Sabah paytaxtda bu yollar bağlanacaq - SİYAHI .....                        Ermənistan İrana yeni səfir göndərdi .....                        İran Milli Təhlükəsizlik Şurasından kritik qərar: İsrailə hərbi cavab verilsin! .....                        Rusiya qoşunları Ukraynada daha iki şəhəri ələ keçirib .....                        Xamenei ABŞ və İsraili hədələdi: “Mütləq sərt cavab alacaqlar!” .....                        Gürcüstanda müxalifətdən olan yeganə mer öldü .....                        ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev .....                        Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir - SİYAHI .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
Tarix : 20-01-2018, 14:17
“28 ildir o gülləni ayağımda gəzdirirəm” – 20 Yanvar şahidləri danışır


Azərbaycana qarşı 70 il davam edən Sovet təcavüzü 1990-cı ilin 20 yanvar tarixində dəhşətli faciə ilə nəticələndi. 28 il öncə törədilən qətliam tariximizin xronologiyasına ən ağır cinayətlərdən biri kimi həkk olundu.

Milli azadlıq və ərazi bütövlüyü uğrunda minlərlə insan həmin gün mübarizəyə qalxdı. Nəticədə 137 günahsız insan amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı. Bakı bir anda qan gölünə döndü...

Həmin günün şahidləri qanlı gecənin dəhşətli xatirələrini 28 ildir unuda bilmirlər. Dünən olmuş kimi ürəkyanğısı ilə xatırlayır, xalqımızın başına gətirilən müsibətləri gözyaşları ilə ifadə etməyə çalışırlar.

Həmsöhbətimiz Valeh Hüseynov 20 Yanvar faciəsinin canlı şahididir. 1990-cı ildə Nəriman Nərimanov adına Tibb İnstitutun birinci kursunda oxuyan Valeh Hüseynov tələbə yoldaşları ilə birlikdə həmin gecə meydanlara çıxaraq, silahlı Sovet əsgərlərinin qarşısında durub.

“Biz tələbələrlə məsləhətləşdik və barikadalar qurduq. Həmin gün hava limanından təxminən bir kilometr aralıda olan barikadada keşik çəkirdim. Anidən səhhətimdə problem yarandı, məni evə göndərdilər. Evə gələndən sonra xəbər gəldi ki, axşam ordu şəhərə girəcək. Bunu eşidib evdə dura bilmədim. Elçin adında tələbə ilə birlikdə Həsən Əliyev küçəsi ilə üzü yuxarı qalxdıq. Ağır yük maşınları yolun ortasında 3-4 sıra düzülmüşdü. Camaat isə maşınların qarşısında Sumqayıt yoluna tərəf durmuşdu. Bu zaman 3 tank gəlib yolun ortasında dayandı. Tankın üstündəki əsgərlər insanları rus dilində söyüb, təhqir edirdi. Bizə tapşırılmışdı ki, ehtiyatlı olaq, onlara təzyiq göstərməyək.

Qanlı yanvar gecəsi yaralanan Azərbayacan Neft və Kimya institunun tələbəsi Əhədli Salman hərəkata meydan hadisələrindən qoşulmuşdu. Rasim Attakişiyev isə 20 Yanvar günü aldığı qəlpə yaralarının ağrısını indi də bədənində hiss edir.

Əhədli Salman: “İndiki Azadlıq prospektində böyük qoşunun gəldiyini görəndə, əhaliyə xəbərdarlıq etdim ki, dağılın, bunlar vəhşiləşib. Amma hamını dağıtmağa gücüm çatmırdı. Taqətdən düşmüşdüm. Rus qoşunları bizim yanımızdan keçəndə insanlar qışqırırdı ki, “sizlərə ar olsun!”. Onlar 100 metrə qədər getdilər. Sonra geri qayıdaraq bizi güllələdilər.Sağ ayağımdan güllə yarası aldım.

Hazırda o gülləni ayağımada gəzdirirəm. Tələbə dostlarımın köməyi ilə məni xəstəxanaya gətirdilər. Səhəri gün bizə dedilər ki, rus qoşunları xəstəxanaya hücum edib. Deyiblər ki, yaralıları verin, biz sağaldarıq. Amma insanlar qoymayıb. Eşitdim ki, hadisə bir neçə xəstəxanada baş verib”.

Rasim Atakişiyev: “Hamı kimi biz də vətən uğrunda hərəkata qoşulmuşduq. Rus ordusu bizi qanımıza qaltan etdi. Qəlpələr hələ də bədənimdədir. İki qabırğam qırılmışdı, başımı əzmişdilər, boynuma bıçaq soxmuşdular”.

Faciənin canlı şahidi olan Qarəhmədov Yamil hadisənin ağrısını 28 ildir ki, həm canında, həm də qəlbində yaşayır. O, həmin gecə Yanğından Mühafizə İdarəsinin Xidməti vəzifəsini yerinə yetirirmiş...

“Saat 12-yə 10 dəqiqə qalmış atışma başladı. İlk güllələrdən biri mənə dəydi. 4 qəlpə yarası aldım. Həmin günə qədər SSRİ-nin belə əzazil olacağını təsəvvürümüzə gətirməzdik”.

Rəhilə İsayeva oğlu Fəxrəddini yenicə nişanlamışdı. Xonça bəzəyib oğluna toy-busat qurmağa hazırlaşırdı. Xoş günlərin xəyalını qurub, sevincli anlar yaşıyırdı. Hardan bilərdi ki, əli qanlı ordu 20 yanvar gecəsi onun xəyyallarını da güllə-baran edəcək, oğlu Fəxrəddin İsayev Biləcərinin ilk şəhidi olacaq.

“Dəli kimi hər tərəfi gəzib, Fəxrəddini axtarırdım. Qardaşı onun meyitini xəstəxanadan tapdı. Fəxrəddin yaralıların daşınmasına kömək edərkən vurulub. Oğlum nişanlı idi. 1989-cu ilin yanvarın 21-də nişan apardıq, 1990-cı il yanvarın 2-də isə dəfn etdik...”.

Azvision.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!