Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
22-01-2026, 19:44
Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi


Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyə və İran liderləri ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Ərdoğan Pezeşkiana İranda baş verənləri yaxından izlədiyini bildirib. O, "Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını" qeyd edib.
22-01-2026, 19:33
Prezidentin ailəsi Trampla birgə - FOTO


Prezidentin ailəsi Trampla birgə - FOTO

Leyla Əliyeva Prezident İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşündən fotolar paylaşıb.




22-01-2026, 18:33
İranda etirazçılar qana boğuldular - Zelenski


İranda etirazçılar qana boğuldular - Zelenski

Dünya İran xalqına lazımi köməyi göstərmədi.
Bunu Ukrayna Prezidenti Volodimir Zelesnki Davosda Dünya İqtisadi Forumunda çıxışında deyib.
“İranda etirazçılar qana boğuldular. Dünya İran xalqına kifayət qədər kömək etmədi, kənarda qaldı. Avropada Milad bayramı və Yeni il şənlikləri keçirilirdi. Avropalı siyasətçilər iş başına qayıdana və mövqe ortaya qoyana qədər ayətullah artıq minlərlə insanı öldürmüşdü. İrandakı rejim qalsa, bu dünyaya bir mesaj olacaq: çoxlu insan öldür və hakimiyyətdə qal”, - Zelenski qeyd edib.
Ukrayna lideri Avropanın hələ də İrana qarşı cavab tədbirləri görməməsindən şikayətlənib.
22-01-2026, 18:20
Acunun yaxın adamı saxlanıldı


Acunun yaxın adamı saxlanıldı

Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu “Acun Medya”nın baş koordinatoru Esat Yontunç saxlanılıb.
Bu haqda Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, o, bu gün xarici ölkədən qayıdarkən hava limanında saxlanılıb.
Yontunç fahişəliyə cəlbetmə və narkotik istifadəsini asanlaşdırma əməlləri üzrə ittiham olunur.
Qeyd edək ki, daha öncə narkotiklə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutuna saç və qan nümunələri təqdim edilən bir neçə şübhəli şəxs məhkəməyə göndərilib. Məlum olub ki, həmin şübhəlilərdən biri məhz A.Ilıcalının yaxın dostu və “Acun Medya”nın baş koordinatoru Esat Yontunçdur.
22-01-2026, 18:00
Masazırda ev yandı - 1 nəfər öldü


Masazırda ev yandı - 1 nəfər öldü

Abşeron rayonu, Masazır qəsəbəsində yanğın olub.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb. 1978-ci il təvəllüdlü Nigar Eminbəylinin meyiti çıxarılaraq təhvil verilib.
22-01-2026, 17:46
YAP Veteranlar Şurası toplaşdı - Mehdiyevin məsələsinə baxıldı?


YAP Veteranlar Şurası toplaşdı - Mehdiyevin məsələsinə baxıldı?

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının bugünkü iclasında Ramiz Mehdiyevin üzvlükdən xaric edilməsi məsələsi müzakirə edilməyib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev bildirib.
"Veteranlar Şurasının bu gün keçirilən iclasında əsasən 2025-ci il ərzində görülmüş işlərə dair hesabat dinlənilib. İclasda il ərzində təşkil olunan tədbirlər, veteranların müxtəlif görüş və tədbirlərdə iştirakı ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Şuraya yeni üzvlərin qəbulu və ya üzvlükdən xaric edilmə ilə bağlı hər hansı müzakirə aparılmayıb.
İclas zamanı veteranlar gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüb, ölkə başçısının həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıb, əldə olunan nailiyyətlərə münasibət bildiriblər. Bununla yanaşı, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb",-T.Rzayev deyib.
22-01-2026, 17:38
Qurban Qurbanovun 500-cü qələbəsi


Qurban Qurbanovun 500-cü qələbəsi

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
“Qarabağ”ın təcrübəli çalışdırıcısının yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub.
Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.
22-01-2026, 17:33
Kamçatkada güclü zəlzələ


Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir.
Bölgənin mərkəzi şəhəri sayılan Petrpavlovsk-Kamçatskda zəlzələ 4 bal gücündə hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
22-01-2026, 10:38
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi


Yeni dünya reallıqları və

Azərbaycanın strateji mövqeyi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda Azərbaycanın tutduğu prinsipial mövqeni və formalaşdırdığı uğurlu strateji xətti bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri həm qlobal siyasi reallıqların düzgün təhlili, həm də milli maraqlara əsaslanan praqmatik siyasətin nəticələri baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq meyar kimi qəbul edilmir. Məhz bu səbəbdən Azərbaycan öz strateji məqsədlərini milli maraqlar əsasında müəyyən edib və bütün addımlarını beynəlxalq hüquqa tam uyğun şəkildə atıb. Ölkəmizin siyasi inkişafı, suverenliyinin və ərazi bütövlüyünün bərpası həm hüquqi əsaslara, həm də ümumbəşəri dəyərlərə söykənib. Bu yanaşma yeni formalaşan beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini daha da möhkəmləndirib. Prezidentin qeyd etdiyi kimi, bu gün dünyada vəziyyəti artıq qanunun aliliyi deyil, güc amili müəyyənləşdirir və belə bir şəraitdə hər bir dövlət öz potensialına uyğun siyasət yürütməli, regional və qlobal müstəvidə mümkün qədər çox ölkə ilə sağlam münasibətlər qurmalıdır. Azərbaycan bu strategiyanın uğurlu nümunəsini ortaya qoyub.
Müsahibədə dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də xüsusi məmnunluqla qeyd etdi. Bu mükafatın Qafqazda onilliklər boyu davam edən münaqişə və qan tökülməsindən sonra sülhün bərqərar olunmasına yönəlmiş səylərə verilən yüksək qiymət olduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur və region artıq aylar ərzində sülh şəraitində yaşayır. Azərbaycan və Ermənistan arasında münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və enerji sahəsində məhdudiyyətlərin aradan qaldırılması hər iki ölkə üçün qarşılıqlı fayda yaradır. Dövlət başçısının fikrincə, hökumətlərin və vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaq mümkündür və Azərbaycanın əsas məqsədi də məhz budur.
Prezident İlham Əliyev ölkə daxilində sabitliyin möhkəm əsaslara söykəndiyini xüsusi olaraq vurğuladı. Bildirildi ki, Azərbaycanda daxili təhlükəsizliklə bağlı potensial risklər mövcud deyil və bütün mümkün təhdidlər xarici amillərlə əlaqəlidir. Bu baxımdan regionda, xüsusilə də qonşu ölkələrdə sabitliyin qorunması Azərbaycanın daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı sülh və sabitliyin hər bir ölkə üçün uğurun yeganə yolu olduğunu qeyd edərək, müharibənin ağır nəticələrini yaşamış Azərbaycan üçün bu anlayışların xüsusi dəyər daşıdığını bildirdi. Enerji bazarındakı vəziyyətə toxunan cənab Prezident neft qiymətlərinin sabitliyini müsbət amil kimi dəyərləndirdi və bunun həm istehsalçılar, həm də istehlakçılar üçün proqnozlaşdırılan gələcək baxımından vacib olduğunu qeyd etdi.
Müsahibədə Azərbaycanın enerji sahəsindəki unikal mövqeyi də geniş şəkildə diqqətə çatdırıldı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və digər ölkələrə neft və qaz ixrac edən yeganə dövlətdir. Bu gün 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edən Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Müasir nəqliyyat infrastrukturu, geniş boru kəməri şəbəkəsi və zəngin resurslar ölkəmizə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olmaq imkanı yaradır. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan üçün də yüksək gəlirli bazarlara çıxış deməkdir.
Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli mövqeyinə də münasibət bildirdi. Dövlət başçısı qeyd etdi ki, rəsmi Bakı artıq bu cür tənqidlərə reaksiya vermir və Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılıb. Azərbaycan Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirməklə kifayətlənir. Prezident vurğuladı ki, Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət dəyərləndirdiyi bir vaxtda, Avropa Parlamentinin ittihamları məntiqsiz və ədalətsiz görünür. Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda yaranmış yeni reallıqların bariz göstəricisidir.
Prezident İlham Əliyevin Davosdan dünyaya ünvanladığı bu mesajlar bir daha göstərdi ki, Azərbaycan müasir qlobal çağırışlar fonunda müstəqil siyasət yürüdən, regional sabitliyin və beynəlxalq əməkdaşlığın fəal tərəfdarı olan güclü dövlətdir. Milli maraqlara əsaslanan bu xətt ölkəmizin gələcək uğurlarının əsas təminatıdır.

Məmmədağa Orucəliyev
“Qobu” qəzetinin baş redaktoru
22-01-2026, 00:56
Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov


Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov

"Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
"Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!