20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 26-07-2020, 08:54
Ölkəmizin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin bütün pillələrinə göstərilən diqqət və qayğı dövlətin gənclər siyasətinin ulu öndər Heydər Əliyevin başlatdığı gündən ta bu günə kimi intensiv şəkildə həyata keçirilməsi nəticəsində bu gün intellektli, ölkənin hərtərəfli inkişafı üçün hər bir sahədə xususi potensiala malik fəal və müasir gənc nəslin yetişməsinə nail olunmuşdur. Sağlam düşüncəli, geniş dünya görüşə malik yeni nəslin yetişməsini, onların ölkənin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək üçün dövlət tərəfindən illər öncə səpilən bu toxumlar öz bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikanın digər rayonlarında olduğu kimi, Culfa rayonunda da müxtəlif istiqamətlər üzrə yüksək potensiala, dərin biliyə malik gənclər hər il yetişməkdədir. Biz bu həftə onlardan bir neçəsi ilə həmsöhbət olmaq imkanına malik olduq:
Həsən Məmmodov yazır:Yüksək intellektli, müasir gənc nəsil yetişir

Onlardan biri İlyas Məmmədyarovdur. İlyas yeni ilin ilk təqvim ayında semestr tətili ilə əlaqdar təhsil aldığı Türkiyə Respublikasının Ankara şəhərindən vətəninə-Culfa şəhərinə gələn zaman onunla söhbətləşməyə macal tapdıq. O, 1987-ci ildə Culfa şəhərində anadan olub və 1993-2004-cü illərdə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə ilk təhsililini alıb. Söhbətimiz əsnasında İlyasa “necə həkim olmağa qərar verdin?” –sualını ünvanladıqda o, hələ məktəbə getməmişdən qabaq həkim olmaq arzusunda olduğunu söylir: “mən uşaq olanda, evdə xəstəmiz olan vaxtı atam həkim çağırardı, müayinə edib müalicə yazardı. Evdə həmişə həkimi gülər üzlə qarşılayıb, gülər üzlə yola saldıqlarından atama bir dəfə bunun səbəbi barədə sual etdim. O da bildirdi ki, onların işi bizim sağlamlığımızı, həyatımızı xilas etməklə bağlıdır. Ona görə də, həkimlik uca və müqqədəs bir peşədir. Biz insanlar da istər-istəməz həkimləri görəndə sevinir, onları gülər üzlə, mehribanlıqla qarşılayırıq...”. O gündən atasına həkim olmaq, insanların həyatını xilas etmək istədiyini söyləyən İlyas məktəbi bitirdikdən sonra-2005-ci ildə Naxçıvan Dövlət Üniversitetinin Tibb fakültəsinin Pediatriya ixtisasına daxil olub və 2011-ci ildə həmin ixtisası bitirib. İstər orta məktəb illərində, istərsə də tələbəlik illərində peşakar və geniş bilikli müəllim və həkim auditoriyasına malik olan bir təhsil sitemində oxuyub öyrəndiyini söyləyən İlyas bildirdi ki, bu gün muxtar respublikamızın ən ucqar kəndlərində belə müasir təhsil infrastrukturunun yaradılması, məktəblərdə müasir kompüter texnologiyalarının, sürətli internet şəbəkələrinin quraşdırılması, kitabxanaların yaradılması, gənc, savadlı müəllimlərin ucqar kəndlərə təyinat alması uşaqların yüksək biliyə yiyələnməsi üçün çox böyük imkanlar yaradır. Ölkəmizdə təhsilə çox böyük kapital qoyulduğunu söylən müsahibim, bu imkandan yararlanaraq TUS (Tıpda Uzmanlıq Sınavı) imtahanlarından uğurla keçib və 2015-ci ildən Ankara Universitetində Ürək-Damar Cərrahiyəsi üzrə uzmanlıq təhsili alır. Bu ilin yay ayında məzun olacağını söyləyən həmsöhbətim: “dünya təcrübəsində uzun müddətdir tətbiq olunan icbari tibbi sığortanın mərhələli şəkildə ölkəmizdə və muxtar respublikamızda həyata keçirilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyətinin daha da yüksəlməsi, onlara ödənişsiz xidmətlərin göstərilməsi, həmçinin tibb personalının əmək haqqlarının artırılaraq onların sosial rifah halının yaxşılaşdırılması böyük bir inqlabi islahatdır”. – dedi. Culfa rayonununda icbari tibbi sığortanın tətbiq edilməsinin çox sevindirici hal olduğunu söyləyən müsahibim bildirdi ki, yay aylarında Naxçıvana qayıdacaq, həmvətənlərinə bütün bilik və bacarıqları ilə xidmət edəcək, onların qəlbinin daha sağlam döyünməsi üçün əlindən gələni əsirgəməyəcək, özünün əldə etdiyi bilik və təcrübəni tibb işçiləri ilə bölüşəcəkdir.
Həsən Məmmodov yazır:Yüksək intellektli, müasir gənc nəsil yetişir

Digər bir müsahibim isə Kənan Məmmədovdur. O, qürbətdə-Bolqarıstan Respublikasında olduğu üçün onunla söhbətimz telefon vasitəsilə baş tutdu. Kənan Məmmədov 1987-ci ildə Culfa şəhərində anadan olub. Orta təhsilini 1993-2004-cü illərdə Culfa şəhər 1 saylı tam orta məktəbdə alıb, bütün fənləri yaxşı öyrənsə də, söylədiyinə görə, yuxarı siniflərdə artıq onda humanitar elmlərə, xüsusilə də tarix elminə böyük maraq yaranmışdır. Tarixə olan marağı nəticəsində, o, 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin tarix – filologiya fakültəsinin tarix ixtisasına qəbul olmuş və həmin fakültəni tarixçi ali peşə istiqaməti üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə 6 saylı Culfa-Babək seçki dairəsinin Dairə Seçki Komissiyasında aparıcı məsləhətçi, 2010-cu ildən 2012-ci ildək Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatında aparıcı təlimatçı vəzifələrində çalışmışdır. 2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsində “Türk dünyası tarixi” ixtisasına daxil olmuşdur. “Azərbaycan türk xalqlarının çoxtərəfli siyasi əlaqələr sistemində (1991-2010-cu illər)” magistr dissertasiyası mövzusunu müvəffəqiyyətlə müdafiə edərək fərqlənmə diplomu ilə magistr təhsilini başa vurmuşdur. Universitet illərində müxtəlif olimpiadalarda iştirak edərək Azərbaycan tarixi fənnindən universitet birincisi olmuş, Ali məktəb tələbələrinin XII Respublika fənn olimpiadasında Azərbaycan tarixi üzrə ikinci yeri qazanmışdır.
Mühasibim Ulu Öndərin: “Xalq gərək daim öz kökünü xatırlasın” – sözünün mənasını hər bir vətəndaşın dərindən dərk etməli olduğunu söyləyir və əlavə edir ki, tariximizi mükəmməl bilməyimizin nəticəsidir ki, bu gün mənfur ermənilərin əzəli torpaqlarımız haqqında hər kəsə söylədikləri bəyaz və hiyləgər yalanlar dünyanın gözü qarşısında fiaskoya uğrayır. Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədinin tarixi Azərbaycan torpaqları hesabına yeni erməni dövlətinin yaradılması olduğunu söyləyən həmsöhbətim əlavə edir ki, son iki yüz ildə erməni canilərinin azərbaycanlılara və müsəlmanlara qarşı törətdiyi cinayətlər istər dövlət başçısı səviyyəsində beynəlxalq tribunalardan, siyasi-iqtisadi forumlardan və digər platformalardan, istərsə də diplomatik nümayəndəlik və diaspor təşkilatlarımız səviyyəsində onların fəaliyyətləri çərçivəsində bütün dünyada kompleks şəkildə ifşa olunur.
Naxçıvanın diplomatiya məktəbinin yetirməsi olan həmsöhbətim 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində əmək fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində işlədiyi dövrdə gənc diplomat kimi Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyasında təşkil olunmuş “Xarici Diplomatlar üçün 23-cü Gənc Diplomatlar Kursu”nda iştirak edərək kursu müvəffəqiyyətlə bitirmişdir. 2016-cı il tarixində ADA Universiteti tərəfindən keçirilmiş “Xarici Siyasət Proqramı”nda və “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların artırılması” layihəsi çərçivəsində 2018-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunmuş konsulluq xidmətləri ilə əlaqədar təlimdə iştirak etmişdir. İşlədiyi dövrdə Kənan Məmmədov vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlmiş, özünü təşəbbüskar, məsuliyyətli və intizamlı diplomatik xidmət əməkdaşı kimi göstərmiş, mütəmadi müxtəlif görüş, konfrans və digər tədbirlərdə iştirak etmişdir. Nümunəvi fəaliyyətinə görə gənc diplomat iki dəfə təşəkkürə layiq görülmüşdür.
Müsahibim qeyd edir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də mühüm uğurlar əldə olunmuşdur. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olmuş, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar qəbul edilmişdir. Ümummilli liderimizin əsasını qoyduğu xarici siyasət kursu isə bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ötən illər ərzində bütün sahələrdə olduğu kimi, milli diplomatiya sahəsində də ciddi və əhəmiyyətli uğurlara imza atılmışdır. Ardınca həmsöhbətim tarixçi və diplomat kimi formalaşmasını Naxçıvanın elmi-siyasi və təhsil mühitinə borclu olduğunu qeyd edir və bu gün Naxçıvan Muxtar Respublikasında gənclərin hərtərəfli inkişafı, onların potensialını üzə çıxarmaq üçün hər cür şəraitin mövcud olduğunu xatırlayır. Qeyd edir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin işinin səmərəli təşkili üçün kadrların seçilməsi və onların peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. İdarədə fəaliyyət göstərən diplomatlar mütəmadi olaraq Azərbaycan Diplomatik Akademiyasında və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. Sonda gənc diplomat peşəkar kadr kimi yetişmək, ölkəmizin milli və siyasi maraqlarının qorunmasında yorulmadan fəaliyyət göstərmək naminə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun aşağıdakı fikirlərini daim rəhbər tutacağını vurğulanmışdır: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar...”
Qeyd edək ki, Kənan Məmmədov 2016-cı ildən Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin diplomatı olaraq fəaliyyətini davam etdirir.
Həsən Məmmodov yazır:Yüksək intellektli, müasir gənc nəsil yetişir
Tural Qafarov bədii yaradıcılıq sahəsində öz istedadı ilə seçilən gənclərdən biridir. Onunla Ərəfsə kəndində çay süfrəsi başında söhbətləşdik. O, 1986-cı ildə Culfa rayonunun Ərəfsə kəndində anadan olub. İlk təhsilini Ərəfsə kənd tam orta məktəbində alan gənc yazıçı kəndinin gözəl təbiətindən, səfalı sularından, təmiz havasından ilhamlanaraq orta məktəb illərindən şeirlər yazmağa başlamışdır. Onun şeirləri muxtəlif qəzet və jurnallarda dərc olunmuşdur. İlk şeirlər kitabı “O, mənim Planetim” 2007-ci ildə , ikinci şeirlər kitabı “Ölümlə rəqs” 2008-ci ildə çap olunmuşdur. Ədəbiyyata olan marağı nəticəsində o, 2009-cu ildə Naxçıvan Dövlət Üniversitetinin Tarix filologiya fakültəsinin azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olmuşdur. 2009-2010-cu illər Naxçıvan Dövət Televiziyasında redaktor olaraq ilk əmək fəaliyyətinə başlamışdır. 2012-ci ildən Ərəfsə kənd tam orta məktəbində müəllim kimi işləməyə başlayan Tural Qafarov qeyd edir ki, müəllimlik bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşədir. Peşə sahibləri seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. O, elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öyrənə-öyrənə kamilləşir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Müəllim əməyini bağban əməyi ilə müqayisə etsək, bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevinir, müəllim isə öz yetirmələrinin xoş sorağını alanda qəlbi sevincdən dağa dönür. Uşaqlıq illərindən Nizami, Füzuli, C.Məmmədqulzadə, H.Cavid, C.Cabbarlı, M.Araz kimi Azərbaycan klassiklərinin əsərlərini öyrənməsinin onun püxtələşməsində böyük rolu olduğunu söyləyən həmsöhbətim Tural Atəş imzası ilə nasir isdedadını da üzə çıxarmışdır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Tural Qafarovun ilk nəsr əsəri-“Əlcəzairdə həbs” kitabı 2016-cı, ikinci nəsr əsəri -“Eva virusu” romanı 2018-ci, üçüncü nəsr kitabı -“Yağmurla gələn” romanı 2019-cu ildə çap olunmuşdur.
Tural Qafarov qeyd edir ki, kənddə yaradılmış müasir kitabxananın zəngin fondunda Azərbaycan ədəbiyyatı ilə yanaşı, Dünya klassiklərinin seçilmiş əsərlərinin də olması bütün istifadəçilərin mütaliəyə olan marağını artırır, onların ehtiyacını tamamilə ödəyir. Kitabxanamızda oxunması zəruri olan kitablar güşəsinin yaradılması uşaqların, gənc nəslin şəxsiyyət kimi vətənpərvər ruhda yetişməsinə, tariximizə, milli kökümüzə bağlı olmasına, o cümlədən dünyagörüşünün formalşmasına xidmət edir. Şagirdlərdə mütaliə vərdişləri yaratmaq, onlarda informasiya mədəniyyətini formalaşdırmaq üçün mütəmadi olaraq kitabxanaya üz tutub kitab müzakirələri aparırıq. Həmçinin belə müasir kitabxanamızın olması dahi şairlərimizin, dramatuqlarımızın, ictima-siyasi xadimlərimizin zəngin irsini şagirdlərə geniş şəkildə təbliğ etmək üçün bizə şərait yaradır.
Həsən Məmmodov yazır:Yüksək intellektli, müasir gənc nəsil yetişir

Həsən MƏMMƏDOV


Paylaş



Bölmə: Maarif / Təhsil / Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!