Putin onu işdən çıxardı .....                        Zelenski Roma Papası ilə bir arada .....                        Elşən İbrahimov Rusiyadan deportasiya edilir .....                        “Zirə” Türkiyə klubunu məğlub etdi .....                        İyulun pensiyası ilə bağlı şad xəbər .....                        Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır .....                        Zamin Zəki ilə bağlı qərar verildi .....                        Sabahın havası ilə bağlı SƏRT XƏBƏRDARLIQ .....                        Müjdəli xəbərlərimiz olacaq - Ərdoğan .....                       
13-10-2022, 14:06
Türkiyə şəhid verdi


Türkiyə şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
13-10-2022, 14:04
Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı


Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı

Kanada hökuməti Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat yayıb. Yeni hərbi yardım paketinin həcmi 47 milyon Kanada dollarıdır. Paketə artilleriya mərmiləri, peyk rabitə sistemləri, qış geyimləri və pilotsuz uçuş aparatları üçün kameralar daxildir. Qeyd edək ki, bu gün 50-dən çox Qərb ölkəsi Ukraynaya daha çox silah, xüsusilə hava hücumundan müdafiə sistemi göndərmək üçün bir araya gəlib. Kanada tərəfindən bildirilib ki, Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 40 hərbçi göndəriləcək.
13-10-2022, 10:40
Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icrasına başladığı “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsi pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Təcrübəli mütəxəssislər, nüfuzlu təhsil işçiləri yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması məqsədilə layihə çərçivəsində “chevik.az” saytının yaradılması və onun fəaliyyətinə layihə iştirakçıları olan məktəblilərin fəal şəkildə cəlb edilməsi təşəbbüsünü yüksək dəyərləndirir, layihə rəhbərliyi ilə öz təklifləri və tövsiyələrini bölüşürlər.
Layihəyə rəhbərlik edən “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bu günlərdə tanınmış əməkdar elm xadimi, professor Şahlar Əsgərovla görüşmüş, təcrübəli pedaqoqun layihə ilə bağlı fikirlərini öyrənmiş, dəyərli məsləhətlərindən faydalanmışdır. Ş.Əsgərov təhsilalanların bilavasitə iştirakı ilə və QHT-nin nəzarəti altında fəaliyyət göstərəcək saytda “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı” kimi rubrikaların yer alacağı təqdirəlayiq hesab edərək “chevik.az” saytının gənclərin həm asudə vaxtlarının səmərəli təşkilinə, həm də onlara sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin aşılanmasına xidmət göstərə biləcəyini vurğulayıb.
Qeyd edilib ki, xüsusi istedada malik uşaqları diqqət mərkəzində saxlamaqla biz onların gələcək ictimai, sosial və elmi fəaliyyətini stimullaşdırmış, öz bilik və bacarıqlarından səmərəli istifadə etmək imkanı yaratmış oluruq. Şahlar Əsgərovun fikrincə, bu gün təhsilini başa vurmuş gənclər əmək fəaliyyətinə başlamaq üçün iş axtarmaqla yanaşı, iş qurmaq bacarığına malik olmalı və bu məqsədlə kiçik sahibkarlığın sirrlərini öyrənməyə çalışmalıdırlar. QHT-nin bu layihəsi gənclərin yaradıcı əmək fəaliyyətinə cəlb edilməsi, onların sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri barədə maarifləndirilməsi baxımından faydalı ola bilər.
Təcrübəli pedaqoqun bu fikri layihə rəhbərliyinə yeni yaradılacaq saytın rubrikalar sırasına “Vakansiyalar” bölməsinin də əlavə edilməsini məqsədəuyğun hesab etməyə imkan verdi. Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə QHT sədri Könül Quliyeva layihə iştirakçıları adından professor Şahlar Əsgərova dəyərli tövsiyələrinə görə minnətdarlağını bildirib, saytın gənclərdən ibarət işçi qrupunun gələcəkdə də onun məsləhətlərindən bəhrələnəcəyinə ümid bəslədiyini bildirib. Sonda təşkilat sədri onu da qeyd etdi ki, ölkənin tanınmış elm və təhsil mütəxəssisləri ilə görüşləri davam edəcək.
12-10-2022, 21:09
Son sutkada 69 nəfər yoluxub - Ölən yoxdur


Son sutkada 69 nəfər yoluxub - Ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, hazırda 465 aktiv xəstə var. Bu günə qədər 9931 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2518, ümumilikdə 7 280 330 test icra olunub.

12-10-2022, 21:07
Ukrayna müharibənin dinamikasını dəyişib - Pentaqon


Ukrayna müharibənin dinamikasını dəyişib - Pentaqon

Ukrayna ordusu Rusiyanın başlatdığı müharibənin dinamikasını dəyişib. Ukraynaya dəstək artacaq. Butov.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-6” adlanır) iclasından əvvəl deyib. Ostin bildirib ki, Birləşmiş Ştatlar hökuməti Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunmağa kömək etməkdə qərarlıdır. ABŞ müdafiə nazirinin qeyd etdiyi kimi, dünya hökumətləri Ukraynanı və vətəndaşlarını müdafiə etmək üçün lazım olan yardımın göstərilməsini sürətləndiriblər. Onun sözlərinə görə, bu yardım döyüş meydanında nəzərəçarpacaq dəyişikliklərə nail olmağa kömək edib."Sentyabrdakı son görüşümüzdən bəri biz hamımız gördük ki, Ukrayna döyüş meydanında necə böyük uğurlar qazanıb və Putinin yeni hücumlarına baxmayaraq, Ukrayna qüvvələri bu müharibənin dinamikasını dəyişib. Onlar yüzlərlə şəhəri Rusiya işğalından azad ediblər. Bu qələbələr Ukrayna əsgərlərinə məxsusdur”, - Ostin bildirib.
12-10-2022, 21:05
"Xocasən" stansiyasında sınaq işlərinə başlanılır


"Xocasən" stansiyasında sınaq işlərinə başlanılır

"Oktyabrın 13-dən 16-na qədər Bənövşəyi xəttin stansiyaları 23:30-dan sərnişinlərin girişinə bağlanacaq". Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov qeyd edib ki, buna səbəb Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılmasıdır:"Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq".
12-10-2022, 21:03
AZAL-a məxsus helikopterlər satışa çıxarıldı


AZAL-a məxsus helikopterlər satışa çıxarıldı

Noyabrın 15-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin balansında olan 3 helikopter 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib. Məlumata görə, "Airbus Helicopters EC-155B1", "Airbus Helicopters EC-155B1" və "Airbus Helicopters EC-135P2" markalı helikopterlərin hər birinin start qiyməti 1 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir. Sifarişlər ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
12-10-2022, 20:59
Universitetlərin akkreditasiyası ilə bağlı meyarlar təsdiqləndi


Universitetlərin akkreditasiyası ilə bağlı meyarlar təsdiqləndi

“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib. Butov.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərara əsasən, hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal balın ölçüsü 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.
12-10-2022, 20:56
Ermənistan Azərbaycandan vaxt istəyib


Ermənistan Azərbaycandan vaxt istəyib

Azərbaycan tərəfinin ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementləri Ermənistan tərəfinə təqdim etmişik. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, qarşı tərəf baza prinsiplərinin öyrənilməsi üçün vaxt istəyib:"Hələ ki, Ermənistan tərəfindən reaksiya verilməyib. Bizdə tam məlumat yoxdur ki, növbəti görüş əsnasında onunla bağlı Ermənistanın hər hansı bir reaksiyası olacaq, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq ümumilikdə bir neçə istiqamət var ki, onların hər birinin irəli aparılması bizim üçün önəmlidir. İlk növbədə ikitərəfli əsasda olan sülh müqaviləsi mövzusu, kommunikasiyaların açılması, delimitasiya mövzuları hər dəfə görüş əsnasında müzakirə edilir".
12-10-2022, 20:54
NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək


NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə təchizatının miqyasını genişləndirmək niyyətindədirlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl bildirib."Bizə müxtəlif növ uzaq və qısa mənzilli hava hücumundan müdafiə sistemləri, ballistik raketlərlə mübarizə üçün raket əleyhinə müdafiə sistemləri, pilotsuz təyyarələr, müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif sistemlər lazımdır", - deyə Baş katib qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!