin məlumatına görə, Kadi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq. Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir. "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.
15-10-2022, 19:56
Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü


Mingəçevirdə dəhşətli qəza - İki qadın öldü

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Butov.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, “VAZ-21014” və KİA markalı avtomobillər toqquşub. Daha sonra KİA yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib. Araşdırma aparılır.
15-10-2022, 19:54
Hərbçilərə psixoloji dəstək göstərilir


Hərbçilərə psixoloji dəstək göstərilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitlərinin iştirakı ilə hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial-məişət şəraitinin öyrənilməsində, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməklik göstərilməsinə dair tədbirlər keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən tədbirlərdə şəxsi heyətə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin keçirdiyi son görüşlər barədə ətraflı məlumatlar verilib. Həmçinin bölmələrdə şəxsi heyətin gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, hərbi qulluqçuların sağlamlığının qorunması, ideoloji iş və mənəvi-psixoloji təminat işinin effektivliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə metodiki məşğələlər keçirilib və lazımi tövsiyələr verilib. Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
15-10-2022, 19:47
Şiə imamı İraqda yeni hökuməti qəbul etmir


Şiə imamı İraqda yeni hökuməti qəbul etmir

İraqın ən nüfuzlu din xadimlərindən biri olan şiə imamı Müqtəda əs-Sədrin hərəkatı ölkənin yeni hökumətinin formalaşdırılmasında iştirakdan imtina edib. Bu barədə imamın ən yaxın silahdaşlarından biri Saleh Məhəmməd əl-İraqiyə istinadla məlumat yayıb. “Biz əs-Sədr hərəkatının hər hansı bir nümayəndəsinin ölkənin gələcək hökumətinin formalaşdırılmasında iştirakını qəti şəkildə rədd edirik”, - deyə əl-İraqi bildirib. Onun sözlərinə görə, ölkənin yeni hökumətinin qeyri-qanuni hərbiləşdirilmiş qruplardan asılı olacağı şübhəsizdir. Gələcək koalisiya hökuməti İraq xalqının istəklərinə cavab verməyəcək, çünki, yeni nazirlər kabinetini formalaşdıracaq qüvvələr xaricdəki himayədarlarının maraqlarına xidmət edir. Xatırladaq ki, oktyabrın 14-də İraq parlamenti Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib, Məhəmməd əl-Sudanini isə Baş nazir təyin edib və hökuməti formalaşdırmağı ona tapşırıb. Əl-Sudaninin baş nazir postuna namizədliyi şiələrin “Koordinasiya Qüvvələri” alyansı tərəfindən irəli sürülüb. Ötən ilin payızında parlamentdə digər fraksiyalardan daha çox yer qazanan Əl-Sədr hərəkatı deputat səlahiyyətlərindən imtina edərək parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edib. Əl-Sədr hərəkatına qarşı əsas müxalif qüvvə sabiq baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi “Koordinasiya Qüvvələri” alyansıdır. Parlamentdə əs-Sədrin nümayəndələrinin olmadığı dövrdə İranla sıx əlaqələr saxlayan alyansın namizədi İraqın yeni hökumətini qurmaq üçün mandat alıb.
15-10-2022, 19:45
7 rus hərbçi Ukraynaya əsir düşdü


7 rus hərbçi Ukraynaya əsir düşdü

Ukrayna Silahlı Qüvvələri Suriyada döyüşmüş 7 rus hərbçisini əsir götürüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı sosial şəbəkə hesabında yazıb. O bildirib ki, hərbçilərdən biri mayor, digərləri isə çavuş və siravi əsgərlərdir. Həmin hərbçilərin vaxtı ilə Suriyada xidmət etdikləri qeyd olunub.
15-10-2022, 19:44
Ukrayna ordusu əks-hücuma keçib, ruslar sıxışdırılır


Ukrayna ordusu əks-hücuma keçib, ruslar sıxışdırılır

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə davam edir. Butov.az xəbər verir ki, Ukraynada genişmiqyaslı silahlı təcavüz başlayandan bəri Rusiyanın işğal etdiyi 1620 yaşayış məntəqəsi artıq azad edilib. Xerson istiqamətində isə Ukrayna Silahlı Qüvvələri düşməni Dnepr çayının sağ sahilinə sıxışdırmaqda və keçidlərə nəzarəti saxlamaqda davam edir. “Cənub” komandanlığının mətbuat katibi Vladislav Nazarov bildirib ki, oktyabrın 14-də işğalçılar Dnepr çayı üzərindən aktiv hərəkəti bərpa etməyə cəhd göstəriblər. Eyni zamanda, düşmən diqqətini Baxmut-Kramatorski tutmağa cəmləyib. Ötən gün Ukrayna hərbçiləri növbəti dəfə düşmənin İvanqrada hücumlarını dəf edib. Bundan əvvəl Britaniya kəşfiyyatı işğalçıların Baxmutun cənubuna yaxınlaşdığını deyirdi. Baş Qərargah, həmçinin bildirir ki, yaralı rus hərbçiləri arasında ölüm halları 50%-ə çatır. Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib ki, Baxmut istiqamətində bir sıra yaşayış məntəqələrinin guya nəzarətə götürülməsi ilə bağlı rus təbliğatçılarının xəbərləri reallığa uyğun gəlmir. O, məhz Ukrayna hərbçilərinin çox uğurlu əks-hücum keçirdiyini bildirib. Rusların cəbhənin hansı hissəsində geri çəkildiyini Arestoviç Baş Qərargahın səssizliyinə görə dəqiqləşdirməkdən imtina edib.
15-10-2022, 19:42
İtaliya Ukraynaya müdafiə sistemləri göndərəcək


İtaliya Ukraynaya müdafiə sistemləri göndərəcək

İtaliya Ukraynaya orta mənzilli “Spada” hava hücumundan müdafiə sistemləri tədarük edə bilər.
Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb. Nəşr qeyd edir edir ki, İtaliya Hərbi Hava Qüvvələrinin bazasında artıq anqarlarda saxlanılan sistemlərin vəziyyətinin yoxlanılmasına başlanılıb. Bildirilir ki, sistemlərin tədarükü ilə bağlı qərarı İtaliyanın yeni hökuməti qəbul edəcək.
15-10-2022, 19:40
NATO Gürcüstan və Moldovaya pul ayıracaq


NATO Gürcüstan və Moldovaya pul ayıracaq

Rumıniya hakimiyyəti NATO fonduna 1,4 milyon dollar vəsait köçürəcək. Bu barədə Rumıniyanın PRO TV telekanalı ölkənin xarici işlər naziri Boqdan Aureskuya istinadən məlumat yayıb. Bildirilir ki, bu vəsait Ukrayna, Moldova, Gürcüstan və İordaniya kimi ölkələrin müdafiə sektorunun gücləndirilməsinə yönəldiləcək. Vəsait “Şərq cinahının bilavasitə yaxınlığında, xüsusən də Qara dəniz regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məqsədlərinə” nail olmaq üçün istifadə olunacaq.
15-10-2022, 13:48


“Fransa Prezidenti telefonda mənə vəd verdi” – İlham Əliyev
“Fransa Prezidenti telefonda mənə vəd verdi” – İlham Əliyev

Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və ya Aşağı Palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib. Fransanın əvvəlki prezidentləri ilə kifayət qədər sıx ünsiyyət qurmaq imkanının olduğunu xatırladan dövlətimizin başçısı deyib ki, o vaxt münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, balanslaşdırılmış idi. Təəssüf ki, indiki rəhbərlik mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. MDB-dən olan həmkarlarını yaranmış vəziyyət barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!