Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
21-01-2026, 15:15
Putin Ukrayna ilə bağlı razılaşmağa hazırdır - Uitkoff


Putin Ukrayna ilə bağlı razılaşmağa hazırdır - Uitkoff

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sabah Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Uitkoff Putinin Ukrayna ilə bağlı sülh planına razı olduğunu deyib.
"20 bəndlik planın 90%-dən çoxu razılaşdırılıb. Əsas mübahisə məsələsi ərazilərlə bağlıdır".
O, son həftələrdə münaqişənin nizamlanması ilə bağlı ciddi irəliləyişin əldə edildiyini deyib.
21-01-2026, 15:02
Tramp anons etdi: Sülh Şurası BMT-ni əvəz edə bilər


Tramp anons etdi: Sülh Şurası BMT-ni əvəz edə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza üçün təklif etdiyi Sülh Şurası BMT-ni əvəz edə bilər.
Bu barədə “Foks nyus” məlumat yayıb.
ABŞ prezidenti həmçinin jurnalistlərə BMT-nin öz missiyasını yerinə yetirmədiyini də bildirib.
"Mən BMT-nin böyük fanatıyam, amma gözləntiləri doğrultmadı. BMT mənim həll etdiyim bütün müharibələri həll etməli idi", - Tramp deyib.
Ekspertlər Trampın açıqlamasını mövcud beynəlxalq nizamın yenidən nəzərdən keçirilməsi kimi qiymətləndiriblər.
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının qurucu sədri qismində 60 ölkəyə üzvlük üçün dəvət göndərib. ABŞ hakimiyyəti Qəzza zolağı üçün Beynəlxalq Sülh Şurasında daimi üzvlük üçün ölkələrdən ən azı 1 milyard dollar ianə etmələrini istəyib.
Sülh Şurası ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsait toplayacaq. Burada həmçinin, Qəzza zolağı üçün icra komitəsi və icra şurasının da yaradılması planlaşdırılır.
21-01-2026, 14:50
Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyuldu


Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyuldu

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi “Batkivşçina” partiyasının lideri Yuliya Timoşenkonun əmlakının bir hissəsinə həbs qoyulması barədə qərar qəbul edib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Ali Radanın deputatlarını pul müqabilində ələ almaqda təqsirləndirilən siyasətçinin həyat yoldaşı Aleksandr Timoşenkoya məxsus əmlaka da, eləcə də axtarışlar zamanı götürülən pul və digər əşyalara həbs qoyulub.
Timoşenkonun vəkili bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil və apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Ukrayna məhkəməsi sabiq Baş nazir Yuliya Timoşenko barəsində 33 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib. Timoşenkonun müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməsi də qadağan edilib. Timoşenkonun elektron qolbaq taxmaq öhdəliyi yoxdur.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və Prokurorluq (SAP) Ali Radada bir fraksiyanın rəhbərinin deputatlara müəyyən qanun layihələrinin lehinə və əksinə səs vermələri üçün pul təklif etməsi faktını üzə çıxardıqlarını açıqlayıb.
21-01-2026, 14:38
Türkiyə universiteti Qarabağ şəhidlərinin ailələrinə təqaüd ayırdı


Türkiyə universiteti Qarabağ şəhidlərinin ailələrinə təqaüd ayırdı

Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri üçün mühüm qərar qəbul edib.
ASBÜ KKTC Rektoru Prof. Dr. Enver Arpanın sədrliyi ilə 16 yanvar 2026-cı il tarixində keçirilən ASBÜ KKTC Kampusu İdarə Heyətinin iclasında, 2026/01-08 saylı qərara əsasən Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşlarına 100 faiz təqaüd verilməsi təsdiqlənib.
Məsələ ilə bağlı açıqlama verən ASBÜ KKTC-nin rektoru Prof. Dr. Enver Arpa bildirib ki, Azərbaycan Qarabağda mütləq qələbə qazanaraq ərazilərini işğaldan azad edib. Onun sözlərinə görə, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir.
Rektor vurğulayıb ki, ASBÜ KKTC Qarabağ Zəfərini öz zəfəri kimi qəbul edir və bu müqəddəs amal uğrunda canından keçən şəhidlərin əziz xatirəsini daim ehtiramla yad edir. Prof. Dr. Enver Arpa qeyd edib ki, universitet fəaliyyətini “bir millət, üç dövlət” anlayışı əsasında davam etdirir.
“ASBÜ KKTC Kampusu İdarə Heyəti olaraq bu duyğu və düşüncələrlə Qarabağ müharibəsi şəhidlərimizin övladları və həyat yoldaşları üçün təhsil imkanlarının yaradılması barədə qərar qəbul etdik. Məqsədimiz onların ən yaxşı və keyfiyyətli təhsil almasına töhfə verməkdir”,- deyə rektor əlavə edib.
Qeyd edək ki, təqaüddən yararlanmaq istəyən namizədlər ncinternational@asbu.edu.tr elektron poçt ünvanı vasitəsilə müraciət edə və ya ASBÜ KKTC-nin rəsmi internet saytında yerləşdirilən beynəlxalq tələbələr üçün qəbul şərtləri bölməsindən ətraflı məlumat əldə edə bilərlər.
21-01-2026, 14:26
Ərdoğan kürdlərə səsləndi: Himayədar axtarmayın!


Ərdoğan kürdlərə səsləndi: Himayədar axtarmayın!

"Kürd qardaşlarımız və bacılarımız təhriklərə aldanmasınlar".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib.
"Kürd qardaşlarımız bu təxribatlara aldanmamalı, heç vaxt sağlam düşüncədən əl çəkməməlidirlər", - o deyib. O, kürd əsilli vətəndaşlara heç vaxt zərər verilməsinə icazə verməyəcəklərini deyib.
"Türkiyə Respublikası mövcud olduğu müddətcə heç kimin başqa himayədar axtarmasına və ya başqa tərəfdaşların arxasınca düşməsinə ehtiyac yoxdur", - deyə o fikrini tamamlayıb.
21-01-2026, 14:15
Xankəndi şəhərinə ilk köç - 162 nəfər qayıtdı


Xankəndi şəhərinə ilk köç - 162 nəfər qayıtdı

Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb.
Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılandı.Əvvəlcə Dövlət Himni səsləndirildi. Bizə torpaqlarımızı qaytaran şəhidlərimizin ruhu Xankəndidə ehtiramla yad olundu.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur.
S.Qəhrəmanov vurğulayıb ki, “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir. O, qeyd edib ki, əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.
Çıxışı zamanı Səbuhi Qəhrəmanov ailələri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb. Elinə qayıdan sakinlərdən şəhid atası Kamran Nəsirov bu tarixi anlardan, torpağa qovuşmağın xoşbəxtliyindən danışıb.Çıxış edən digər Xankəndi sakini Nadir Rəşidov da bu anı illərlə gözlədiyini, bu günləri yaşadan qəhrəman oğullarımız qarşısında baş əydiklərini deyib. ANAMA mütəxəsisləri də sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Qeyd edək ki, Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ hesab olunur.
Xatırladaq ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa edib. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırıb. 35 ildən sonra şəhərə həyat yenidən qayıdır, Xankəndidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Dövlət proqramı çərçivəsində ailələrin məskunlaşacağı mənzillər əsaslı şəkildə təmir edilib, bütün zəruri kommunal və sosial infrastrukturla təmin olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən köç prosesi bundan sonra da Xankəndi şəhərinə mərhələli şəkildə davam etdiriləcək.








21-01-2026, 14:06
Dərnəgüldəki yanğının söndürülməsinə 18 ədəd texnika cəlb olundu


Dərnəgüldəki yanğının söndürülməsinə 18 ədəd texnika cəlb olundu

Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Eyni zamanda yanğınla əlaqəli nazirliyin qərargahı yaradılıb.
21-01-2026, 14:03
Minimum əməkhaqqı ilə bağlı mühüm dəyişiklik


Minimum əməkhaqqı ilə bağlı mühüm dəyişiklik

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
20-01-2026, 17:48
Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür


Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür

Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhəri, eləcə də Horovlu və Cocuq Mərcanlı kəndlərinə dünəndən yağan qarın xüsusi texnikalar vasitəsilə operativ şəkildə təmizlənməsi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təmin edilib.
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirlib ki, sakinlərin təhlükəsiz hərəkəti üçün yaşayış binalarının, evlərin, inzibati binaların ətrafı qardan təmizlənib: "Görülən işlər nəticəsində yolların hərəkət üçün açıq saxlanılması, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib".
20-01-2026, 17:43
Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur -  "Azərişıq”


Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq”

"Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb".
Bu fikirləri "Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib. "Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır. Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!