Tarix : 14-07-2025, 17:03
Xocəsənin "Şəfəq" küçəsinə asfalt vurulduBinəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən qəsəbəsində uzunluğu 350 metr, eni 6 metr olan "Şəfəq" küçəsinə asfalt örtüyünün çəkilməsi işləri tamamlanıb.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mütəmadi olaraq davam etdiriləcəkdir.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti