Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                        Liderlər Şuşada birgə nahar etdilər .....                        Tramp Zelenski ilə nələrdən danışıb? .....                        Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB .....                        Şahin Şıxlinski barədə axtarış elan edildi .....                        Məşhur amerikalı müğənni vəfat etdi .....                       
16-09-2022, 16:42
Paşinyana qarşı etirazlar davam edir


Paşinyana qarşı etirazlar davam edir

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Butov.az xəbər verir ki, paytaxtın Baqramyan meydanında parlament binasının qarşısında onlarla etirazçı qalıb. Aksiya iştirakçıları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinə gedərək ondan hərəkata rəhbərlik etməsini xahiş ediblər. Qeyd edək ki, ötən gündən etibarən Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar yenidən baş qaldırıb.
16-09-2022, 16:40
Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydı


Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydı

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı yeni açıqlama yayıb. Butov.az xəbər verir ki, şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib: "Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək". Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi. Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.
16-09-2022, 16:37
Qırğızıstan-Tacikistan sərhədində atışma gedir


Qırğızıstan-Tacikistan sərhədində atışma gedir

Qırğızıstan-Tacikistan dövlət sərhədində silahlı toqquşmalar davam edir. Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq qalır. Məlumata görə, Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutmağa başlayıb. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin bu istiqamətdə dislokasiya olunmuş sərhəd xidmətinin hərbçiləri cavab tədbirləri görür.
16-09-2022, 16:33
KTMT nümayəndələri İrəvana gedib


KTMT nümayəndələri İrəvana gedib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana səfər edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Qeyd edilib ki, KTMT təmsilçiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirəcək.
16-09-2022, 16:31
Hərbçilərimiz yaralı erməni əsgərə yardım edib


Hərbçilərimiz yaralı

Sərhəddə baş vermiş atışma nəticəsində Ermənistan ordusu ağır itkilər verib. Qarşı tərəfin 450-ə yaxın hərbçisinin döyüşlərdə məhv edildiyi bildirilir. Bundan əlavə, erməni hərbçiləri arasında xeyli sayda yaralılar da var. Butov.az xəbər ki, sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin yaralı erməni əsgərə ilkin tibbi yardım göstərməsinin görüntüləri yayımlanıb. Kadrlardan göründüyü kimi, hərbi qulluqçularımız yaralı erməni əsgərə yardım edərək, onun həyatını xilas ediblər.
16-09-2022, 16:26
“Qarabağ”ın qələbə qazandığı oyundan fotolar


“Qarabağ”ın qələbə qazandığı oyundan fotolar

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər. Butov.az görüşdən maraqlı görüntüləri təqdim edir:







15-09-2022, 22:29
Almaniya Ukraynaya yeni hərbi texnika göndərəcək


Almaniya Ukraynaya yeni hərbi texnika göndərəcək

Almaniya Ukraynaya yeni texnikalar göndərməyi planlaşdırır. Bu barədə Almaniyanın müdafiə naziri Kristin Lembrext məlumat verib. O bildirib ki, Almaniya Ukraynaya daha iki MARS II adlı raket sistemi və bu sistemlər üçün 200 döyüş sursatı, həmçinin 50 ədəd "Dinqo" zirehli maşını tədarük edəcək. Bundan əvvəl Almaniya Ukraynaya tank göndərməkdən imtina edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!