Cavid Vəkilov yazır: Müasir Azərbaycan gəncliyinin cəmiyyətdə rolu .....                        Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                       
Tarix : 14-07-2025, 17:36
Ukraynadan Azərbaycana riskli təklif


Ukraynadan Azərbaycana riskli təklif

Bakıda Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.
"Biz qaz sektorunda əməkdaşlığın yeni formatlarına açığıq. Ukrayna beynəlxalq qaz anbarı üçün öz yeraltı qaz anbarlarını təklif edir. Bizim yeraltı qaz anbarlarımız Avropada ən böyüyüdür və gömrük rejimi altında xarici şirkətlərin ixtiyarına verilir",- deyə komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycan öz qazını saxlamaq istəsə, bunu Türkiyədə edə bilər:
“Bəli, Ukraynada ümumilikdə öz tutumuna görə Avropada ən böyük qaz anbarları mövcuddur. Səhv etmirəmsə, 17 belə qaz anbarı var. Ancaq Azərbaycan niyə orada qaz saxlasın? Azərbaycan qazı saxlamaq istəsə, öz yolunun üstündə - Türkiyədə saxlayar. Türkiyədə 6 milyard kub metr aktiv tutumu olan yeraltı qaz anbarı mövcuddur. İndi Dövlət Neft Şirkətinin alt qurumu olan Qazma Tresti yeni yeraltı qaz anbarı üçün Türkiyədə sifarişlər həyata keçirir. Təqribən 2 il yarıma Türkiyədə ikinci yeraltı qaz anbarı istifadəyə veriləcək. 10 milyard kubmetr həcmində qaz ehtiyatı saxlamaq üçün imkan yaranacaq".



İ.Şaban vurğulayıb ki, Ukraynanın təklifinin kommersiya mənfəətini hesablamaqla yanaşı, onun nə qədər stabil və təhlükəsiz olduğuna da diqqət yetirmək lazımdır:
"Biz Ukraynaya qazı necə daşıyıb verəcəyik. Biz nəyə görə enerji təhlükəsizliyi üçün böyük risklər tələb edən layihələrə yönəlməliyik? Avropa 2025-cü ildən Ukrayna üzərindən Azərbaycan qazının daşınmasını təklif etdi. Təbii, bütün bunlar Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq üçündür. Kommersiya mənfəətini hesablamaqdan başqa bunun nə qədər stabil və təhlükəsiz olmasına da diqqət yetirməliyik".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!