Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                        Liderlər Şuşada birgə nahar etdilər .....                        Tramp Zelenski ilə nələrdən danışıb? .....                        Trampın Pakistana səfəri təkzib edildi - YENİLƏNİB .....                        Şahin Şıxlinski barədə axtarış elan edildi .....                        Məşhur amerikalı müğənni vəfat etdi .....                       
15-09-2022, 22:27
Daha bir şəhidimiz torpağa tapşırılıb


Daha bir şəhidimiz torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər, 2001-ci il təvəllüdlü Məhərrəmov Turan Tərlan oğlu sentyabrın 15-də doğulduğu Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb. Butov.az xəbər verir ki, şəhidin dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəhbər və əməkdaşları, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər. Şəhid yaylım atəşi altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.





15-09-2022, 22:24
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub. Butov.az xəbər verir ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib. Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb. Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.
15-09-2022, 22:23
Erməni tərəfi: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib”


Erməni tərəfi: “Strateji əhəmiyyətli yüksəkliklər itirilib”

Ermənistanın “Hayalig” nəşri Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində yerləşən bir sıra strateji əhəmiyyətli ərazilər və yüksəkliklər üzərində nəzarəti itirməsi ilə bağlı məlumatlar yayıb. Butov.az xəbər verir ki, bu informasiyanın həqiqətdən uzaq olmadığını nəzərə alaraq, oxucularımızın diqqətinə təqdim edirik. Beləliklə, “Hayalıg” aşağıdakı ərazilərə nəzarətin itirildiyini qeyd edir:
- Göyçə mahalında 25 kvadrat kilometr ərazi itirilib;
- Yuxarı Zağali istiqamətində 4,5 km irəliləyən Azərbaycan Silahlı Qüvvələri Xorapor dağına (2906 m) çatıb;
- Azərbaycan ordusu Yuxarı Şorca istiqamətində 8 km irəliləyərək Divasar hündürlüyü (2747 m), Qılıncaq (2851 m) və adsız yüksəklikdə (2484 m) nəzarəti təmin edib.
- Ordumuz Əzizli istiqamətində 7 km irəliləyərək adsız yüksəkliyi (2338,6 m) tutublar. Nəşr onu da iddia edir ki, son 2 ildə Azərbaycan ordusu hərbsizləşdirilməmiş zonanın təxminən 150 kvadrat km ərazisinə nəzarəti bərqərar edib.

15-09-2022, 22:20
Şəhid Elnur Məhərrəmov dəfn olunub


Şəhid Elnur Məhərrəmov dəfn olunub

Göyçayda şəhid əsgər Elnur Məhərrəmovla vida mərasimi keçirilib. Butov.az xəbər verir ki, Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Elnur Nərbala oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib. Yaşadığı evdə təşkil olunan vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub. Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və insanlar "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndiriblər. Dəfn mərasimində cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Nərbala Məhərrəmova təqdim olunub.





15-09-2022, 22:18
"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi


"Qarabağ"ın oyununda şəhidlərimiz yad edildi

Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub. Butov.az xəbər verir ki, fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər. "İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.
15-09-2022, 22:16
Moskvadakı Azərbaycan İcması erməni təxribatını pisləyib


Moskvadakı Azərbaycan İcması erməni təxribatını pisləyib

Rusiya paytaxtında fəaliyyət göstərən Moskva Azərbaycanlıları İcması ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib. Butov.az xəbər verir ki, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevin adından yayılmış bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib. Qeyd edilib ki, Rusiyada yaşayan Azərbaycan icması yaranmış duruma görə dərin narahatlıq hissi keçirir, çünki beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz qabağındadır. İcma rəhbəri dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa və əməli addımlar atmağa çağırıb.
15-09-2022, 22:13
Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir


Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinp görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib. Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Sədr Si Cinpin vurğulayıb ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.
15-09-2022, 22:12
Ermənilər Xocalı istiqamətində yanğınlar törədib


Ermənilər Xocalı istiqamətində yanğınlar törədib

Ermənilər Xocalı istiqamətində dağlıq meşə massivində böyük yanğınlar törədiblər. Butov.az xəbər verir ki, alov hektarlarla əraziyə yayılmaqdadır. Dağ massivində baş verən yanğın rus sülhməramlıların və Azərbaycan Ordusunun mövqelərindən, eləcə də Ağdamın bir neçə kəndindən açıq-aydın müşahidə olunur.
15-09-2022, 22:10
Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır


Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır

Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 542,8 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,2% çoxdur.
15-09-2022, 22:08
ABŞ Ukraynaya yeni raketlər verəcək - Rusiyadan sərt xəbərdarlıq


ABŞ Ukraynaya yeni raketlər verəcək - Rusiyadan sərt xəbərdarlıq

ABŞ tezliklə Ukraynaya ölkənin cənub və şərqində istifadə etməsi üçün yeni raket sistemləri göndərəcək. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "ABŞ onlara çox ehtiyac duyduqları silah və texnikanı verəcək. Söhbət artilleriya, qabaqcıl raket sistemlərindən gedir”, - Kirbi MSNBC-yə müsahibəsində deyib. Bundan əvvəl o, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırmağı planlaşdırdığını açıqlayıb. Sentyabrın 13-də "The Wall Street Journal" qəzeti yazıb ki, Ukrayna ABŞ-dan əlavə silahlar, o cümlədən uzaqmənzilli raket sistemləri tələb edib. ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat etdiyinə görə Kiyevə ATACMS adlı uzun mənzilli raket sistemi verməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova uzaqmənzilli raketlərlə bağlı ABŞ-a xəbərdarlıq edib. "Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək. Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq", - deyə o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!